230px|thumb|Fatimeyi-Zəhraya həsr olunmuş guşə Pir Əhmədağa Baba — Azərbaycanın Xaçmaz rayonunun Yergüc kəndində, Bakı—Quba (və ya Quba—Xaçmaz) yolundan 50 metr məsafədə yerləşən, müsəlmanlar üçün müqəddəs yerdir.

Təsviri Kompleks, bütöv tənəkə kirəmitlə örtülmüş günbəzvari damı olan kiçik, konusvari daş tikilidən ibarətdir. Günbəzin zirvəsini kiçik günbəzli tənəkə konus formasında olan qüllə tamamlayır. Giriş qapısının hər iki tərəfində üfüqi formalı düzbucaqlı pəncərələr yerləşir. Daha bir düzbucaqlı, lakin şaquli formalı pəncərə əsas qapının sağ tərəfindədir. Onun altında isə ianə qutusu quraşdırılıb.

Əsas otaq həm zəvvarlar, həm də turistlər üçün açıqdır. Təvazökar daxili tərtibat, əsasən həm Azərbaycan, həm də rus dillərində olan dini və idraki ədəbiyyatdan (xüsusilə, burada rus dilində XIX əsrə aid Quran yerləşir) ibarət stellaj və rəflərdən təşkil olunmuşdur.

Otağın bir hissəsi təkallahlığın təbliğatçısı və islam dininin banisi Məhəmməd peyğəmbərin birinci xanımı Xədicədən olan kiçik qızı Fatimeyi-Zəhraya həsr olunmuşdur. Fatimeyi-Zəhra Məhəmməd peyğəmbərin bütün uşaqları arasında ondan daha çox yaşayan yeganə övladıdır. Müsəlmanlar tərəfindən Allah qorxusu və səbr, həmçinin ən yaxşı mənəvi keyfiyyətlərin nümunəsi kimi ehtiramla yad edilir.

Əsas otaq vasitəsilə zəvvarlara bu və ya digər dini ayinlərin icrasında kömək edən mütəvəllinin otağına keçmək olar.

Daxili həyət tağvari naxışları olan daş divarla əhatə olunmuşdur. Burada yerinə yetmiş arzularına görə şükür olaraq qurban kəsən zəvvarlar üçün nəzərdə tutulmuş skamyalı taxta masalar quraşdırılmışdır. Bu zaman qurbanlıq heyvanın bir hissəsi imkansızlara paylanmalıdır. Yaxınlıqda zəvvarların dəstəmaz ritualları icra etdiyi su kanalı axır.

Qalereya

İstinadlar

Kateqoriya:Azərbaycan mifologiyası Kateqoriya:Xaçmaz rayonu