Sephora SA — fərdi qulluq və gözəllik məhsulları sahəsində fəaliyyət göstərən fransız çoxmillətli pərakəndə satış şirkəti. Şirkətin çeşidində təxminən 340 brend yer alır və bunların yanında öz xüsusi brendi "Sephora Collection" da mövcuddur. Məhsullar arasında dekorativ kosmetika, dəri qulluğu vasitələri, ətirlər, dırnaq lakları, gözəllik aksesuarları, bədən və saç qulluğu məhsulları var.
"Sephora" ilk dəfə 1969-cu ildə Fransanın Limoj şəhərində qapılarını açıb. Brendin bugünkü mərkəzi isə Fransanın Nöyi-sür-Sen şəhərindədir. 1996-cı ildən etibarən şirkət nəhəng lüks holdinqi "LVMH"ın portfelinə daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa brendləri Kateqoriya:Fransa şirkətləri