Kid vs. Ket — Kanadanın "YTV" kanalında 2008-ci il oktyabrın 25-dən 2011-ci il iyunun 4-dək yayımlanan animasiya serialı. Serialın ideyası Rob Butilyeyə məxsusdur və o, serialın həmrejissoru kimi də çalışıb. İstehsal "DHX Media"nın (indiki adı "WildBrain") törəmə şirkəti olan "Studio B Productions" tərəfindən, "YTV" və "Jetix Europe" ilə ortaqlıqda həyata keçirilib.Aaron H. Bynum, "'Kid vs. Kat' TV Animation Moves into Production" , Animation Insider, February 19th, 2007 Serial cəmi iki mövsümdən ibarət olub və ümumilikdə 52 epizod çəkilib.
Təsvir Kup Bartonbörger on yaşında adi bir uşaqdır. Həyatı sakit keçirdi, ta ki şıltaq bacısı Milli evə küçədən tapdığı bir pişik gətirənə qədər. Mister Ket adını verdikləri bu pişiyin arxasında isə çox qorxunc bir həqiqət gizlənir. O, əslində Ket Nebulası adlı planetdən gəlmiş yadplanetlidir və Sfinks pişiklərinə bənzəyən bu varlıqların insanlara qarşı köklü bir düşmənçiliyi var. Üstəlik onların yerdə nəsə qaranlıq bir məqsədi də var. Kup bunu hamıya sübut etməyə çalışır, amma Mister Ket hər dəfə onun əlindəki sübutları məhv edir. Nəticədə Kupu heç kim ağlı başında adam saymır. Yalnız ən yaxın dostu Dennis ona inanır və hər mübarizədə yanında olur. İkinci mövsümdən etibarən isə Kupun ürəyini çəkdiyi qız Fiona da bu ikiliyin yanına qoşulur. Serial Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Vankuver şəhərinin yaxınlığında yerləşən uydurma Butsvill şəhərini özünə məkan seçib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kanadanın ingilis dilli teleserialları