Aleksandra Mixailovna Bilozerska-Kuliş (), həmçinin təxəllüsləri ilə Qanna Barvinok () və ya A. Neçuy-Viter (; ) — Ukrayna yazıçısı, folklorşünası, memuaristi və həyat yoldaşı Panteleymon Kulişin ədəbi irsinin qoruyucusu. O, Vasili və Nikolay Bilozerskilərin bacısı idi.
Həyatı Aleksandra Mixailovna Borzna şəhərində anadan olmuşdur, lakin həmin dövrdə şəhərdə baş verən tez-tez yanğınlar nəticəsində ailənin evi yanmış və bu səbəbdən çoxuşaqlı ailə yaxınlıqdakı Motronovka xutoruna köçmüşdür. Atası qəza marşalı və həmin bölgənin ən savadlı şəxslərindən biri hesab edilmişdir. Anası kazak nəslindən gəlmiş, ukrain dilinə, mahnılarına və mütaliəyə böyük maraq göstərmişdir. Ailənin gündəlik həyat tərzi və adət-ənənələri kəndli həyatına olduqca yaxın olmuşdur.Власенко І. Саша/ Ірина Власенко; худож.- оформлювач О. А. Гугалова-Мєшкова . — Харків: Фоліо, 2022. --158 с. — (Мистецькі біографії) — ISBN 978-966-03-8724-9.
Onun qardaşları – ictimai və ədəbi xadim, jurnalist Vasili Bilozerski ilə folklorşünas və etnoqraf Nikolay Bilozerski, bacısı Lyubov isə Viktor Zabillanın ilham pərisi olmuşdur (sonradan mülkədar İvan Boqolyubtsev ilə ailə qurmuşdur). Aleksandra 14 yaşına qədər Kozakivskilərin şəxsi pansionunda (Sumı vilayətinin Kropivne kəndi və Konotop şəhəri) təhsil almışdır.Зеленська Л. Ганна Барвінок: життєпис на основі епістолярної спадщини. — Чернігів, 2001
Aleksandra Mixailovna 15 yaşında olarkən 24 yaşlı Panteleymon Kuliş ilə tanış olmuşdur. O, Taras Şevçenko ilə dostluq münasibətləri saxlamış və onun haqqında xatirələrini qələmə almışdır. Taraş Şevçenko həmçinin qardaşı Vasilinin ən yaxın dostu olmuş və Kulişlərin toy mərasimində nikah şahidi qismində iştirak etmişdir. 1846-cı ildə hökumət Panteleymon Kulişi slavyan dillərini öyrənmək məqsədilə xaricə göndərmişdir. Yola düşməzdən əvvəl o, Bilozerskilərin evinə gəlmiş, yenidən qızları ilə evlənmək təklifini irəli sürmüş və bu dəfə razılıq almışdır. Beləliklə, 22 yanvar 1847-ci il tarixində Aleksandra Kulişin həyat yoldaşı olmuşdur.Корсак І. «Перстень Ганни Барвінок». Роман. Київ, Ярославів Вал. 2015
Kirill-Metodi cəmiyyətinin fəaliyyətinə son qoyulduqdan və həyat yoldaşı həbs edildikdən sonra Aleksandra ölü övlad dünyaya gətirmiş və bundan sonra onun övladı olmamışdır. O, sürgün edilmiş həyat yoldaşının ardınca Tulaya getmiş, 1854-cü ildən etibarən isə onlar Peterburqda yaşamışdılar. 1883-cü ildə Kulişlər ailəsi Motronovkada məskunlaşmışdır. Həyat yoldaşının 25 il üzərində çalışdığı "İncil"in ukrain dilinə tərcüməsinin əlyazması yanğın zamanı məhv olduqda, Aleksandra onu bu işə yenidən başlamağa razı salmışdır. O, Ukrayna dövlətçiliyinə əsaslanan fəlsəfənin inkişafında da yaxından iştirak etmişdir.Міщук Р. С. Барвінок Ганна // УЛЕ. — Т. 1. — К., 1988. — С. 129
Həyat yoldaşının vəfatından sonra Aleksandra onun ədəbi irsini nəşr etdirmək üçün Motronovkada yerləşən mülkünü satmışdır. Onun səyləri nəticəsində yazıçının bu günə qədər mövcud olan ən tam əsərlər toplusu işıq üzü görmüşdür. Bu izdivac mənəvi bir birlik kimi xarakterizə edilir. Panteleymon Kuliş dünyasını dəyişdiyi zaman xanımı onun əsərlərinin çapı üçün bütün mümkün tədbirləri görmüşdür. Bu məqsədlə xutoru satmışdır, lakin əldə olunan vəsait kifayət etməmiş və kitablar onun arzuladığı yüksək keyfiyyətdə nəşr olunmamışdır. Bundan əlavə, o, Borzna şəhərində Panteleymon Kulişin xatirəsinə üçsinifli məktəb tikdirmiş və orada hər il onun üçün anım mərasimləri təşkil edilmişdir.Пантелеймон Куліш після роману з Марком Вовчком повернувся до дружини // Газета.ua, 06.08.2009
1908-ci ilin oktyabr ayında Parisdə Ukrayna icmasının yaradılması istiqamətində tədbirlər görülən zaman, təşəbbüskarlardan biri olan Yaroslav Fedorçuk Kiyevin "Rada" və Lvovun "Dilo" qəzetləri vasitəsilə mühacirətdə Ukrayna kitabxanasının formalaşdırılması üçün kömək çağırışı etmişdir. Poltava quberniyasından bu çağırışa ilk səs verənlərdən biri olan Aleksandra Kuliş həyat yoldaşının əsərlərini və öz kitablarını ibarət olan bir bağlama göndərmişdir. Aleksandra Kuliş 23 iyul 1911-ci il tarixində, həyat yoldaşının vəfatının ildönümünü gözləmədən vəfat etmişdir. Onun son arzusu hər il 27 iyul tarixində Panteleymon Kulişin xatırlanması olmuşdur. O, Motronovkada həyat yoldaşının yanında dəfn edilmişdir.УРЕС. — Т. 1. — К., 1966. — С. 147.
Ədəbi fəaliyyəti Qanna Barvinok təxəllüsü ilə xalq həyatından bəhs edən hekayələr yazmağa 1847-ci ildə, Varşavada nikah səyahəti zamanı başlamışdır. Onun əsərləri həmçinin, "Qulyay viter" və ya "Neçuy-Viter" təxəllüsləri altında da nəşr edilmişdir. Qanna Barvinokun yaradıcılığında əsasən ailə-məişət münasibətlərində qadınların üzləşdiyi problemlər mərkəzi yer tutmuşdur. O, "Ev müsibəti" (1861) əsərində ailə despotizmini, "Qadın bədbəxtliyi" (1887) hekayəsində içki düşkünü olan həyat yoldaşı ilə keçən kədərli ömür yolunu, "Atanın səhvi" (1902) əsərində isə məcburi evliliyin dramatizmini təsvir etmişdir. Bununla yanaşı, yazıçı "Qalib gəldi" (1887) və "Gənc qadın mübarizəsi" (1902) kimi əsərlərində iradəli qadın obrazları yaratmışdır. Müəllifin dili xalq atalar sözləri ilə zəngin, rəngarəng və obrazlıdır. Xüsusilə "Su pərisi", "Göz yaşlı çiçək, çiçəkli göz yaşları", "Şər xeyirsiz deyil", "Payızda yay" kimi hekayələri koloritli dili ilə seçilmişdir. O, Çerniqov və Poltava dialektlərindən, eləcə də kənd adət-ənənələri və folklor sahəsindəki dərin biliklərindən istifadə etmiş, "Ananın intiqamı" dramını ərsəyə gətirmişdir. 1887-ci ildə Lvovda Nataliya Kobrinska və Olena Pçilka tərəfindən nəşr olunan Ukraynanın ilk feminist almanaxı olan "İlk çələng"də Qanna Barvinokun iki əsəri — "Qalib gəldi (Xalq ağzından söylənilmiş hekayə)" və "Qadın bədbəxtliyi (Xalq ağzından götürülmüş hekayə)" dərc edilmişdir.
Xatirəsi Ukraynanın bir neçə yaşayış məntəqəsində, o cümlədən Kiyev və Lvov şəhərlərində Qanna Barvinokun adını daşıyan küçələr mövcuddur.Грінченко Б. Поет жіночого горя (Ганна Барвінок) / Б. Грінченко // Історичний календар 2003. - Київ, 2003. - С. 234-244.
İstinadlar
Əlavə ədəbiyyat Голубенко С. Слідами Марка Вовчка : з нагоди 70-ліття смерті письменниці Олександри Куліш / С. Голубенко // Молода Україна. - 1982. - Ч.307. - С. 6. Смоляр Л. Ганна Барвінок / Л. Смоляр // Українки в історії / за заг. ред. В. Борисенко. - Київ, 2004. - С. 164-167. Полуня Н. Маловідома Ганна Барвінок : до 185-річчя від дня народження / Н. Полуня // Шкільна бібліотека. - 2013. - № 7-8. - С. 10-15. Ганна Барвінок // Україна: хронологія розвитку. Імперська доба. 1800-1917 рр. - Київ : Кріон, 2011. - С. 64. Олександра Кулішева (Ганна Барвінок) // Луговий О. Визначне жіноцтво України : історичні життєписи. - Київ, 2007. - С. 142-144. Владимирова В. Духовний світ родини Кулішів у романі Івана Корсака "Перстень Ганни Барвінок" / В. Владимирова // Українська мова і література в школі. - 2016. - № 3. - С. 18-21. Берегиня українського слова : до 190-річчя від дня народження // Календар знаменних і пам'ятних дат. - Київ, 2018. - № 2. - С. 51-62. Ковалів Ю. Ганна Барвінок / Ю. Ковалів // Слово і Час. - 2018. - № 4. - С. 114-116. Подрига В. Барвінок Ганна (О. М. Білозерська) (05.05.1828, Чернігів. губ. - 06.07.1911, там же) - прозаїк, мемуаристка / В. Подрига // Письменники у зв'язках з Оржиччиною: матеріали для літ.-краєзнавчого нарису / В. Подрига. - Оржиця, 2014. - С. 6-12. Столярова А. Княгиня оповідань із народних уст : (до 195-ліття від дня народження письменниці Ганни Барвінок) / А. Столярова // Слово Просвіти. - 2023. - 6-12 квіт. (ч. 14). - С. 14. Олещенко Т. Мемуарно-епістолярна Галактика Ганни Барвінок / Т. Олещенко // Слово Просвіти. - 2025. - 17-23 квіт. (ч. 15). - С. 10-11.
Xarici keçidlər Ганна Барвінок | Програма «Велич особистості» | 2015 (ВІДЕО) Беатріче з хутора Мотронівка // Газета «День». № 88, 20 травня 2005 180 років від дня народження Ганни Барвінок Твори Ганни Барвінок // Chtyvo.org.ua Kateqoriya:Ukraynanın qadın yazıçıları