Sabien Lilay (, ) — Albaniyalı keçmiş peşəkar futbolçu. Əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edib.
Klub karyerası
Erkən karyerası Lilay Korça vilayətinin Maliq şəhərində anadan olmuş, lakin səkkiz yaşında ailəsi ilə birlikdə paytaxt Tiranaya köçmüşdür. O, on yaşında "Loro Boriçi" idman ustalığı məktəbində futbol oynamağa başlamış və məktəbin Şkendiya Tirana futbol komandasında çıxış etmişdir.Sabien Lilaj profile FSHF.org
Tirana 2008-ci ilin yayında o, Tirana klubunda baxışda olmuş, burada o, gənc 19 yaşlı oyunçudan təsirlənən baş məşqçi Blaj Slişkoviçin diqqətini cəlb ermiş və 2008–09 mövsümündən əvvəl onunla müqavilə imzalamışdır. O, liqadakı debütünü 2008–09 Albaniya Superliqasının açılış oyununda Vllazniya Şkoderə qarşı etmiş və qolsuz bərabərliklə bitən oyunda start heyətində yer almışdır. İlk peşəkar qolunu yerli rəqibləri Dinamo Tirana üzərində 3–2 hesablı səfər qələbəsində vurmuşdur. Ümumilikdə debüt mövsümündə 20 liqa oyununa çıxaraq ilk dəfə Albaniya Superliqasının qalibi olmuşdur. O həmçinin klubunun Albaniya Kuboku turnirində iki oyun keçirmiş, komanda finala qədər irəliləsə də, Flamurtari klubuna 1–2 hesabı ilə məğlub olmuşdur.
Növbəti mövsüm Lilay Avropadakı debütünü 2009–10 UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Norveçin "Stabek" komandasına qarşı 1–1 hesabı ilə bitən matçda etmişdir. O, eyni zamanda 4–0 hesablı məğlubiyyətlə komandasını turnirdən kənarlaşdıran cavab qarşılaşmasına da start heyətində başlamışdır. 2009 Albaniya Superkubokunda o, Blerti Haydarini fasilədə əvəzləmiş və əvvəlki kubok finalında onları məğlub edən "Flamurtari Vlyora"ya qarşı 1–0 hesabı ilə qalib gəlmişdirlər. Liqada 23 oyuna çıxan Lilay, əsasən ehtiyatdan meydana daxil olmuş və komandasının liqada üçüncü yeri tutduğu, kubokda isə üçüncü tura qədər irəlilədiyi mövsümdə yarımmüdafiədə yerini möhkəmləndirməyə çalışmışdır.
2010–11 mövsümünün sonunda müqaviləsi bitdikdən sonra Andi Lila, Yəhmir Hyuka, Tefik Osmani və Pero Pejiç kimi bir çox digər əsas komanda oyunçuları ilə birlikdə klubu tərk etməsinə icazə verilmişdir.
Lokomotiva Zaqreb 2011-ci ilin yay transfer pəncərəsində Lilay Xorvatiya Prva HNL təmsilçisi Lokomotiva Zaqrebə qoşuldu, lakin burada əsas heyətdə yer almaq üçün Mateo Polyak və Marselo Brozoviç kimi oyunçularla rəqabət aparmaqda çətinlik çəkdi. Komandası 16 komanda arasında yeddinci yeri tutarkən o cəmi 15 liqa oyununa çıxa bildi. Şəxsi olaraq çətin bir mövsüm keçirməsinə baxmayaraq, onun performansı Albaniya milli futbol komandasının baş məşqçisi Yosip Kujeninin diqqətini cəlb etdi və onu ilk dəfə əsas milliyə dəvət etdi. Xorvatiyada bir mövsümdən sonra o, Albaniyaya qayıtmaq üçün "Lokomotiva"nı tərk etdi.
Skenderbeu 7 avqust 2012-ci ildə Lilay doğulduğu yerə qayıdaraq hazırkı Superliqa çempionu Skenderbeuya tkeçdi. O, üç illik müqavilə imzalayaraq 88 nömrəli formanı götürmüşdür. Burada Ditmar Bicay, İvan Qvozdenoviç, Pero Pejiç, Sebino Plaku və Daniel Xafa kimi "Tirana" komandasından olan köhnə həmklubları ilə birlikdə forma geyinir.
O, yeni klubundakı debütünü 2012 Albaniya Superkubokunda etdi, lakin sabiq klubu "Tirana"ya 2–1 hesabı ilə uduzduqları oyunun ikinci hissəsində əvəzləndi. Kapitan Bledi Şkəmbi və Nurudeen Orelesi ilə mərkəz yarımmüdafiəsindəki rəqabətə baxmayaraq, o, Skenderbeudakı ilk mövsümündə yaxşı təsir bağışladı. 3 oktyabr 2012-ci ildə "Olimpik CF" ilə Albaniya Kubokunun matçında fərqlənərək təxminən 20 ay sonra ilk qolunu vurdu.
28 dekabr 2015-ci ildə Lilay Albaniyada İlin Futbolçusu seçildi. 2015–16 mövsümünün sonunda "Sporti na bashkon" assosiasiyası tərəfindən Fair Play Mükafatına layiq görüldü.
"Skenderbeu" UEFA tərəfindən növbəti 10 il ərzində Avropa yarışlarından kənarlaşdırıldıqdan sonra, müqaviləsi başa çatan Lilay onu yeniləməməyə qərar verdi və 200-dən çox oyun keçirdiyi və 8 kubok qazandığı altı ildən sonra gedişini elan etdi.
Qəbələ 16 iyun 2018-ci ildə Lilay, ildə 500,000 avro dəyərində olan, əlavə bir il opsionu ilə bir illik müqavilə imzalayaraq Qəbələ oyunçusu oldu.
4 iyun 2019-cu ildə "Qəbələ" müqaviləsinin başa çatması ilə Lilayın komandanı tərk edir.
Milli karyerası
Gənclər 2009-cu ilin iyununda Lilay Albaniya U20 yığmasının baş məşqçisi Artan Buşati tərəfindən 2009 Aralıq dənizi Oyunlarında komandaya cəlb edildi. O, D qrupunun hər iki matçında – Tunisə 1–2 hesabı ilə uduzduqları oyunda və turnirdən kənarlaşmaqlarına səbəb olan İspaniyaya 0–3 hesabı ilə məğlubiyyətdə iştirak etdi.
Lilay ilk dəfə məşqçi Artan Buşati tərəfindən Şimali Makedoniyaya qarşı yoldaşlıq oyunu üçün Albaniya U21 heyətinə seçilmişdir. Lilay 2011 UEFA Avropa 21 Yaşlılar Çempionatının seçmə mərhələsində Albaniya U21 ilə iştirak etmiş və burada mütəmadi olaraq start heyətində meydana çıxmışdır.Sabien Lilaj matches Soccerway
Əsas Lilay ilk dəfə baş məşqçi Yosip Kuje tərəfindən müvafiq olaraq 7 və 11 oktyabr 2011-ci ildə Fransa və Rumıniyaya qarşı UEFA Avro 2012 seçmə mərhələsinin son oyunları üçün Albaniya əsas milli komandasına dəvət edilmişdir. O, əsas beynəlxalq debütünü 7 oktyabr 2011-ci ildə Fransaya qarşı etmiş, 3–0 hesabı ilə bitən məğlubiyyətdə 81-ci dəqiqədə Qilman Likanı əvəzləmişdir. Dörd gün sonra Rumıniyaya qarşı 1–1 bərabərə qaldıqları matçda tam 90 dəqiqə çıxış etmişdir.
Karyera statistikası
Klub
+ Klub statistikasıKlubMövsümLiqaKubokAvropaDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolTirana2008–09Albaniya Superliqası 20120——2212009–102300020102602010–112416140—342Cəmi672816010823Lokomotiva Zaqreb2011–12Xorvatiya Prva HNL150———150Skenderbeu Korçə2012–13Albaniya Superliqası20454—102682013–142927060104322014–153346120004152015–1630310102104252016–1725020—103002017–18 27742133—4412Cəmi164202573154022432Kukesi (icarə)2016–17Albaniya Superliqası——20—20Qəbələ2018–19Azərbaycan Premyer Liqası2304020—290Sektzia Ness Ziona2019–20İsrail Premyer Liqası301100041352Priştina2020–21Kosovo Superliqası000000—00Karyera cəmi300233784159138737
Milli
+ Milli komanda və illərə görə oyun və qol sayıMilli komandaİlOyunQolAlbaniya201130201230201320201420201530201710201820Cəmi160
Uğurları Tirana Albaniya Superliqası: 2008–09 Albaniya Kuboku: 2010–11 Albaniya Superkuboku: 2009
Skenderbeu Korçə Albaniya Superliqası: 2012–13, 2013–14, 2014–15, 2015–16, 2017–18 Albaniya Kuboku: 2017–18 Albaniya Superkuboku: 2013, 2014
Qəbələ Azərbaycan Kuboku: 2018–19
Fərdi Albaniya Superliqasında Ayın Oyunçusu: oktyabr 2012, sentyabr 2017 Albaniyada İlin Futbolçusu: 2015, 2017 Albaniya Superliqası Fair Play Mükafatı: 2015–16
İstinadlar
Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları