Olqa Vasiliyevna Bura (; ) — 2013-cü ilin sonundan 2014-cü ilin əvvəlinə qədər Kiyevdə keçirilən Avromeydan etirazlarında iştirak etmiş ukraynalı fəal.

Busk rayonunda yoxsul bir ailədə dünyaya gələn Olqanın, xəstəliyi səbəbindən daimi iş yeri yox idi; o, ailə təsərrüfatında müxtəlif işlər görür, yerli çörək zavodunda çalışmış və uşaq baxıcılığı ilə məşğul olmuşdu. Bura, "Berkut" xüsusi təyinatlı dəstə üzvləri tərəfindən əlindən aldığı xəsarət nəticəsində qanına infeksiya düşməsi (sepsis) səbəbindən vəfat edib. Ölümündən sonra o, "Qızıl Ulduz" ordeni ilə təltif edilmiş, "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür.

Buranın xatirəsi əbədiləşdirilərək, təhsil aldığı Ripniv kəndindəki ibtidai məktəbin binasına memorial lövhə vurulmuş, Lvov vilayətinin Xodoriv şəhərindəki Səma Yüzlüyü Qəhrəmanlarının Xatirə Xiyabanında isə onun adına lövhə qoyulmuşdur.

Həyatı Bura 22 iyul 1986-cı ildə Ukrayna SSR-in Lvov vilayətinin Busk rayonunun Ripniv kəndində anadan olub. Yoxsul ailədə doğulmuş Olqa Juratin kəndində böyümüşdür. Anası Nadejdanın Olqadan əlavə üç uşağı da var idi. Gəncliyindən böyrək çatışmazlığından əziyyət çəkdiyindən səhhəti zəif idi və üçüncü dərəcəli əlil idi. Bura, 1993-cü ildən Ripniv məktəbində təhsil almış, sonra 2002-ci ilə qədər I-III dərəcəli Novomılyatın orta məktəbində təhsil almışdır.

Orta məktəbi bitirdikdən sonra, üçüncü dərəcəli əlilliyi olduğu üçün, iş tapmaqda çətinlik çəkirdi. Bura, ev işlərində ailəsinə köməklik edirdi. O, qısa müddətdə olsa yerli çörək sexində çalışımışdı. O, kartof, çuğundur yığımı və inək otarmaqda yerli icmaya kömək də edirdi. Bura həmçinin dayəliklə də məşğul olurdu. Ömrü boyu onun daimi işi olmamışdı. İki dəfə ailə həyatı qurmuş Buranın (birinci yoldaşı ondan əvvəl vəfat etmişdi) hər iki nikahdan övladı olmamışdı.

Olqa, 24 noyabr 2013-cü il tarixindən Kiyevdəki Müstəqillik Meydanında Avromeydan etirazlarında iştirak etməyə başlayır. Üç ayı meydanda keçiriən Bura və həyat yoldaşı, 1 dekabr 2013-cü ildən başlayaraq "Dəniz yüzlüyü" Meydan etirazçılarına barrikadaların qurulması və mühafizəsi, habelə mətbəx və anbarda çalışmaqla kömək etdilər. Əlinin "Berkut" üzvləri tərəfindən yaralanması nəticəsində qanına infeksiya düşən Bura, 10 mart 2014-cü ildə Kiyevdəki xəstəxanaların birində vəfat etdi. 13 martda səhər saatlarında Ripnivdə dəfn mərasimi keçirilən Bura, həmin gün kənddə torpağa tapşırıldı.

Mükafatları Prezident Petro Poroşenko 2014-cü ilin noyabrında Ləyaqət inqilabı zamanı nümayiş etdirdiyi mülki cəsarət, vətənpərvərlik, demokratiyanın konstitusiya əsaslarının, insan hüquq və azadlıqlarının qəhrəmancasına müdafiəsi və Ukrayna xalqına fədakar xidmətinə görə Buraya ölümündən sonra "Ukrayna Qəhrəmanı" adını verdi. 2015-ci ilin iyununda o, Ukrayna Pravoslav Kilsəsi tərəfindən ölümündən sonra "Ukrayna naminə fədakarlıq və sevgi" medalı ilə təltif edilib. 2016-cı ilin aprelində Ripniv ibtidai məktəbinin fasadında onun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. 2016-cı ilin mayında Bura, Ukrayn Pravoslav Kilsəsi — Kiyev Patriarxlığının Ali Baş yepiskopu Svyatoslavın fəxri fərmanına (ölümündən sonra) layiq görülüb. Onun adı və portreti həm Kiyevdəki, həm də Lvovdakı "Səmavi Yüzlük Qəhrəmanları" memoriallarında həkk olunub. Lvov vilayətinin Xodorov şəhərindəki "Səmavi Yüzlük Qəhrəmanlarının Xatirə Xiyabanı"nda onun adı yer alıb. Bura, həmçinin Busk rayonunun fəxri vətəndaşı da elan edilib.

İstinadlar

Xarici keçidlər Ольга Бура — Небесная сотня Во Львове попрощались с активисткой майдана Ольгой Бурой В ряды Небесной сотни вступила Ольга Бура

Kateqoriya:Sepsisdən ölənlər