Əhməd Vüqar oğlu Məmmədli () — Azərbaycan ictimai-siyasi fəalı, jurnalisti, "Yoldaş Media" platformasının təsisçisi və "Demokratiya 1918" hərəkatının rəhbərlərindən biri. O, əsasən siyasi fəaliyyətinə və ictimai çıxışlarına görə tanınmış, Azərbaycanda müxalif fəallıq kontekstində adı çəkilən şəxslərdən biri olmuşdur. Onun fəaliyyəti xüsusilə gənclər arasında siyasi iştirak və ictimai təşəbbüslərlə əlaqələndirilir. O, frilanser reportyor olaraq da "Time" TV və "HamamTimes" ilə çalışmışdır.

Məmmədli müxtəlif dövrlərdə inzibati və cinayət təqibləri ilə üzləşmişdir. 2022-ci ildə onun inzibati qaydada həbs edilməsi barədə məlumatlar yayılmış, sonrakı illərdə isə siyasi fəaliyyəti ilə bağlı təzyiqlərə məruz qaldığını bildirmişdir. 2025-ci ilin may ayında Biləcəridə baş vermiş insidentlə əlaqədar saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2026-cı ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ona qarşı irəli sürülən ittihamlar qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri ilə bağlı olmuşdur. Məmmədli ittihamları qəbul etməmiş və həbsinin jurnalist və ictimai fəaliyyəti ilə əlaqədar olduğunu bildirmişdir.

Həyatı Əhməd Vüqar oğlu Məmmədli 16 iyun 2001-ci ildə Azərbaycanda, Cəlilabad rayonunun Cəngan kəndində anadan olmuşdur. O, Cəlilabad rayon Cəngan kənd tam orta məktəbini bitirmiş, 2018–2022-ci illərdə Qərbi Kaspi Universitetində otelçilik ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

Fəaliyyəti

Erkən fəaliyyəti thumb|right|Əhməd Məmmədli aksiya zamanı

Əhməd Məmmədli Azərbaycanda fəaliyyət göstərən "Demokratiya 1918" Hərəkatının sədri olmuşdur. Təşkilat 2023-cü ilin sentyabrında fəaliyyətini dayandırmışdır.

Məmmədli hərəkata 2019-cu ildə tələbə təşkilatının üzvü kimi qoşulmuş, Qərbi Kaspi Universitetində təhsil alarkən tələbə hüquqlarını müdafiə edən Tələbə Gücü Mərkəzinə rəhbərlik etmişdir. 2021-ci ilin sentyabrında hərəkatın sədri seçilmişdir.

1 fevral 2021-ci ildə Tələbə Güc Mərkəzinin üzvləri Əhməd Məmmədli, Cəlil Zabidov, Orxan İsgəndərli, Samir Axundzadə Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın tələbələrin hüquqlarının pozulması ilə bağlı bəyanatını səsləndirməyə çalışan zaman saxlanılmışdır. Saxlanılandan sonra onlar Lənkəran Rayon Polis şöbəsinə gətirilmişdilər. Orada gecə saat 23:30-a qədər sorğu-suala tutulmuşdular. Onlar saxlanılanda barələrində karantin qaydalarınının pozulması ilə bağlı protokol tərtib olunmuşdur və deyilmişdir ki, onlar sosial məsafəni pozublar. Onlar bunu tamamilə qanunsuz adlandırmışdır, çünki üç nəfər idilər və sosial məsafə kifayət qədər çox idi.

Əhməd Məmmədli 2021-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısına aksiya təyin etmişdir. "Azadlıq" qəzeti və NİDA Vətəndaş Hərəkatı məlumat vermişdir ki, onun Cəlilabad şəhərində yaşayan atası buna görə saxlanılmışdır. Daxili İşlər Nazirliyi bunu etmişdir.

1 dekabr 2021-ci ildə Bakının "Fəvvarələr bağı"nda Saleh Rüstəmlinin azad edilməsi tələbiylə aksiyaya cəhd edilmişdir. Əhməd Məmmədli də daxil olmaqla şüar səsləndirənləri zorla polis maşınlarına mindirilmiş və saxlanılmışdır. Bu zaman Əhməd Məmmədlinin üzünə təpik atılmışdır.

14 may 2022-ci ildə bir qrup ictimai fəal və jurnalist "Fəvvarələr bağı"nda etiraz aksiyası keçirmişdir. Onlar ölkədə son vaxtlar jurnalist və ictimai fəallara qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz etdiklərini bildirmişdilər. Rəsmi qurumlarla razılaşdırılmayan aksiyada Əhməd Məmmədli də daxil olmaqla çoxlu etirazçı saxlanılmışdır.

Müharibə əleyhdarlığı 12 sentyabr 2022-ci ildə Azərbaycan və Ermənistan arasında sərhəd toqquşmaları alovlanmış və iki gün ərzində 200-dən çox hərbçinin ölümünə səbəb olmuşdur. Bu, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən bəri ən ölümcül zorakılıq hadisəsi idi.

Əhməd Məmmədli 20 sentyabr 2022-ci ildə 30 gün həbs cəzasına məhkum edilmişdir. O, "polis və ya hərbi zabitin qanuni tələblərinə qəsdən tabe olmamaqda" günahkar bilinmişdir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirmişdir ki, Əhməd Məmmədli polis tərəfindən saxlanılmış və haqqında araşdırma aparılır.

Məmmədli bir sıra ictimai müharibə əleyhinə yazılar yazdıqdan qısa müddət sonra həbs edilmişdir. Məmmədli son vaxtlar sosial mediada müharibə əleyhinə paylaşımları ilə diqqət çəkmişdi. O, bu zaman döyüşlərə görə birbaşa Azərbaycan hakimiyyətini tənqid etmiş və sülh çağırışları etmişdir.

Əhməd Məmmədli Türkiyəyə magistr təhsili almaq üçün yola düşər zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən yolda həbs edilmişdir. Saat 13:00 radələrində bir neçə mülki geyimli şəxs Bakının mərkəzi küçələrindən biri olan İslam Səfərli küçəsində Əhməd Məmmədliyə və onun dostu Samir Sultanova hücum etmişdir. Onlar Məmmədlini zorla nəqliyyat vasitəsinə mindirmiş və naməlum istiqamətə aparmışdılar. Məmmədli son anda telefonunu dostuna verməyi bacarmışdır. Əziz Məmiyev tərəfindən çəkilən videoda polis mikroavtobusundan danışan Məmmədli sülhpərvər yazılarına görə həbs olunduğunu söyləmişdir.

O, saxlanıldığı müddətdə əməkdaşlıq edəcəyi təqdirdə təhsili üçün dövlət tərəfindən geniş dəstək təklif olunduğunu bildirmişdir. Azərbaycan qanunvericiliyinə əsasən, magistratura pilləsinə qəbul ola bilməyən tələbələr orduya çağırılırlar. Azadlığa çıxdıqdan sonra Məmmədli orduya çağırılacağı təqdirdə vicdani imtina hüququndan istifadə edəcəyini və alternativ hərbi xidmət tələb edəcəyini bəyan etmişdir. Onun fikrinə görə, bu addım ölkədə konstitusion hüquq olmasına baxmayaraq, icra mexanizmi mövcud olmayan alternativ hərbi xidmət mövzusunda müzakirələrə yol açacaqdır.

Hadisələrin davamında Məmmədlinin Türkiyə universitetindəki yeri ləğv edilmiş və o, bu məsələdə Türkiyə hökumətinin müdaxiləsindən şübhələndiyini bildirmişdir. Məmmədli Muğla Sıtkı Koçman Universitetinin magistratura pilləsinə müraciət etdiyini və qəbuluna dair təsdiqedici sənədlər aldığını qeyd etmişdir, lakin sonradan Azərbaycan hakimiyyət orqanları universitet, Türkiyə səfirliyi və digər təşkilatlardan bu müraciəti inkar edən məktublar əldə etmişlər. Məmmədli bu vəziyyəti kinayə ilə "Türkiyə və Azərbaycanın həqiqətən qardaş olduğu" şəklində xarakterizə etmişdir.

Əhməd Məmmədli, onun həmkarları və müstəqil vəkil hesab etmişdir ki, onun həbsi onun və təşkilatının siyasi fəaliyyəti və ictimai bəyanatları ilə bağlıdır. İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Baş Katibin köməkçisi ilə qisas tədbirləri üzrə İnteraktiv Dialoq zamanı Danimarka xüsusilə Azərbaycanda Əhməd Məmmədlinin işinə diqqət çəkmişdir.

Yazıçı Səməd Şıxıya görə, Azərbaycanda "vətəndaş cəmiyyəti" daxilində Məmmədlinin həbsi barədə fərqli mövqelər səsləndirilmişdir. Onun həbsindən sonra bu həbsin doğru olduğunu, onun yazısının cinayət əsaslı olduğunu, hətta daha ağır şəraitdə cəzalandırılmalı olduğunu deyən şəxslərin çıxış etmişdir.

Əhməd Məmmədli həbs olunduğu gündən qanunsuz həbsə etiraz olaraq aclıq aksiyasına başlamışdır. O, aclıq aksiyasını səhhəti pisləşəndə beşinci günündə dayandırmışdır. Bu barədə vəkil Zibeydə Zəkəriyyəyeva məlumat vermişdir. 28 sentyabrda Bakı Apellyasiya Məhkəməsi Məmmədlinin müdafiəsinin arqumentlərini rədd edib və məhkəmənin ona qarşı çıxardığı qərarı qüvvədə saxlamışdır.

Əhməd Məmmədli həbs şəraiti barədə demişdir ki, "məhbuslar orada sağlam qidalana bilmirdilər və dövlət büdcəsindən ayrılan vəsait məhbuslara gəlib çatmırdı". O, məhbusun kənardan alıb gətirəcəyi ərzaqlar da məhduddur olduğunu qeyd etmişdir və qidalar sadəcə "məhbusun sadəcə ayaqda qalması, nəfəs alması üçün yetir". Məmmədli təcridxanada aclıq edərkən məhbusların hüquqlarının məhdudlaşdırıldığını da demişdir. Onun sözlərinə görə, o, təcridxanada aclıq edərkən yaxınları ilə telefon danışıqlarına icazə verilməmiş və aclıq etdiyi ilə bağlı ərizə yazmağına baxmayaraq, onun ərizəsi qəbul edilməmişdir.

Əhməd Məmmədli azadlığa çıxandan sonra onun ölkədən çıxışına stop qoyulmuşdur.

İşçi Masası 13 noyabr 2022-ci ildə "Demokratiya 1918" Hərəkatı mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında hakimiyyət tərəfindən "hərəkata qarşı əks-addımlar" atıldığını bildirilmişdir. Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya və Hərəkatın İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilmiş, həmçinin Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra sərbəst buraxılmışdır.

Əhməd Məmmədli mətbuat konfransında bildirmişdir ki, o həbsdə olan zaman hərəkatın və özünün aktiv fəaliyyət göstərəcəyi təqdirdə hədəfə alınacağı ilə bağlı təhdidlər almışdı. Məmmədlinin sözlərinə görə, onun özünə qarşı da təhdidlər başlamışdı. 12 noyabrda Cəlilabad Rayon Prokurorluğundan ona zəng edilmişdir ki, Məmmədlinin iyul ayında hərbi xidmətə görə təqdim etdiyi möhlət sənədlərində problem var və onlar əsassızdır. Məmmədli iddia etmişdir ki, o, prokurorluğa cinayət işi açmaq üçün dəvət edilir, o isə geri çəkilməyəcəyini bildirmişdir.

Əhməd Məmmədli 23 yanvar 2024-cü ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmışdır. O, saxta sənəd məsələsinə görə dindirilmişdir.

Əhməd Məmmədli seçkilərdə müşahidəçi kimi aktiv iştirak etmişdir. O, 1 sentyabr 2024-cü ildə keçirilən parlament seçkilərində Vəfa Nağının namizəd olduğu 70 saylı Neftçala seçki dairəsində müşahidəçi olmuşdur. Bundan başqa, 29 yanvar 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində diqqətçəkən dairələrdən biri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi olmuşdur. Bu dairədən müstəqil namizəd Cəmilə Əlişevaya ciddi problemlər yaradılmışdır. Müşahidəçi Əhməd Məmmədli yaydığı videomüraciətdə ölümlə təhdid olunduğunu bildirmişdir.

Yoldaş Media thumb|right|Əhməd Məmmədli müsahibə zamanı.

Əhməd Məmmədli 2025-ci ildə Yoldaş Media yaratmışdır. Bu, 2023-cü ildən bəri Azərbaycanda davam edən jurnalist həbsləri dalğası fonunda fəaliyyətini davam etdirən son müstəqil media qurumlarından biri kimi xarakterizə olunmuşdur. Əhməd Məmmədli buna qədər frilanser reportyor olaraq da "Time" TV və "HamamTimes" ilə çalışmışdır.

Azərbaycan hakimiyyətinə yaxın mənbələrin məlumatına görə, 6 may 2025-ci ildə, saat 22:00 radələrində Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə qarın boşluğundan bıçaqla xəsarətlər yetirilmişdir. Mənbələrdə qeyd olunmuşdur ki, "həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əhməd Məmmədlinin olduğu müəyyən edilmişdir" və o, saxlanılmışdır. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır.

Qohumları onun həbsi zamanı döyüldüyünü bildirmişdir. Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli ittihamı rədd etmiş və həbsin jurnalistika fəaliyyəti ilə əlaqəli olduğunu iddia etmişdir. O, bildirmişdir ki, Əhməd polis zorakılığına məruz qalması barədə vəkili vasitəsilə ona məlumat vermişdir. "Human Rights House" bildirmişdir ki, Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi üçün yaranan ziyan çox böyükdür. "Human Right Watch" təşkilatı bildirmişdir ki, "hakimiyyət orqanları effektiv araşdırma apara bilməmişdilər".

Əhməd Məmmədli saxlanması ilə bağlı söyləmişdir ki, "taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında Vüqar Dünyamalıyev, mən isə digər qapı tərəfdə əyləşmişdim. "Manatlıq taksi" idi və son sərnişin mən idim. Yolboyu hər hansı bir mübahisə olmayıb. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı. Çöldə bir nəfər hazır gözləyirdi. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı.".

Əhməd Məmmədli, həmçinin jurnalist Ülviyyə Əli,