Nogometni klub Lokomotiva Zagreb (hərfi mənası: "Lokomotiva Zaqreb" Futbol Klubu) — adətən Lokomotiva Zaqreb və ya sadəcə Lokomotiva kimi tanınan, Xorvatiyanın Zaqreb şəhərində yerləşən peşəkar futbol klubu.

Klub, ölkənin ən yüksək divizionu olan Xorvatiya Birinci Futbol Liqasında çıxış edir.

1914-cü ildə yaradılan klubun ilk uğur dövrü 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərinə təsadüf etmişdir. Bundan sonrakı beş onilliyin böyük hissəsini klub aşağı səviyyəli liqalarda keçirib.

2007 və 2009-cu illər arasında onlar ardıcıl üç dəfə liqada yüksələrək Xorvatiya futbol liqası sistemində dördüncü səviyyədən birinci səviyyəyə qədər qalxmışdır. Klub ev oyunlarını bir neçə il Maksimir stadionunda keçirmiş, lakin Novi Zaqrebin Kayzeritsa məhəlləsindəki öz meydançaları "Igralište na Kajzerici" yüksəksəviyyəli futbol üçün yarasız olduğu üçün daha sonra Kranjçeviçeva stadionuna köçmüşdur.

Tarixi "Lokomotiva" FK 1914-cü ildə ŽŠK Victoria (Željezničarski športski klub "Victoria") adı altında yaradılmış. Birinci Dünya müharibəsindən sonra klubun adı "Željezničar" olaraq dəyişdirilmiş və onlar iki müharibə arasındakı dövrdə bu adla yarışmışdır. Həmin vaxtlarda onlar əsasən şəhərin "Qrađanski", "Konkordiya" və "HAŠK" kimi daha böyük klublarının kölgəsində qalmışdır.

Xorvatiyanın müstəqilliyini əldə etməsindən və 1991-ci ildə Prva HNL (Birinci Liqa) yarandıqdan sonra "Lokomotiva" Xorvatiya futbolunun aşağı liqalarında oynamış və vaxtının çox hissəsini Üçüncü Liqada (Treća HNL) keçirmişdir.

2006-cı ildə dördüncü diviziona düşməzdən əvvəl "Lokomotiva" "Dinamo Zaqreb"in əvəzedici komandasına çevrilmişdir. Bu, Xorvatiya futbolunda liqalararası ən inanılmaz yüksəliş hekayələrindən birinə səbəb olmuşdur. Klub sonrakı üç mövsümün hər birində yüksələrək 2006–07 mövsümündə Dördüncü Liqada (Četvrta HNL) birinci, 2007–08 mövsümündə Üçüncü Liqada (Treća HNL) ikinci və 2008–09 mövsümündə İkinci Liqada (Druga HNL) üçüncü yeri tutmuşdur.

Xorvatiyanın UEFA Reytinqindəki mövqeyinin yaxşılaşması ilə "Lokomotiva" tarixində ilk dəfə olaraq 2020–21 mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində iştirak etmiş və ikinci təsnifat mərhələsində "Rapid Vyana" (SK Rapid Wien) ilə qarşılaşmışdır.

Ad dəyişiklikləri ŽŠK Victoria (1914–1919) ŠK Željezničar (1919–1941) HŽŠK (1941–1945) FD Lokomotiva (1945–1946) FD Crvena Lokomotiva (1946–1947) NK Lokomotiva (1947–indiyədək)

Uğurları Xorvatiya Birinci Liqası İkinci yer (2): 2012–13, 2019–20 Xorvatiya Kuboku İkinci yer (2): 2012–13, 2019–20 Yuqoslaviya Birinci Liqası Üçüncü yer (1): 1952 Yuqoslaviya İkinci Liqası Qalib (1): 1955–56 İkinci yer (2): 1957–58, 1958–59

Hazırkı heyəti

Nömrə Mövqe Vətəndaşlıq Oyunçu 1 Qapıçı Krunoslav Hendiya 4 Müdafiəçi Leonardo Siqali 5 Müdafiəçi Tino Yukiç 6 Yarımmüdafiəçi Blaj Boşkoviç 7 Hücumçu Aleksandar Traykovski 8 Yarımmüdafiəçi Domaqoy Antoliç 9 Hücumçu İbrahim Sabra 10 Yarımmüdafiəçi Matiya Subotiç 11 Hücumçu Mirko Suşak 12 Qapıçı Yosip Posavets 13 Müdafiəçi Modi Mamadu Bune 18 Müdafiəçi Mario Şitum 19 Müdafiəçi Franyo Posavats 20 Müdafiəçi Denis Kolinger (Kapitan) 21 Hücumçu David Vircili 22 Müdafiəçi Marin Leovats 23 Müdafiəçi Marko Veşoviç 24 Yarımmüdafiəçi İvan Katiç 26 Yarımmüdafiəçi Marko Roq 27 Yarımmüdafiəçi Gentrit Salihu 28 Yarımmüdafiəçi Leon Beltsar 29 Yarımmüdafiəçi Yakov-Anton Vasily 30 Hücumçu Duşan Vukoviç

İstinadlar

Kateqoriya:Xorvatiya futbol klubları