Mina Ben-Zvi (}; ) — İsrail Müdafiə Qüvvələrinin Qadın Korpusunun ilk komandiri olmuşdur. Həyatı Mina Ben-Zvi 1909-cu ildə Ukraynada (Rovno vilayəti, Velıki Mejurıçi) Mina Roqozik adı ilə dünyaya gəlib. 1921-ci ildə o, ailəsi ilə birlikdə Britaniyanın mandatı altındakı Fələstinə köçüb. Təhsilini başa vurduqdan sonra, 1933-cü ildə 24 yaşında ikən Haqananın Hayfa qoluna qoşulub.

İkinci Dünya müharibəsi zamanı o, Britaniya Ordusunun qadın korpusuna qoşulan Fələstindən olan ilk 66 qadın sırasında idi. Sonradan Misirdəki Britaniya bölməsində kapitan rütbəsi ilə komandir oldu. 1948-ci il Fələstin müharibəsi başlayanda o, İsrail Müdafiə Qüvvələrinin qadın korpusunun ilk baş komandanı təyin edildi. 1953-cü ildə həyat yoldaşı Eliyahu Ben-Zvi ilə birlikdə 1953–1955-ci illərdə Finlandiyadakı diplomatik missiyaya qoşuldu. Sonra isə İsrailin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasındakı nümayəndəsi (1956–1958) təyin edilib.

1960-cı ildə Qolda Meir, Ben-Zvi və sonradan İsveçin İsraildəki səfiri olmuş isveçli diplomat İnqa Torsson ilə əməkdaşlıq çərçivəsində "Mount Carmel" Beynəlxalq Təlim Mərkəzini təsis etdi. Bu mərkəzin qurucu direktoru olan Ben-Zvi 25 il bu vəzifədə çalışdı.

Hellerin fikirlərində qeyd edir ki; "O, dünya miqyasında qadın hüquqlarının irəli aparılması" üçün çox böyük işlər görüb. Mina Ben-Zvi 2000-ci ildə vəfat edib. İstinadlar

Kateqoriya:Nyu-York Universitetinin məzunları Kateqoriya:İsrail əsgərləri