Yasir Fadil Asani () — Albaniyalı peşəkar futbolçu. Hal hazırda İranın İstiqlal klubunda və Albaniya milli komandasında sağ cinah vingeri kimi çıxış edir. Şimali Makedoniyada doğulsa da, Albaniya milli komandasında çıxış edir.
Klub karyerası
Erkən illəri və karyerası Asani Skopye şəhərində, əslən Batintsi kəndindən olan alban ailəsində anadan olub.
Asani peşəkar karyerasına Makedoniya klubu olan "Vardar"da başlamış, debütünü 25 avqust 2013-cü ildə "Turnovo" klubuna qarşı səfərdə 2:0 hesabı ilə uduzduqları oyunun son dəqiqələrində meydana daxil olaraq etmişdir.
1 mart 2014-cü ildə o, peşəkar karyerasında ilk qolunu Rabotniçkiyə 1:2 hesabı ilə uduzduqları oyunda vurdu. Asani daha sonra 30 mart 2014-cü ildə "Napredok" klubu üzərində 6:0 hesablı qələbə qazandıqları oyunda karyerasının ilk het-trikinə imza atdı.
Şkupi (icarə) 25 yanvar 2017-ci ildə Asani 2016–17 mövsümünün ikinci yarısı üçün "Şkupi" klubuna icarəyə verilmişdir. 12 mart 2017-ci ildə o, "Renova"ya qarşı oyunda komandasına 3:2 hesablı qələbə qazandıran dubl etmişdir. O, "Vardar"a qayıtmazdan əvvəl mövsümü 13 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə başa vurur.
Pobeda 24 iyul 2017-ci ildə Asani azad agent kimi "Pobeda" klubuna keçmişdir. O, debütünü 13 avqustda "Pelister" klubuna 1:2 hesabı ilə uduzduqları oyunda etmişdir.
Partizani Asani 23 sentyabr 2017-ci ildə Albaniya klubu Partizani ilə müqavilə imzaladı, lakin bu transfer pəncərəsi bağlandıqdan sonra baş tutur. Nəticədə, o, əvvəlcə Partizani B komandasına göndərilir. O, 14 oktyabrda "Sopoti" komandası ilə oyunda Partizani B heyətində het-trik edir.
O, peşəkar debütünü 29 oktyabrda "Partizani" ilə "Flamurtari" klubuna qarşı oyunda, 81-ci dəqiqədə Milan Basrakın əvəzinə meydana daxil olaraq edir.
Asani "Partizani" heyətində ilk qolunu 4 fevral 2018-ci ildə "Kamza" üzərində 2:1 hesablı ev qələbəsində vurur.
AİK (icarə) 7 yanvar 2020-ci ildə Asani 400.000 avroluq satın alma opsionu ilə mövsümün sonuna qədər İsveç təmsilçisi "AİK"ə icarəyə verilir. O, Allsvenskandakı debütündə, 14 iyunda "Örebro" üzərində 2:0 hesablı qələbədə qol vurur. COVID-19 pandemiyası səbəbindən uzanan mövsümdə bütün turnirlərdə cəmi yeddi oyuna çıxdıqdan sonra, "AİK" Asani üçün satın alma opsionundan istifadə etmir və o, 2020–21 mövsümü üçün "Partizani"yə qayıdır.
Kisvarda 8 iyul 2021-ci ildə Asani Macarıstan klubu olan "Kisvarda" klubuna keçir. O, debütünü 31 iyulda Ferentsvaroş klubuna qarşı oyunda edir. Klubdakı ilk qolunu 22 oktyabrda "Paksi" klubu ilə 2:2 hesablı bərabərliklə bitən oyunda vurmuşdur.
Kvanju FK 28 dekabr 2022-ci ildə Asani daimi müqavilə əsasında Cənubi Koreya təmsilçisi "Kvanju FK2"ya qoşuldu. 23 fevral 2023-cü ildə klubdakı debüt oyununda, "Suvon Samsung Bluivings" üzərində 1:0 hesablı qələbənin yeganə qolunu vurur. Asani daha sonra 18 martda "Inçxon Yunayted"ə 5:0 hesabı ilə qalib gəldikləri oyunda karyerasının ikinci het-trikinə imza atmışdır.
17 sentyabr 2024-cü ildə Asani yeni yaradılmış 2024–25 AFC Çempionlar Liqası Elit turnirində, Yaponiya klubu "Yokohama F. Marinosa" 7:3 hesabı ilə qalib gəldikləri oyunda, het-trik edən ilk oyunçu oldu. Daha sonra 1 oktyabrda AFC Çempionlar Liqası Elit oyununda Yaponiya təmsilçisi "Kavasaki Frontale" ilə oyunda həlledici qolu vurdu və bu yeganə qol komandasına 3 xal qazandırdı. Malayziya klubu "Johor Darul Ta'zim"ə qarşı üçüncü AFC Çempionlar Liqası Elit oyununda matçın ilk 6 dəqiqəsində dubl edərək komandasına 3:1 hesablı qələbəni təmin etdi.
Milli komanda karyerası Makedoniyanı bir neçə gənclər səviyyəsində təmsil etdikdən sonra Asani 18 mart 2016-cı ildə Albaniya vətəndaşlığı alaraq Albaniya U-21 komandasının oyunçu heyətinə qoşuldu. O, Albaniya U-21 heyətində ilk beynəlxalq oyununu 22 yanvar 2016-cı ildə Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı bərabərliklə bitən oyunda komandasının yeganə qolunu vuraraq keçirdi. Keçmiş Braziliya millisinin oyunçusu Silvinyo 2023-cü ilin əvvəlində Albaniya millisinin baş məşqçisi təyin edildikdə, o, 4-3-3 sxemi üçün sol ayaqlı sağ vinger axtarırdı. Silvinyo Asanini Albaniya Futbol Federasiyasının məlumat bazasında tapdı və onun Macarıstandakı seçmələrini, həmçinin səhər tezdən Cənubi Koreyadakı canlı oyunlarını izlədi. Silvinyo Asanini 27 mart 2023-cü ildə Polşaya qarşı Avro 2024-ün seçmə mərhələsi oyununa dəvət etdi. Asani əsas millidə debütünü 1:0 hesablı səfər məğlubiyyəti ilə bitən oyunda start heyətdə başlayaraq etdi və ilk 70 dəqiqəni meydanda qaldı. Asani ilk beynəlxalq qolunu Avro 2024-ün seçmə mərhələsində Moldovaya qarşı oyunda vurdu. Albaniyanın Almaniyada keçirilən UEFA Avro 2024-ə vəsiqə qazanması prosesində o, ümumilikdə üç qol və iki məhsuldar ötürmə ilə yadda qaldı.
Karyera statistikası
Klub
+ Klub, mövsüm və turnirə görə oyunlar və qollarKlubMövsümLiqaMilli kubokKontinentalDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolVardar2013–14Makedoniya Birinci Futbol Liqası127———1272014–1526521——2862015–16153—10—1632016–171322020—172Cəmi66174130—7318Şkupi (icarə)2016–17Makedoniya Birinci Futbol Liqası143——20163Pobeda2017–18Makedoniya Birinci Futbol Liqası20———20Partizani B2017–18Albaniya İkinci Divizionu812———8122018–1910———10Cəmi912———912Partizani2017–18Albaniya Superliqası29441——3352018–193383020—3882019–201431041102042020–2130921——3210Cəmi10624102611012327AİK (icarə)2020Allsvenskan4131——72Kisvarda2021–22Nemzeti Bajnokság I29621——3172022–231502043—213Cəmi4464143—5210Kvanju FK2023K Liqa 1337———337202413320109—2512202522810——238Cəmi681830109—8127İstiqlal2025–26Fars körfəzi Pro Liqası1872284—2813Karyera cəmi33188267311730391112
Milli
+ Milli komanda və illər üzrə oyunlar və qollarMilli komandaİlOyunQolAlbaniya2023932024132202531202610Cəmi266
Albaniyanın vurduğu qolların siyahısı birinci göstərilir, hesab sütunu Asaninin hər qolundan sonrakı hesabı göstərir. + Yasir Asaninin vurduğu beynəlxalq qolların siyahısıNo.TarixMəkanRəqibHesabNəticəTurnir1 17 iyun 2023 Arena Kombëtare, Tirana, Albaniya 1–0 2–0 Avro 2024-ün seçmə mərhələsi2 10 sentyabr 2023 Arena Kombëtare, Tirana, Albaniya 1–0 2–0 Avro 2024-ün seçmə mərhələsi3 12 oktyabr 2023 Arena Kombëtare, Tirana, Albaniya 1–0 3–0 Avro 2024-ün seçmə mərhələsi4 3 iyun 2024 Haladás Sportkomplexum, Sombatxeli, Macarıstan 2–0 3–0 Yoldaşlıq oyunu5 7 sentyabr 2024 Stadion Letna, Praqa, Çexiya 2–1 2–1 2024–25 UEFA Millətlər Liqası B6 4 sentyabr 2025 Europa Sports Park, Cəbəllütariq 1–0 1–0 Yoldaşlıq oyunu
Uğurları Vardar Makedoniya Birinci Futbol Liqası: 2014–15, 2015–16, 2016–17
Partizani Tirana FK Albaniya Superliqası: 2018–19 Albaniya Superkuboku: 2019
İstinadlar
Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:AİK FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Albaniyalı legioner kişi futbolçular