İlham Əliyevin tutduğu vəzifələrin siyahısı — İlham Əliyevin 1994-cü ildən başlayaraq tutduğu müxtəlif vəzifələrin siyahısı. O, hal-hazırda Azərbaycan Prezidenti (2003-dən), Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən) və Yeni Azərbaycan Partiyasının sədridir (2005-ci ildən).

Siyahı №Vəzifə Əvəzetdiyi şəxsMüddətiŞəkilMəlumatOndan sonra gələn şəxs1Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti—1994–1997—2Azərbaycan deputatı—1995–2000—2000–20033Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentiSəyyad İbrahimov1997—avqust 2003bilinmir (2004-cü ildən Xoşbəxt Yusifzadə)4Azərbaycan Milli Olimpiya Komitəsinin PrezidentiMəhəddin Allahverdiyev1997—indiki dövrə qədərframeless—5Yeni Azərbaycan Partiyası sədrinin müavini—1999–2001—6Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinibilinmir2001–2005bilinmir (2021-ci ildən Mehriban Əliyeva)7Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəribilinmir2001–2003Səməd Seyidov8Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvübilinmir2003Səməd Seyidov9Azərbaycanın Baş naziriArtur Rasizadə4 avqust 2003 – 31 oktyabr 2003Artur Rasizadə10Azərbaycan PrezidentiHeydər Əliyev2003–2008framelessİlham Əliyevin prezidentliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başlamış, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi inkişaf etdirilmişdir. Zəngəzur dəhlizi və Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi isə planlaşdırılan layihələrdir. 2021-ci ildə Ələt Azad İqtisadi Zonasının əsası qoyulmuşdur. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Sülh Şurası və D-8 təşkilatlarının üzvü olmuş, Türkiyə, Rusiya və Özbəkistanla müttəfiqlik, İtaliya, Çin və BƏƏ ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur. ABŞ ilə isə strateji tərəfdaşlıq haqqında xartiya imzalanmışdır. 2019–2024-cü illərdə İlham Əliyev Qoşulmama Hərəkatının baş katibi olmuş, müxtəlif illərdə Azərbaycanda 2012 Avroviziya Mahnı Müsabiqəsi, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyli Oyunları, Azərbaycan Qran-prisi, BMT-nin İqlim Dəyişmələri Konfransı keçirilmişdir. Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Azərbaycanda keçiriləcəkdir.—2008–20132013–20182018–20242024-indiki dövrə qədər11Azərbaycanın Ali Baş KomandanıHeydər Əliyev2003–2008frameless2016-cı il Aprel döyüşlərində Lələtəpə və Cocuq Mərcanlı azad edilmişdir. 2020-ci ildə Azərbaycan İkinci Qarabağ müharibəsi ərzində 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etmişdir. Qarabağ atəşkəs bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları (Laçın şəhəri istisna olmaqla) Azərbaycana təhvil verilmişdir. 2021-ci ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması ləğv edilmişdir. 2022-ci ildə Laçın şəhəri Azərbaycana qaytarılmışdır. 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında (Ermənistanla sərhəddə) Azərbaycan sərhəd-buraxılış məntəqəsi yaradılmış, beləliklə, Laçın dəhlizi statusunu itirmişdir. 2023-cü ildə Qarabağda döyüşlər ərzində Qondarma Dağlıq Qarabağ Respublikası və onun ordusu süqut etmiş, 2024-cü ildə rus sülhməramlıları Qarabağı tərk etmişdir. 2024-cü ildə Qazaxın 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı) Azərbaycana təhvil verilişdir.—2008–20132013–20182018–20242024-indiki dövrə qədər12Azərbaycan Təhlükəsizlik Şurasının sədriHeydər Əliyev2003–2008frameless—2008–20132013–20182018–20242024-indiki dövrə qədər13Yeni Azərbaycan Partiyası sədriHeydər Əliyev2005—indiki dövrə qədərframeless—14Türk Dövlətləri Təşkilatının sədriAlmazbek Atambayev2013–2014framelessAbdullah GülSooronbay Jeenbekov2019–2021Rəcəb Tayyib ƏrdoğanSadır Japarov2025–2026—15Qoşulmama Hərəkatının Baş katibiNikolas Maduro2019–2024framelessAzərbaycan 2019–2024-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu dövrdə Azərbaycan öz təşəbbüsü ilə təşkilatın "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnaməsini BMT İnsan Hüquqları Şurasında və Baş Assambleyasında qəbul etdirmişdir. 2022-ci il Şuşa razılaşmasına görə, Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmışdır. Azərbaycanın sədrliyi bəyənildiyi üçün təşkilatın üzvləri tərəfindən sədrlik müddəti bir il daha uzadılmışdır.Yoveri Museveni

İstinadlar

Kateqoriya:İlham Əliyev