Birinci İspaniya Respublikası () — İspaniyada ümumilikdə 22 ay davam edən siyasi rejim.

10 fevral 1873-cü ildə İspaniya kralı I Amadeyin taxtdan çəkilməsiylə respublikanın əsası qoyuldu. Ertəsi gün radikallar, respublikaçılar və demokratlardan ibarət bir parlament səsvermə edərək İspaniya Respublikasını elan etdilər. Bu dövr federal respublikaçılar və unitar respublikaçılar arasındakı mübarizəylə səciyyələnir. Eyni zamanda bu dövrdə icbari hərbi mükəlləfiyyət sonlandı, uşaq işçiliyini tənzimləndi və Puerto-Rikoda köləlik ləğv edildi. Hökümət 1872-ci ildən bəri davam edən Üçüncü Karlist müharibəsi və 1868-ci ildən bəri davam edən Kubadakı Onillik müharibəni davam etdirməklə yanaşı, 1873-cü ildə Kantonal üsyanı ilə də məşğul oldu.

1874-cü ilin yanvarında general Manuel Pavianın tərtiblədiyi çevriliş höküməti devirdi və general Fransisko Serrano rəhbərliyində hərbi diktatura rejimi quruldu. 1874-cü ilin dekabrında isə general Arsenio Martinez Kampos Saqunto şəhərində XII Alfonsonu yenidən kral elan edərək İspaniyada monarxiyanı bərpa etdi. Beləcə, İspaniya tarixindəki ilk respublika dövrü sonlandı.

Mənbə

Ədəbiyyat

Avilés Farré, Juan (2013). La daga y la dinamita. Los anarquistas y el nacimiento del terrorismo (in Spanish). Barcelona: Tusquets Editores. ISBN 978-84-8383-753-5 Kateqoriya:Tarixi respublikalar