Ukraynada qadınlar — Ukraynada yaşayan və ya əslən ukraynalı olan qadınlar. Ukraynada qadınlar iqtisadi, siyasi, mədəni və sosial sahələrdə, eləcə də ailədə kişilərlə bərabər konstitusiya hüququna malikdirlər.
Ukrayna əhalisinin (45 milyon) fiziki, cinsi və ya mənəvi zorakılığa məruz qalanlarının (təxminən 45 faizi) əksəriyyətini qadınlar təşkil edir.
Ukraynada feminizmin tarixi Ukraynanın son iki əsrlik tarixi Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqı ilə sıx bağlıdır. Ukrayna 1991-ci ildə müstəqillik qazanmışdır. 40 milyondan çox əhalinin əksəriyyəti pravoslav xristianlardır. Əhalisinin 70%-i isə şəhərlərdə yaşayır.
Avropanın ən böyük feminist təşkilatlarından biri 1920-ci illərdə müasir Qərbi Ukraynada və ya Qalisiyada yaradılmışdır. Ukrayna Qadınlar Birliyi adlanan bu təşkilata Milena Rudniskaya rəhbərlik etmişdir. Sovet dövründə feminizm "burjua ideologiyası" adlanaraq, inqilaba zidd və anti-sovet fəaliyyət kimi təsnif edilirdi. Sovet dövründə vətəndaş cəmiyyəti və feminizm faktiki olaraq mövcud deyildi. Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra feminizm burada kök salmağa başladı.
2010-cu ilə olan məlumatlara əsasən, including Feminist OfenzyvaАборти в Україні: право на вибір чи право на життя? Abortions in Ukraine: the right to choose or the right to life? , BBC Ukrainian (25 May 2012) Ukraynada "Feminist Ofenziva" və "Ukrayna Qadınlar Birliyi" də daxil olmaqla bir neçə qadın hüquqları qrupu fəaliyyət göstərir. Kiyevin ən fəal qadın hüquqları qrupu olan Femen 2013-cü ildə bağlanıb. Rəhbəri isə ölkəni tərk edib. У колишньому офісі Femen відкрили книжкову крамницю In the former office Femen opened a bookstore , Ukrayinska Pravda (23 October 2013)
Feminist, sülh quruculuğu üzrə tədqiqatçı və qadın könüllülər hərəkatına dəstək verən "Dialoq Teatrı" adlı qeyri-hökumət təşkilatının yaradıcısı fəal Oksana Potapovanın sözlərinə görə, 2014-cü ildə başlayan Donbass müharibəsi zamanı "nəhəng qadın könüllülər hərəkatı" inkişaf etmişdir.
Qadınlara qarşı zorakılıq Ukrayna əhalisinin (45 milyon) təxminən 45 faizi fiziki, cinsi və ya psixoloji zorakılıqdan əziyyət çəkir ki, onların da əksəriyyəti qadınlardır. Küçə qadınlarının təxminən 40 faizi cinsi zorakılığa məruz qalır, bunun da 25 faizini yaşı 18-dən az olanlar təşkil edir. 2001-ci ildə Ukraynada "Məişət zorakılığı haqqında" qanun qəbul edildi. Ukrayna İnzibati Xətalar Məcəlləsinin 173-2-ci maddəsi də "ailədə zorakılıq" halları ilə bağlıdır. BMT-nin Əhali Fondunun Ukraynadakı nümayəndəsi Nuzhat Ehsan 2013-cü ilin fevralında bildirmişdir ki: "Ukraynada zorakılıq səviyyəsi həqiqətən də qəbuledilməz dərəcədədir. Bu, əsasən kişilər tərəfindən törədilir və onların da əksəriyyəti alkoqol aludəçiləridir".
Qadın işçi qüvvəsi Qadınlar Ukrayna əhalisinin 54%-ni, işçi qüvvəsinin isə 47,4%-ni təşkil edir. Ukraynalı qadınların 60%-dən çoxu ali təhsillidir. Bununla belə, eyni təhsil səviyyəsinə malik kişilərlə müqayisədə qadınlar arasında işsizlik səviyyəsi çox yüksəkdir (Ukraynadakı bütün işsizlərin 80%-i qadınlardır).
Əmək qanunvericiliyi kişi və qadınların hüquq chətdən bərabərliyini, o cümlədən eyni iş üçün bərabər əməkhaqqı prinsipini müəyyən edir və bu prinsipə əməl olunur. Lakin qadın işçilərin üstünlük təşkil etdiyi sahələrdə nisbi əməkhaqqı ən aşağı səviyyədədir. Təqaüd yaşı tədricən artırılır: 2021-ci ilə qədər dövlət qulluqçusu olan qadınlar üçün 60, kişilər üçün isə 62 yaş müəyyən edilib (ilkin yaş həddi qadınlar üçün 55, kişilər üçün 60 idi). Hökumətdə, dövlət müəssisələrində və ya özəl sektorda rəhbər vəzifələrdə çalışan qadınların sayı azlıq təşkil edir.
Siyasətdə qadınlar 2019-cu ildə Ukraynada keçirilən parlament seçkilərində 87 qadın deputat seçilərək ölkə üçün rekord göstəriciyə imza atmışdır ki, bu da ümumi deputat sayının 20,52%-i demək idi. Seçkilərdə "Səs" (Holos) partiyasından seçilən deputatların təxminən 50%-i, "Avropa Həmrəyliyi" partiyasından seçilənlərin isə 37%-i qadınlar olmuşdur. Ən aşağı göstərici 11,4% göstərici ilə "Müxalifət Platforması-Həyat Naminə" partiyasından olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Ukrayna Ali Radasının yalnız 12,1%-ni qadınlar təşkil edirdi. 2014-cü il parlament seçkilərindən 2019-cu il seçkilərinədək bu rəqəm artaraq 53-ə, yəni 12,6%-ə çatdı. Qadın millət vəkillərinin faiz nisbəti hər dəfə seçkidən seçkiyə dəyişir.Women's Social Activism in the New Ukraine by Sarah D. Phillips, Indiana University Press, 2008, (page 57/58) 2014-cü ildə parlamentə seçilən 47 qadından yalnız 2-si birmandatlı seçki dairəsində qalib gələrək bu nailiyyəti əldə etmişdir.Parliamentary elections not to be held at nine constituencies in Donetsk region and six constituencies in Luhansk region – CEC , Interfax-Ukraine (25 October 2014)) 2012-ci il Ukrayna parlament seçkilərində parlamentə seçilənlər içərisində qadınlar tərkibin 9,9%-ni təşkil edirdi. Ukraynanın müstəqillik əldə etməsindən sonra,Too few women in the Ukrainian parliament, Kyiv Post (14 December 2012) 1994-cü ildə keçirilən ilk parlament seçkilərində cəmi 11 qadın (parlamentin 2,3%-i) seçilmişdi. "Ukrayinska Pravda"nın 12 noyabr 2014-cü il araşdırmasına əsasən, dünya üzrə parlamentlərin orta hesabla 22%-i, Avropa İttifaqı ölkələrində isə 25%-i qadınlardan ibarətdir. The new parliament greatest women in history , Ukrayinska Pravda (12 November 2014) Parlamentlərarası İttifaqın 1 noyabr 2014-cü il tədqiqatına əsasən, Ukrayna qadınların parlamentdəki siyasi təmsilçiliyinə görə 189 ölkə arasında 112-ci yerdə qərarlaşıb.
Yuliya Timoşenko Bloku və onun xələfi olan "Batkivşina" (Vətən) partiyası parlamentə daxil olan yeganə qadın rəhbərliyi altındakı partiya olmuşdur.After the parliamentary elections in Ukraine: a tough victory for the Party of Regions , Centre for Eastern Studies (7 November 2012) 2014-cü ilin oktyabrında Ukraynada keçirilən parlament seçkilərində Hanna Hopko, seçkiləri üçüncü sırada tamamlayan "Özünə güvən" (Samoopomiç) partiyasının siyahısında birinci idi..Poroshenko Bloc to have greatest number of seats in parliament , Ukrinform (8 November 2014)People's Front 0.33% ahead of Poroshenko Bloc with all ballots counted in Ukraine elections – CEC , Interfax-Ukraine (8 November 2014)Poroshenko Bloc to get 132 seats in parliament – CEC , Interfax-Ukraine (8 November 2014) Həmin seçkilərdə Nadejda Savçenko "Batkivşina" partiyasının siyahısında birinci yerdə qərarlaşmışdı (partiya seçkiləri altıncı sırada bitirdi).Tymoshenko's Batkivshchyna: Two women at top will propel party into parliament , Kyiv Post (Oct. 13, 2014) Ukraynada qadınların rəhbərlik etdiyi daha çox partiya olub.Central and East European Politics: From Communism to Democracy Second Edition, edited by Sharon Wolchik and Jane Curry, Rowman & Littlefield Publishers, Inc., 2011, Virtual Politics - Faking Democracy in the Post-Soviet World, Andrew Wilson, Yale University Press, 2005,
İkinci Yasenyuk hökumətində (2 dekabr 2014-cü ildə təyin edilib) iki qadın nazir var idi.Rada supports coalition-proposed government lineup , Interfax-Ukraine (2 December 2014)Rada approves new Cabinet with three foreigners , Kyiv Post (2 December 2014) Rada voted the new Cabinet , Ukrayinska Pravda (2 December 2014) Ondan əvvəlki birinci Yasenyuk hökumətində (27 fevral 2014-cü ildə təyin edilib) isə bir qadın nazir təmsil olunurdu.Maidan nominates Yatseniuk for prime minister , Interfax-Ukraine (26 February 2014)Ukrainian parliament endorses new cabinet , Interfax-Ukraine (27 February 2014) Qroysman hökuməti (2016–2019) öz səlahiyyət müddətini beş qadın üzvlə başa vurub.New Cabinet formed in Ukraine , UNIAN (14 April 2016)Week's balance: PM Groysman, Rada's sabotage, and disappointing IMF forecast , UNIAN (18 April 2016) Spring transplantation: Prime Groisman and without a coalition Cabinet , Ukrayinska Pravda (14 April 2016)Ukraine parliament appoints Markarova, Friz ministers , UNIAN (22 November 2018) The government appointed Acting Minister of Health , Ukrayinska Pravda (27 July 2016)
İndiyə qədər tərkibində qadın nazir olmayan (həmin dövrdə Avropada, heyətində qadın üzvün təmsil olunmadığı yeganə hökumət) yeganə hökumət 11 mart 2010-cu ildə təyin edilmişVR approved structure of Cabinet of Ministers (update) , Ukrainian Independent Information Agency (March 11, 2010) birinci Azarov hökuməti olub ki, bu da 14 fevral 2012-ci ildə Raisa Bohatıryovanın Ukraynanın Səhiyyə naziri və Baş nazirin müavini təyin edilməsinə qədərki dövrü əhatə edib.Bohatyriova appointed vice premier and health minister, Kyiv Post (14 February 2012)Azarov's cabinet has highest number of ministers in Europe , Kyiv Post (March 16, 2010) Baş nazir Mikola Azarov 2010-cu ilin mart ayında qadınlara böyük hörmət bəslədiyini əlavə etsə də, hökumətdə qadın nazirlərin olmamasını belə:Ukrainian Prime Minister Azarov had his office blessed , Interfax-Ukraine (March 19, 2010)Ukrainian women berate 'Neanderthal' PM for sexist remarks , The Guardian (March 24, 2010) "İslahatlar qadınların səlahiyyətinə daxil olan məsələ deyil" deyə əsaslandırmışdı. Ukraynadakı qadın qrupları bu açıqlamalardan sonra Azarovu ölkənin ombudsmanına şikayət edərək, Azarovu gender ayrı-seçkiliyində və "neandertal" düşüncə tərzinə sahib olmaqda ittiham edib, ona qarşı müxtəlif məhkəmə iddiaları qaldırdılar.President of Ukraine has appointed new staff of the Cabinet of Ministers of Ukraine , Ukrainian Independent Information Agency (24 December 2012) Azarovun növbəti (24 dekabr 2012- 27 fevral 2014) ikinci Azarov hökumətində isə artıq üç qadın nazir var idi.Rada dismisses previous government, to form new one , Interfax-Ukraine (27 February 2014)) had three female ministers.Yanukovych appoints new Cabinet of Ministers , Kyiv Post (24 December 2012)Ukrainian President Appoints New Justice Minister , Radio Free Europe/Radio Liberty (4 July 2013)
2010-cu il prezident seçkiləri zamanı o vaxtkı namizəd Viktor Yanukoviç qadın rəqibi, Baş nazir Yuliya Timoşenko ilə debatdan imtina etmiş və bunu "qadının yeri mətbəxdir" deyərək əsaslandırmışdı. Ali Radanın sədri Vladimir Litvin də qadınlara qarşı təhqiramiz hesab edilə biləcək şərhlərlə çıxış etmişdi.Honoring Women, Ukrainian Government-Style , Radio Free Europe/Radio Liberty (8 March 2012)
Yunan Katolik kilsəsinin ruhaniləri və Vatikanın istəyi ilə Andrey Şkil tərəfindən hazırlanan "Abortun qadağan edilməsi haqqında" qanun layihəsi 12 mart 2012-ci il tarixində Ali Radada qeydə alınıb.Ukrainian clergy condemn FEMEN protest on Sophia Cathedral bell tower , Kyiv Post (11 April 2012)
Ukraynada 2008-ci ildə qadınların əmək bazarında iştirak səviyyəsi təxminən 62% təşkil etmişdi.
Biznesdə qadınlar Ukraynada qadınlar oxşar vəzifələrdə çalışan kişilərə nisbətən orta hesabla 30% daha az məvacib alırlar.On Women's Day, struggle for equality remains , Kyiv Post (8 March 2012)
İşçisi olmayan fərdi müəssisələrin təxminən 50%-i qadınlara məxsusdur. 1-dən 5-ə qədər işçisi olan müəssisələrin 27%-i, 50-dən az işçisi olan müəssisələrin isə 30%-i qadınların mülkiyyətindədir. Qadınlar daha çox pərakəndə satış, topdansatış və ictimai iaşə sahələrindəki kiçik bizneslərə rəhbərlik edirlər. Böyük şirkətlərin isə yalnız 2%-nə qadınlar rəhbərlik edir.New Perspectives on Women Entrepreneurs by John Butler, Information Age Publishing, 2000, (page 251) 2% of large companies are headed by women.Topless protesters gain fame in Ukraine , The Washington Post (November 19, 2010)
2008-ci ildə qadınların əmək bazarında iştirak səviyyəsi təxminən 62% təşkil etmişdir.
Ukrayna Silahlı Qüvvələrində qadınlar Ukraynada qadınların orduya qatılmasına icazə verilsə də,Women in the military by country#Ukraine bu, yalnız tibb işçisi, aşpaz, mühasib və s. ilə məhdudlaşırdı. 2016-cı ilin iyul ayından isə Ukrayna hərbi qüvvələri qadınların döyüş tapşırıqlarında iştirakına icazə verilməyə başlandı. Bura pulemyotçu, kəşfiyyatçı, snayper və digər döyüş vəzifələri daxil edildi.
2022-ci il Rusiya işğalı zamanı qadınlar