Hökm — birinci və ya apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, ona qarşı tətbiq edilən cəza və ya digər hüquqi nəticələr barədə çıxardığı yekun qərardır.
Hökm azadlıqdan məhrum etmə, cərimə və ya digər sanksiyalardan ibarət ola bilər. Bir neçə cinayət törədildikdə cəzalar iki qaydada təyin edilə bilər: Cəzaların qismən və ya tamamilə cəmlənməsi (ardıcıl cəza): Həbs müddətləri bir-birinə əlavə olunur. Cəzaların daha ağır olanı ilə əvəz edilməsi (eyni vaxtda çəkilən cəza): Şəxs eyni vaxtda bir neçə cəzanı çəkir və daha yüngül cəza daha ağır cəzanın daxilində hesab olunur.
Tarixçə
Roma hüququnda bir hüquqşünasın müəyyən bir sual ilə bağlı yazılı və ya şifahi rəyi () "hökm" termininin ilkin istifadəsini ifadə edirdi. Bu termin həmçinin Roma senatı senatorlarının kimi tərcümə edilən rəylərinə də aid edilirdi. Daha sonralar bu anlayış həm mülki, həm də cinayət işləri üzrə hakimlərin və arbitraj məhkəmələrinin qərarı mənasında işlədilməyə başlanmışdır.
Müasir Latın (kontinental) hüquq sistemlərində hökm — bir hakim və ya hakimlər kollegiyasının qiymətləndirmə apardığı hər hansı hüquqi prosedurunun yekun aktıdır. Buna görə, mülki sistemlərdə bu termin hər hansı bir hüquq sahəsində məhkəmə tərəfindən verilən qiymətləndirmə funksiyasını daşıya bilər.
Hökmün növləri
Azərbaycan cinayət mühakimə icraatında hökmün iki əsas növü fərqləndirilir: Bəraət hökmü: Şəxsin təqsirsiz olduğu və ya təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Məhkumluq hökmü: Şəxsin təqsirli olduğu sübuta yetirildikdə və cəza tətbiq edildikdə çıxarılır.
Həmçinin bax
Arbitraj (hüquq) Cinayət prosesi Hakim (hüquq)
İstinadlar
Xarici keçidlər
Sentencing (Directgov, England and Wales)
Kateqoriya:Cəza (hüquq) Kateqoriya:Hüquqi terminlər