Şahzadə Maykl (; ) — Böyük Britaniya kralı V Corcun nəvəsi, Britaniya monarx ailəsinin üzvü.
4 iyul 1942-ci ildə saat 7:35 radələrində nənəsi dul kraliça Mariya Tekin Badmintondakı villasında dünyaya gəldi. Atası Şahzadə Georq Britaniya kralı V Corcun oğlu, anası Şahzadə Marina isə Yunanıstan kralı I Georqun nəvəsidir. 4 avqustda Vindzor sarayında vəftiz edildi. Doğulduğu əsnada atası cəbhədə vuruşurdu, anası və bacı-qardaşıyla birlikdə nənəsinin Badmintondakı villasında yaşadılar. Doğumundan 7 həftə sonra atası avia-qəzada həlak oldu.
30 iyun 1978-ci ildə Vyanada dul Mariya-Kristina ilə qeyri-rəsmi bir mərasimdə evləndi. Səbəb isə xanımının daha öncə boşandığı və dini inancının katolik olması idi. Cütlüyün 2 övladı doğuldu.
Frederik Vindzor (6 aprel 1979) Qabriella Kinqston (23 aprel 1981)
Mənbə
Ədəbiyyat
Picknett, Lynn, Prince, Clive, Prior, Stephen & Brydon, Robert, War of the Windsors: A Century of Unconstitutional Monarchy (2002), p. 271. Mainstream Publishing. ISBN 1-84018-631-3
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq şahzadələri