"Qəribə Şeylər: 85-ci ildən hekayələr" — Netflix-in "Qəribə şeylər" serialının spin-offu olan, elmi fantastika cizgi serialıdır. İlk dəfə Netflix tərəfindən 2025-ci ilin aprel ayında elan edilən serialın icraçı prodüserləri "Qəribə şeylər"in yaradıcı heyəti Mett və Ross Daffer, eləcə də "21 Laps" şirkətindən Şon Levi və Den Koen, "Upside Down Pictures" şirkətindən Hilari Livit və "Flying Bark Productions" şirkətinin əməkdaşı Erik Robles olacaq.
"85-ci ildən olan hekayələr" "Qəribə şeylər" serialının ikinci və üçüncü mövsümlərinin hadisələri arasında baş verir və uşaqlar — İlevn, Mayk, Uill, Lukas, Dastin və Maksı — "Yuxarı tərəf aşağı" dünyasının yeni canavarları ilə qarşılaşarkən və "şəhərlərini qorxudan paranormal bir sirri" açarkən göstərir. Daffer qardaşları "Qəribə şeylər" serial dünyası üçün 1980-ci illərin şənbə səhəri cizgi filmi ab-havasını əks etdirməyi planlaşdırmışdır.
"85-ci ildən olan hekayələr" serialının premyerası 23 aprel 2026-cı ildə Netflix-də planlaşdırılıb.
Qısa xülasəsi Serial 1985-ci ilin qışında Hokinsdə baş verir və burada "orijinal personajlar yeni canavarlarla mübarizə aparmalı və paranormal bir sirri açmalıdırlar". "Yuxarı tərəf aşağı"nın təsiri yenidən şəhərə yayılır: Hokins Milli Laboratoriyası kimi tanış yerlər yenidən üzə çıxır və yeni fövqəltəbii varlıqlar ortaya çıxır (serialdan ilk görüntülər "Yuxarı tərəf aşağı" balqabaq zombiləri və üzüm şəkilli canavarlar kimi düşmənləri göstərir). Rəsmi təsvirlərdə serialın "epik yeni animasiya serialı" olduğu və "Qəribə şeylər"in tonunu xatırladan nostalji və dəhşət qarışığı bir ab-hava vəd etdiyi vurğulanır. Şou aparıcısı Erik Roblesə görə, serialı quruluşu "Hokinsdə bir şeyin qaynadığını" və uşaqların orijinal serialdakı kimi qarışıqlıqları araşdırmaq üçün bir araya gəlməsini əhatə edir. Tonun birinci şoudan (Netflix və mətbuat tərəfindən daha geniş auditoriya üçün uyğun olan "başlanğıc səviyyəli Qəribə şeylər" kimi təsvir edildiyi) daha çox ailəyə uyğun və vizual cəhətdən daha parlaq olduğu deyilir.
Səsləndirici heyət və personajlar Brett Gipson Cim Hopper rolunda Luka Diaz Mayk Uiler rolunda Bruklin Davey Norstedt İlen/ Ceyn Hopper rolunda Brakston Kuiney Dastin Henderson rolunda Elişa Uilyams Lukas Sinkler rolunda Ben Plessala Uill Bayers rolunda Coli Hoang-Rappaport Maks Meyfild rolunda Ceremi Cordan Stiv Harrinqton rolunda Odessa Ezayon Nikki Bakster rolunda
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İstehsalda olan cizgi serialları Kateqoriya:2020-ci illərin ABŞ dram teleserialları Kateqoriya:ABŞ cizgi serialları Kateqoriya:ABŞ-nin televiziya spinoffları Kateqoriya:Müəmma teleserialları Kateqoriya:Netflix Kateqoriya:Paralel kainatlar haqqında teleseriallar Kateqoriya:Qorxu teleserialları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Netflix orijinal proqramları