Maşinist () — 2004-cü ildə ekranlara çıxan və Bred Andersonun rejissorluğu ilə çəkilmiş psixoloji triller filmi. Ssenarini Skott Kosar qələmə alıb. Baş rolu Kristian Beyl ifa edir.

Filmin ən çox müzakirə edilən tərəfi K. Beylin roluna göstərdiyi fədakarlıqdır. Aktyor çəkilişlərə hazırlaşmaq üçün 28 kiloqram verir.

"Maşinist" tənqidçilərin gözündə uğurlu bir iş kimi qiymətləndirilir. Üstündən illər keçsə də əsər kult filmi kimi yaşamaqda davam edir.

Təsvir Trevor Reznik bir zavodda dəzgahçıdır. Ağır yuxusuzluq xəstəliyi onu bir ildir yatmağa qoymayıb, bədəni isə az qala sümük üstə dəri qalıb. O, özünə xatırlatma kağızları yapışdırmaqdan və getdikcə azalan çəkisini izləməkdən əl çəkə bilmir. Bunların hamısı sarı yapışqan kağızlara yazılıb, mənzilin hər yerinə vurulub. Həyatına emosional mənada yeganə qəbul etdiyi adam Stivi adlı fahişədir. Bununla belə, hava limanındakı bufetdə işləyən subay ana Mariaya da ürəyi düşüb.

İş yoldaşları onunla ünsiyyət qurmur, ona güvənmirlər. Sürtkü kimi qalmış bu cismə nə olduğunu bilmirlər ki. Bir gün iş yerində baş verən hadisə onu həmkarlarından büsbütün uzaqlaşdırır. Üstəlik, mənzilində gözlənilmədən tapdığı bəzi kağız parçaları onu düşündürür. Trevor əmin olur ki, kiminsə, yəqin ki iş yoldaşlarından birinin və ya bir neçəsinin, ona qurmaq istədiyi bir tələ var. Bunun üçün İvan adlı, əslində mövcud olmayan bir işçini ön cərgəyə çəkirlər.

Trevor İvanın nə hazırladığını, harada gizləndiyini axtarmağa başlayır. Bu axtarış onu gec də olsa, yuxusuzluğunun kökündəki həqiqətlə üz üzə gətirə bilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İnsomniya haqqında filmlər Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:Triller dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Psixoloji triller filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Pis qəhrəmanların yer aldığı əsərlər