Pakistan–Səudiyyə Ərəbistanı Strateji İkitərəfli Müdafiə Müqaviləsi — 17 sentyabr 2025-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik və müdafiə müqaviləsi.

Tarixi və şərtləri Pakistan və Səudiyyə Ərəbistanı arasındakı iqtisadi, dini və təhlükəsizlik münasibətləri 1960-cı illərdən bəri mövcuddur. 17 sentyabr 2025-ci ildə isə iki ölkə arasında təhlükəsizlik və müdafiə müqaviləsi imzalanmışdır. Sazişdə deyilir ki, ölkələrin birinə qarşı edilən hər hansı bir hərbi təcavüz hər ikisinə qarşı edilmiş hesab edilir. Bundan sonra Səudiyyə Ərəbistanı açıq şəkildə Pakistanın nüvə gücündən istifadə edə biləcəyini deməmiş, Pakistan tərəfi isə buna qarşı çıxmışdır. Nüvə silahı məsələsinin aydın şəkildə izah edilməməsi fərziyyələrə səbəb olmuş və paktın dəqiq şərtləri haqqında qeyri-müəyyənliyə səbəb olmuşdur.

11 aprel 2026-cı ildə Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirilmişdir. Bu iki ölkə arasındakı müqaviləyə əsasən edilmişdir.

Genişləndirilməsi Türkiyənin bu müqaviləyə qoşulacağı iddia edilsə də, daha sonra Türkiyənin bu müqaviləyə qoşulmayacağı, müqavilənin yalnızca ikitərəfli olduğu açıqlanmışdır. Azərbaycan mediasında Azərbaycanın bu müqaviləyə qoşulması müsbət addım olaraq dəyərləndirilmişdir.

Həmçinin bax Pakistan–Səudiyyə Ərəbistanı münasibətləri Yaxın Şərq böhranı (2023–hal-hazırda) İran müharibəsi (2026)

İstinadlar

Kateqoriya:17 sentyabr Kateqoriya:2025-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:Ər-Riyad Kateqoriya:Hərbi-siyasi bloklar Kateqoriya:Pakistanın ikitərəfli əlaqələri Kateqoriya:Pakistanın müqavilələri Kateqoriya:Səudiyyə Ərəbistanının ikitərəfli əlaqələri Kateqoriya:Sülh müqavilələri Kateqoriya:XXI əsrdə beynəlxalq müqavilələr Kateqoriya:Yaxın Şərq böhranı (2023–hal-hazırda)