Tiqrinya dili — Eritreya Dövlətinin rəsmi dili.

Tiqrinya dili mərkəzi Eritreya və Efiopiyada yaşayan Tiqrinya xalqı tərəfindən danışılan Sami dilidir. Təxminən 6,7 milyon insan bu dildə danışır.

Əsasən Efiopiyanın Tiqray bölgəsində danışılsa da, Tiqrinya dili həm də Eritreyada rəsmi dildir. Həmçinin İsraildə yaşayan Efiopiya əsilli yəhudi icması olan Beta İsrail tərəfindən də danışılır.

Tiqrinya dili Geez əlifbası ilə yazılır. Ən erkən yazılı nümunələr cənubi Efiopiyada tapılıb və 13-cü əsrə aid yerli hüquqi mətnlərdir.

İstinadlar Kateqoriya:Efiop-sami dilləri Kateqoriya:Efiopiya dilləri Kateqoriya:Eritreya dilləri