Lisa Martinek () — alman aktrisa.
Həyatı 11 fevral 1972-ci ildə Almaniya Federativ Respublikasının Ştutqart şəhərində anadan olub.
Lisa Martinek bir çox məşhur filmlərdə çəkilib. O, Almaniyanın ilk kor qadın vəkili Romi Helandın həyatından bəhs edən serialda rol almaqda idi.
1993-cü ildən əsasən Alman televiziyasında olmaqla 80-ə yaxın film və televiziya istehsalında rol alıb.
28 iyun 2019-cu ildə İtaliyanın Toskana regionunun Qrosseto şəhərində istirahət zamanı vəfat edib.
Şəxsi həyatı 2009-cu ildən rejissor Giulo Ricciarelli ilə evli idi və üç övladı var. Daha əvvəl, yəni 1992–1995-ci ilərdə Kristian Martinek ilə evli olmuşdur.
İstinadlar
Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:XX əsr Almaniya aktrisaları Kateqoriya:XXI əsr Almaniya aktrisaları Kateqoriya:Almaniya film aktrisaları