Mariupolda 20 gün (, ; ) — rejissoru Mstislav Çernov olan, 2023-cü ildə çəkilmiş Ukrayna sənədli filmi. Ekran əsərində Rusiyanın Ukraynaya müdaxiləsinin ilk həftələrində lentə alınmış kadrlar əks olunmuşdur.
Filmin dünya premyerası 2023-cü ilin yanvar ayında "Sundance" kinofestivalında baş tutmuş və burada "Dünya sənədli kinosu" müsabiqəsinin qalibi olmuşdur. Tənqidçilər tərəfindən yüksək qiymətləndirilən bu ekran əsəri ABŞ Milli Rəy Şurası tərəfindən 2023-cü ilin ən yaxşı beş sənədli filmindən biri seçilmişdir. Ekran əsəri 96-cı "Oskar" mükafatının "Ən yaxşı beynəlxalq tammetrajlı bədii film" kateqoriyası üzrə Ukraynadan namizəd göstərilmişdir, lakin "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyası üzrə mükafata namizəd olmuş və yekunda bu mükafatı qazanmışdır. Film həmçinin, iki BAFTA nominasiyasından birində qalib gəlmiş, Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatına və Ukrayna Milli Kino Akademiyasının mükafatına layiq görülmüşdür.
Ekran əsəri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının açılışında nümayiş etdirilmişdir.
Süjeti Rusiyanın Ukraynanı işğalından bir saat əvvəl "Associated Press" müxbirlərindən ibarət qrup Mariupola gəlir. Çernov və həmkarları 20 gün ərzində, yəni 15 mart tarixinə qədər şəhərdə baş verən hər şeyi, o cümlədən yerli sakinlərin dəfn edilməsini, şəhərin Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınmasını və dağıdılmasını lentə alırlar. Çernov əşyaları ilə dolu təkər arabasını itələyərək evsiz bir kişi ilə qarşılaşır və atəş fonunda ondan davam etmək üçün necə güc tapdığını soruşur. Kişi cavab verir: "Nə edəcəksən? Onlar atəş açırlar, mən isə yeriyirəm". Müharibənin 21-ci günündə jurnalistlər Mariupolu humanitar dəhliz boyunca tərk edirlər. Filmin sonunda şəhərin 86 gündən sonra Rusiya tərəfindən tamamilə işğal edildiyini bildirən bir başlıq görünür.
İstehsalı 24 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi başladıqdan sonra "Associated Press" (AP) agentliyinin komandası Rusiya tərəfindən təşkil olunan mühasirəni və bunun nəticəsində yaranan humanitar fəlakəti, o cümlədən Rusiya qüvvələri tərəfindən mülki şəxslərin kütləvi qətli kimi müharibə cinayətlərini lentə almışdır. Xüsusilə, AP 3 nömrəli Mariupol doğum evinin Rusiya tərəfindən bombalanmasının fəsadlarını nümayiş etdirən ilk agentlik olmuşdur. Materiallar mütəmadi olaraq redaksiyaya Mariupolda internet bağlantısının hələ də mövcud olduğu yeganə yerdən — dağılmış bir ərzaq mağazasının yaxınlığındakı pilləkənlərin altından göndərilmişdir. Bu üsulla çəkilmiş kadrların yalnız on faizini ötürmək mümkün olmuşdur. Materialların qalan hissəsi, xüsusilə Mstislav Çernovun 30 saatlıq videoçəkilişi 15 mart 2022-ci il tarixində humanitar dəhliz vasitəsilə AP komandası tərəfindən Mariupoldan çıxarılmışdır. Həmin vaxta qədər Çernovun AP heyəti şəhərdə qalan sonuncu jurnalistlər idi.
Çernovun topladığı materiallar əsasında hazırlanan bu film PBS-in "Frontline" komandası tərəfindən ərsəyə gətirilmişdir.
Nümayişi Birləşmiş Krallıqda yerləşən "Dogwoof" sənədli film yayımı şirkəti ekran əsərinin beynəlxalq satış hüquqlarına nəzarət edir və Şimali Amerika istisna olmaqla, bütün dünya üzrə satışları həyata keçirir. Şimali Amerika üzrə yayım hüquqları "PBS Distribution" tərəfindən əldə edilmişdir.
Film 14 iyul 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının seçilmiş kinoteatrlarında nümayiş olunmağa başlamışdır. Ukraynada ekran əsərinin nümayişinə 31 avqust 2023-cü il tarixində başlanılmışdır. Premyeradan əvvəlki nümayişlər Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Kiyevdə ("Bouquet Kyiv Stage 2023" festivalı çərçivəsində) və Lvovda ("Lviv Media Forum" İctimai Birliyi tərəfindən) təşkil olunmuşdur. 21 aprel 2024-cü il tarixində film "Netflix" platformasında yayımlanmışdır.
Serbiyada mübahisələr
Oktyabr ayında filmin Belqradın ətrafında yerləşən Lazarevaç Mədəniyyət Mərkəzində Serbiya "Beldocs" festivalı çərçivəsində nümayişi planlaşdırılmışdır. 10 oktyabr tarixində ifrat sağçı, ultra-millətçi Serbiya Radikal Partiyası "Kiyev rejiminin anti-Rusiya təbliğat filminin" nümayişini ləğv etməyə çağırmışdır. Partiya tərəfindən bu ekran əsəri Qərbin "serb xalqının qardaş Rusiyaya olan münasibətini dəyişdirmək cəhdi" kimi qiymətləndirilmişdir. 12 oktyabr tarixində festival rəhbərliyi nümayişin ləğv edildiyini bildirmiş, lakin "Beldocs"un bu qərarın tərəfdarı olmadığını və prosesdə iştirak etmədiyini vurğulamışdır. Nəticədə, film 21 fevral 2024-cü il tarixində Belqradda nümayiş etdirilmişdir.
Kassa gəlirləri 2023-cü ilin sentyabr ayının ilk həftəsonu ərzində film Ukrayna prokatında 530.000 qrivnadan (təxminən 15.000 ABŞ dolları) çox vəsait toplamış və bununla da tarixdə ən çox gəlir gətirən Ukrayna sənədli filmi olmuşdur. Ümumilikdə, 2024-cü ilin mart ayına olan məlumata görə, filmin kassa gəlirləri 20.500 ABŞ dolları təşkil etmişdir."20 Days in Mariupol (2023)" . Box Office Mojo. 2023.
Qəbulu Tənqidçilərin rəyi Rəy aqreqatoru olan "Rotten Tomatoes" saytında film 70 rəy əsasında 100% təsdiqləmə reytinqinə və 10 üzərindən orta hesabla 8.8 bala malikdir. Saytın tənqidçilərinin konsensusunda qeyd olunur ki, "Mariupolda 20 gün'"" müharibənin dağıdıcı təsirinə ağır, lakin həyati dərəcədə vacib bir baxış təqdim edir. "Metacritic" platformasında ekran əsəri on doqquz tənqidçinin rəyi əsasında 100 mümkün baldan 83 bal toplamışdır ki, bu da "ümumi rəğbət" mənasına gəlir.
"Variety" nəşrindən Dennis Harvi filmi "kədərli, lakin mütləq baxılmalı" bir əsər kimi xarakterizə edərək bildirmişdir ki, bu sənədli filmin sadə bir süjet xətti olmasa da, rejissorun səmimi birinci şəxs təhkiyəsi və toplanmış müharibə cinayətləri sübutlarının intensivliyi onu maraqlı edir. "The Hollywood Reporter"dan Frenk Şek "Mariupolda 20 gün" filminin janrın xüsusilə təsirli bir nümunəsi olduğunu və eyniadlı Ukrayna şəhərinin Rusiya qüvvələri tərəfindən həftələrlə davam edən mühasirəsini xronoloji ardıcıllıqla əks etdirdiyini yazmışdır. O, nümayiş etdirilən insan faciəsi ilə yanaşı, hərbi müxbirlərin həyati əhəmiyyətini, belə təhlükəli şəraitdə işləmək üçün sahib olmalı olduqları cəsarət və bacarığı vurğulamışdır. "The Mercury News" nəşrindən Rendi Mayers filmə 4 baldan 3.5 bal verərək, onu "jurnalistikanın amansız və zəruri nümunəsi" adlandırmışdır. O, filmi Rusiya tərəfindən hədəf alınan və mərhəmətsizcəsinə hücuma məruz qalan liman şəhərində təxminən üç həftə keçirən AP-nin ukraynalı jurnalistlərinin təqdim etdiyi əhatəli bir hesabat kimi qiymətləndirmişdir.
"RogerEbert.com" saytından Mett Zoller Zeyts filmə 4 ulduzdan üç ulduz yarım verərək qeyd etmişdir ki, bu ekran əsəri tamaşaçının heç vaxt təkrar izləmək istəməyəcəyi böyük sənədli filmlərin qısa siyahısına daxildir. O, filmi "yer üzündəki cəhənnəmdən bir məlumat" adlandırmış və onun fraqmentli, xaotik və qeyri-dəqiq təbiətinin bir kəşf olduğunu bildirmişdir.
Mükafatlar "Mariupolda 20 gün''" filmi "Sundance" kinofestivalının "Dünya sənədli kinosu" kateqoriyası üzrə müsabiqə proqramına daxil edilmişdir. Ekran əsərinin dünya premyerası 2023-cü ilin yanvar ayında festival çərçivəsində baş tutmuşdur. Film həmin kateqoriya üzrə "Tamaşaçı rəğbəti" mükafatını qazanmışdır.
Ümumilikdə 20-dən çox mükafat alan film iki kateqoriya üzrə BAFTA-ya namizəd göstərilmiş və onlardan birində qalib gəlmişdir. Ekran əsəri "Oskar" mükafatına layiq görülmüş və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatını qazanmışdır. Film həmçinin 2024-cü ildə Kolumbiya Universitetinin "Alfred I. duPont" mükafatı ilə təltif olunmuşdur.
Mükafatı Tarixi Kateqoriya Alan Nəticə İst. Sundance Film Festival 29 January 2023 World Cinema: Documentary Competition 20 Days in Mariupol World Cinema Audience Award: Documentary Cinema for Peace Awards 24 February 2023 Most Valuable Documentary of the Year Cleveland International Film Festival 1 April 2023 Greg Gund Memorial Standing Up Award Doc Edge 3 June 2023 Best International Feature Best International Director Mstyslav Chernov Best International Editing Michelle Mizner DocuDays UA 8 June 2023 DOCU/UKRAINE Competition Jury Award 20 Days in Mariupol Audience Award Sheffield DocFest 19 June 2023 Tim Hetherington Award Athens International Film Festival 9 October 2023 Best Documentary Best Documentary – Special Mention Critics' Choice Documentary Awards 12 November 2023 Best Documentary Feature Best First Documentary Feature Best Political Documentary Best Narration Mstyslav Chernov Best Editing Michelle Mizner Gotham Independent Film Awards 27 November 2023 Best Documentary Feature 20 Days in Mariupol National Board of Review 6 December 2023 Top 5 Documentary Films Washington D.C. Area Film Critics Association Awards 10 December 2023 Best Documentary IndieWire Critics Poll 11 December 2023 Best Documentary Chicago Film Critics Association Awards 12 December 2023 Best Documentary Film Indiana Film Journalists Association 17 December 2023 Best Documentary 18 December 2023 Best Documentary Film Dallas–Fort Worth Film Critics Association 18 December 2023 Best Documentary Film Toronto Film Critics Association 17 December 2023 Allan King Documentary Award San Diego Film Critics Society 19 December 2023 Best Documentary 23 December 2023 Best Documentary Alliance of Women Film Journalists 3 January 2024 Best Documentary Astra Film and Creative Arts Awards 6 January 2024 Best Documentary Feature National Society of Film Critics Awards 6 January 2024 Best Non-Fiction Film Seattle Film Critics Society Awards 8 January 2024 Best Documentary Feature San Francisco Bay Area Film Critics Circle Awards 9 January 2024 Best Documentary Film Austin Film Critics Association Awards 10 January 2024 Best Documentary London Critics' Circle Awards 4 February 2024 Documentary of the Year 12 January 2024 Best Documentary Feature Cinema Eye Honors 12 January 2024 Outstanding Non-Fiction Feature Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson Rath and Derl McCrudden Outstanding Debut 20 Days in Mariupol Audience Choice Prize Outstanding Editing Michelle Mizner Outstanding Production Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson Rath and Derl McCrudden Houston Film Critics Society 22 January 2024 Best Documentary Feature 20 Days in Mariupol Kansas City Film Critics Circle 27 January 2024 Best Documentary Directors Guild of America Awards 10 February 2024 Outstanding Directing – Documentary Mstyslav Chernov British Film Editors Cut Above Awards 16 February 2024 Best Edited Single Documentary or Non-Fiction Programme Michelle Mizner Best Edited Current Affairs Satellite Awards 3 March 2024 Best Motion Picture – Documentary 20 Days in Mariupol British Academy Film Awards 18 February 2024 Best Film Not in the English Language Mstyslav Chernov and Raney Aronson-Rath Best Documentary Producers Guild of America Awards 25 February 2024 Outstanding Producer of Documentary Theatrical Motion Pictures 20 Days in Mariupol American Cinema Editors 3 March 2024 Best Edited Documentary (Theatrical) Michelle Mizner Academy Awards 10 March 2024 Best Documentary Feature Film Mstyslav Chernov, Michelle Mizner and Raney Aronson-Rath Peabody Awards 9 May 2024 Documentary 20 Days in Mariupol Edward R. Murrow Award 19 August 2024 Feature Documentary — Network TV 20 Days in Mariupol International Broadcasting Convention Award 29 August 2024 International Honour for Excellence Mstyslav Chernov for 20 Days in Mariupol Golden Dzyga 12 September 2024 Best Film20 Days in Mariupol Best Documentary Grierson Awards 7 November 2024 Best Current Affairs Documentary20 Days in Mariupol Best Cinema Documentary Polish Film Awards 10 March 2025 Best European Film Mstyslav Chernov
Qeydlər
İstinadlar
Kateqoriya:2023-cü ilin filmləri Kateqoriya:Ən yaxşı sənədli filmə görə Oskar mükafatı alan filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Ukraincə filmlər Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Müharibə filmləri