Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi (ARXOK) - əqli imkanları məhdud şəxslərin idman vasitəsilə potensiallarını reallaşdırmasına, fiziki sağlamlıqlarını möhkəmləndirməsinə və cəmiyyətə inteqrasiyasına xidmət edən beynəlxalq idman hərəkatıdır. Hərəkat idmançılara özünəinam qazandırır, sosiallaşma və inklüziv mühitdə iştirak üçün imkan yaradır.

Tarixi Azərbaycan Xüsusi Olimpiya hərəkatına 1990-cı ildən etibarən qoşulmuşdur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1991-ci il 30 noyabr tarixində keçirilən ilk təsis konfransında Azərbaycan Xüsusi Olimpiya Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə 10 mart 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatından keçib.

Fəaliyyəti Ümumilikdə, Azərbaycan Xüsusi Olimpiya Komitəsi fəaliyyət göstərdiyi müddətdə əqlilliyi olan şəxslərin idmana cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi istiqamətində bir sıra layihə və tədbirlər həyata keçirmişdir. Bu fəaliyyət nəticəsində Azərbaycan idmançıları müxtəlif beynəlxalq Xüsusi Olimpiya yarışlarında iştirak edib və bir sıra uğurlar qazanıblar.

Beynəlxalq fəaliyyət Komitə 1993-cü ildən etibarən Beynəlxalq Xüsusi Olimpiya Təşkilatının və Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin üzvüdür. Təşkilat bu qurumların xətti ilə keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən idmançıların iştirakını təmin edir və ölkədə xüsusi olimpiya hərəkatının inkişafına çalışır.

Regional filiallar Azərbaycan Xüsusi Olimpiya Komitəsinin ölkə üzrə 8 regional filialları fəaliyyət göstərir.

İstinadlar