II Qvadibaldo della Rover (; ) — Urbino hersoqu, kondotyer. İntibah dövrünün mühüm dəstəkçilərindən biri, xüsusilə də italyan rəssam Tisian Veçellionun hamisidir.

1514-cü ildə Urbinoda dünyaya gəldi. Atası I Françesko Mariya della Rover, anası isə Mantuya markizi II Françesko Qonzaqanın qızı Elyanoradır. 1535-ci ildə Roma papası III Pavelin etirazlarına baxmayaraq, Kamerino hersoqunun qızı Culya Varano ilə evləndi. Bu səbəblə papa tərəfindən cütlük aforoz edildi. Cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi.

Virciniya Feltriya della Rover (1544-1571)

1538-ci ildə atasının vəfatından sonra taxta çıxdı. 1546-cı ildən etibarən Venesiya üçün döyüşən bir kondotyer oldu. İlk xanımının 1547-ci ildə vəfatının ardından Parma hersoqu Piyer Luicinin yeganə qızı Vittoriya Farneze ilə evləndi. Yeni xanımı Roma papası III Pavelin nəvəsi idi və bu səbəblə bağışlandı. Cütlüyün nigahı 29 iyun 1547-ci ildə Romada bağlansa da, rəsmi toy mərasimi 30 yanvar 1548-ci ildə baş tutdu. Bu nigahdan 9 övladı dünyaya gəlsə də, bunlardan yalnız üçü yetkinlik yaşına çata bildi.

II Françesko della Rover, Urbino hersoqu Covanni (1551-1554) Elyanora (1552-1553) Konstansa (1553) İzabella (1554-1619) Alessandro (1556) Federiko (1557-1560) Laviniya (1558-1632) Vittoriya (1561-1566)

1559-cu ildə İspaniya kralı II Filippin dəvətiylə Osmanlılara qarşı tərtiblənən səfərə qatıldı. 1 yanvar 1573-cü ildə ağır vergilər səbəbilə Urbinoda başlayan kəndli üsyanını qanlı bir şəkildə yatırdı. Ertəsi il 28 sentyabr 1574-cü ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

601

İstinadlar

Kateqoriya:XVI əsr İtaliya zadəganları