– Yaponiya manqakası. "Frieren" manqa seriyasının illüstratoru kimi tanınır.
Həyatı və karyerası Tsukasa Abe 1995-ci ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. 2017-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday S" jurnalında "Kanon" manqası ilə debüt etmişdir. 2018-ci ildə "Meet Up" manqasına görə Shogakukan Yeni Komiks Mükafatında xüsusi kateqoriyada mükafat qazanmışdır. Bundan öncə 2015-ci ildə adlı manqasına görə Yeni Nəsil Sunday Mükafatının Səy Mükafatını qazanmışdır.
2020-ci ildə Kanehito Yamada ilə birlikdə "Frieren" manqa seriyasının serializasiyasına başlamışdır. O, bu manqaya görə 2021-ci ildə Manqa Tayşo Mükafatını və "Yeni müəllif" nominasiyası üzrə Osamu Tezuka Mədəniyyət Mükafatını, 2023-cü ildə Shogakukan Manqa Mükafatını, 2024-cü ildə "Ən yaxşı şonen manqası" nominasiyası üzrə Kodansha Manqa Mükafatını qazanmışdır.
Əsərləri
İstinadlar
Kateqoriya:İbaraki prefekturasının manqakaları