Yuriy Ruf, əsl adı Yuriy Romanoviç Dadak (26 sentyabr 1980 - 1 aprel 2022), ukraynalı şair, yazıçı, alim, ictimai xadim və "Millətin ruhu" adlı ədəbi layihənin təsisçisi. Həyatı Yuriy Ruf 1980-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olub. Onun nəşrlərinə "Багряна лірика" (2012), "Час Революції" (2014) və "На зламі епох" (2015) daxildir. Onun şeirləri - "Голос крові" (2013) və "Відлуння свинцевих громовиць" (2015) Ukraynanın müasir milliyyətçi poeziya toplularına daxil edilmişdir. Yuriy Ruf 14 yaşından şeir yazmağa başlamışdır. O, Ukrayna poeziyasında tənqidi baxışları ilə tanınır və onun fikrincə, bu poeziyada ukraynalılar əsasən kasıb, bədbəxt kimi təsvir olunur. O hesab edirdi ki, belə poeziya özünəinamı və milli qürur hissini azaldır. Buna görə də o, öz yaradıcılığını vətənpərvərlik ruhunda poetik təbliğatın bir növü kimi qiymətləndirirdi. Pərəstişkarları onun şeirlərini "cəbhə xətti lirikası" kimi təsvir edirlər, yəni döyüş ruhunu yüksəltməyə, motivasiya verməyə və milli qürur hissini artırmağa yönəlmiş müharibə və vətənpərvərlik poeziyasıdır.
Onun ən son əsəri olan "На зламі епох" (2015) hal-hazırda davam edən Rusiya–Ukrayna müharibəsinin ukraynalı qəhrəmanlarına həsr olunub və müəyyən şəxsləri, hərbi birlikləri, ukraynalı əsgərləri, döyüşü və digər hadisələri göstərən şeirlərdən ibarətdir.
Yuriy Ruf Lvovdə yaşamış və iki övladı var idi. O, 24-cü mexanikləşdirilmiş briqadanın ehtiyatçısı idi və 2022-ci ildə Rusiyanın Ukraynaya işğalı zamanı Luqansk vilayətində döyüşdə həlak olmuşdur.
İstinadlar