Natalya Stsiapanovna Vasileviç (; ) — Belaruslu insan haqları fəalı və ilahiyyatçı. O, Belarusdakı ekumenik hərəkatın aparıcı üzvüdür və dini azadlıq və kilsələrin sosial məsuliyyəti uğrunda mübarizəsi ilə tanınır. Vasileviç hazırda xristian insan haqları qrupu olan "Christian Vision"un moderatorudur. Həyatı Natalya Vasileviç 15 mart 1982-ci ildə Minskdə anadan olub. O, 1999-cu ildə orada Yakub Kolas adına Humanitar Liseyi bitirib. O, 1999–2004-cü illər arasında Belarus Dövlət Universitetinin hüquq fakültəsində siyasi elmlər üzrə təhsil alıb. Vasileviç sonradan 2005-ci ildə magistr, 2008-ci ildə isə siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Təhsilini tamamladıqdan sonra Belarus Hüquqşünaslıq İnstitutunun hüquq nəzəriyyəsi və tarixi kafedrasında professor kimi fəaliyyətə başlayıb.

2014-cü ildə Almaniyanın Bonn Universitetində ekumenik tədqiqatlar üzrə magistr dərəcəsi alıb və 2015-ci ildən həmin universitetin fəlsəfə fakültəsində doktorant olub. 2025-ci ildə o, Pravoslav Kilsəsinin Müqəddəs və Böyük Şurasının şuraöncəsi prosesinə dair dissertasiyasını uğurla müdafiə edib.

Fəalliyyəti 2002–2005-ci illər arasında Vasileviç "Vilnüslü Üç Şəhid Qardaşlığı"nın gənclər qolunun koordinatoru kimi çalışıb, həmçinin Belarus Pravoslav Kilsəsinin Gənclər İttifaqının koordinasiya şurasının üzvü olub. Vasileviç "Politychnaya Sfera" (Siyasi Sfer) jurnalının həmtəsisçisi və redaksiya heyətinin üzvü olub, həmçinin 2004–2015-ci illər arasında fəaliyyət göstərən "Tsarkva" (Kilsə) pravoslav portalının əsasını qoyub.

2007–2009-cu illər arasında Vasileviç Mərkəzi Avropanı təmsil edərək Dünya Pravoslav Gənclər Qardaşlığı "Syndesmos"un inzibati komitəsinin üzvü olub. 2010–2019-cu illər ərzində Avropa Kilsələri Konfransında çalışıb və qurumun "Sülhə aparan yollar" təşəbbüsü üzrə rəhbər komitəsinin üzvü kimi çıxış edib.

2019-cu ildə Vasileviç cəmiyyətdə və mədəniyyətdə xristianlıqla bağlı sualları araşdıran "Zbožža" (Taxıl) adlı fənlərarası və məzhəblərarası elmi jurnalın əsasını qoyub. 2020-ci ildən etibarən Vasileviç Belarus hakimiyyətinin zorakılıq və repressiya tətbiqinə qarşı çıxan müxtəlif xristian məzhəblərini birləşdirmək məqsədi daşıyan "Christian Vision" (Xristian Baxışı) ekumenik təşəbbüsünün moderatoru kimi fəaliyyət göstərib. Vasileviç Belarus Pravoslav Kilsəsinin rəhbəri Mitropolit Beniaminin 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsinə verdiyi reaksiyanı tənqid edib. Belə ki, mitropolit işğalı pisləməkdən imtina edib və hər iki tərəfi "bir-birinə doğru addımlar atmağa" çağırıb. 2025-ci ildə bu təşəbbüs Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən "ekstremist təşkilat" kimi qadağan edilib. Vasileviç həmçinin "Belarusda Kilsə və Siyasi Böhran" və "Müharibəyə Qarşı Xristianlar" da daxil olmaqla bir sıra layihələrə rəhbərlik edib.

2024-cü ildən etibarən Vasileviç Dünya Kilsələr Şurasının Ekumenik Təhsil və Formasiya Komissiyasının üzvü olub və bu vəzifədə 2032-ci ilə qədər xidmət edəcək.

Yazıçı kimi 2002–2019-cu illər arasında Vasileviç kilsə həyatı, iman məsələləri və sosial fəallıq haqqında yazdığı "Pani z kadzilam" (Buxurdanlı xanım) adlı bloqunu idarə edib. Vasileviç siyasət, insan hüquqları, dini azadlıqlar, kilsənin dövlətdəki rolu və 2020–2021-ci illər Belarus etirazları kontekstində xristian icmalarının mövqeyi haqqında müxtəlif məqalələr qələmə alıb. Onun tədqiqatları din sosiologiyası, vətəndaş fəallığı teologiyası və ekumenik dialoq üzərində cəmləşib.

İstinadlar

Xarici keçidlər Публікацыі на Academia.edu