The Rip — 2026-cı ildə istehsal olunmuş ABŞ aksiyon-triller filmidir. Filmin ssenari müəllifi və rejissoru Co Karnahandır. Hekayə Karnahan tərəfindən Maykl Makqreyl ilə birgə hazırlanmışdır. Baş rollarda Mett Deymon və Ben Afflek çəkilmişdir. Onlar Mayami-Deyd Polis Departamentinin narkotiklərlə mübarizə bölməsində çalışan polis əməkdaşlarını canlandırırlar. Filmdə həmçinin Stiven Yon, Teyana Teylor, Saşa Kalle, Katalina Sandino Moreno, Skott Edkins və Kayl Çendler də rol almışdır. Film Mayami-Deyd dairəsi polis kapitanı Kris Kasianonun real həyat hekayəsindən ilhamlanmışdır. Süjet gizli pul əməliyyatına edilən reyd zamanı böyük məbləğdə nağd pul aşkar edən bir qrup polis əməkdaşının ətrafında cərəyan edir. Hadisələr inkişaf etdikcə komanda üzvləri arasında etimad pozulur və onlar bir-birini pulu mənimsəməkdə şübhəli bilməyə başlayırlar. The Rip filmi Netflix platformasında 16 yanvar 2026-cı il tarixində yayımlanmışdır və tənqidçilərdən əsasən müsbət rəylər almışdır. Filmin istehsalçısı olan Artists Equity şirkəti Netflix ilə xüsusi bir razılaşma imzalamışdır. Bu razılaşmaya əsasən, film platformada yüksək göstəricilər əldə etdiyi halda, istehsal prosesində iştirak edən əməkdaşlara əlavə maliyyə bonusu veriləcəkdir. Filmdə Matt Damon və Ben Affleck Miami-Dade Polis Şöbəsi narkotiklər şöbəsinin polis əməkdaşları rolunu oynayır.
Süjet Mayami-Deyd Polis Departamentinin kapitanı Ceki Velez qətlə yetirildikdən sonra, narkotiklərlə mübarizə üzrə ixtisaslaşmış Taktiki Narkotik Qrupuna (TNT) qarşı şübhələr yaranır. Şayiələrə görə, bəzi korrupsiyalaşmış polis əməkdaşları narkotik evlərini qarət edirlər. Qrupun rəhbər müavini, leytenant Deyn Dumars, Hialeah şəhərində yerləşən bir ünvanla bağlı məlumat alır və detektivlər Cey-Di Börn, Mayk Ro, Numa Baptist və Lolo Salasar ilə birlikdə qanunsuz əldə edilmiş pulları axtarmaq üçün həmin evə gedir. Dumars pulun məbləği ilə bağlı komanda üzvlərinin hər birinə fərqli rəqəm deyir. Evin mərhum sahibinin nəvəsi Desi Molina könülsüz də olsa, komandaya içəri girməyə icazə verir. Evdə onlar çardaqda gizlədilmiş narko kartelə məxsus 20 milyon dollar pul tapırlar. Bu qədər böyük məbləğin müsadirəsinin riskli olduğunu anlayan Dumars standart proseduru pozur: rəhbərliyi məlumatlandırmaqdan imtina edir və komanda üzvlərinin telefonlarını müsadirə edir. Lakin Ro gizlicə birdəfəlik (burner) telefon istifadə edir. Yerli polis əməkdaşları ilə gərgin qarşılaşmadan sonra komanda pulları yerində saymaq üçün silahlanır. Desi bildirir ki, pul tapılacağı təqdirdə narko kartel ona həmin məbləğdən polisə pay təklif etməsi tapşırılmışdı. Dumars onun keçmişdə polisə məlumat ötürdüyünü öyrəndikdən sonra Desiyə qarşı şübhələnməyə başlayır. Evə gələn naməlum telefon zəngləri komandaya evi tərk etmək barədə xəbərdarlıq etməyə çalışdıqca, Börn Dumarsı ilkin məlumat barədə yalan danışmaqda ittiham edir. Dumars isə mənbəni göstərməkdən imtina edir. Leytenantın pulu oğurlamağa hazırlaşdığını düşünən Börn DEA agenti Metti Niks ilə əlaqə saxlayır. Niks, Dumarsın Velezin qətlində əli ola biləcəyini ehtimal edir. Börn anlayır ki, boş məhəllə kartelin nəzarəti altındadır və yaxınlıqdakı evi təkbaşına araşdırır. Bu vaxt Desi Ro-ya xəbərdarlıq edir ki, Dumarsın Baptist və Salasarı pulu qarət etməyə razı saldığını eşidib. Evin elektrik enerjisi kəsilir və bina güclü atəşə tutulur. Salasar yaralanır, Dumars və Ro isə silahlıları qovmağa nail olurlar. Börn qonşu evdən tutulan kartel mühafiəçisi ilə geri qayıdır. Mühafizəçi bildirir ki, kartel detektivlərə hücum etməyib və puldan imtina etməyə hazırdır, lakin Velezin öz komandası tərəfindən öldürülmüş ola biləcəyini xəbərdar edir. Börn Dumarsa qarşı çıxır, Ro telefonunu itirir və Niks hadisə yerinə çatdığı anda ev yanmağa başlayır. Baptist və Salasar Desi ilə birlikdə qalır, digər detektivlər isə zirehli maşında pul çantaları ilə Niksə qoşulurlar. Dumars maşında ikən Velezin öldürülməzdən əvvəl ona bu ünvanla bağlı məlumat göndərdiyini və evi korrupsiyalaşmış polis dəstəsini tələyə salmaq üçün bir növ yem kimi istifadə etməyi planlaşdırdığını açıqlayır. Dünars bu metodu istifadə edərək komanda üzvlərini hərəkətə keçirmək üçün pulu özü oğurlayırmış kimi davranmışdı. Evə gələn naməlum zənglərdə Ro-ya deyilən pul məbləği səsləndiriləndə Dumars anlayır ki, Ro korrupsiyalaşmış dəstənin üzvüdür. Dəstəyə Niks və Hialeah polis əməkdaşları da daxildir. Atəşi açan və təhdid zənglərini edən Niksin adamları olmuş, evi isə Ro yandırmışdı. Dumars sonradan planını Börnə də açıqlamış, Börn isə qarşıdurma zamanı Ro-nun birdəfəlik telefonunu ələ keçirmişdi. Niks atəş açır, qarşıdurma zamanı onun sürücüsü öldürülür, Dumars və Ro isə yaralanır. Niks etiraf edir ki, o və Ro Velezi pusquya salaraq öldürüblər. Lakin Börn artıq FBI agenti olan qardaşı Deli xəbərdar etdiyindən dəstə hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınır. Ro Dumars tərəfindən yaxalanaraq həbs edilir, Niks isə Börnlə avtomobil təqibi zamanı güllələnərək öldürülür. Desinin nənəsi tərəfindən yığılan telefon kitabçaları ilə oğurlanmış pullar dəyişdirildiyindən, komanda həqiqi pulu təhvil verir. Polislə əməkdaşlığına görə Desi müsadirə edilən məbləğin 20 faizini alır. Filmin sonunda Dumars və Börn sahildə günəşin doğuşunu izləyərək kapitan Ceki Velezin xatirəsini yad edirlər.
Rollarda
Mett Deymon — leytenant Deyn Dumars
Ben Afflek — detektiv-serjant Cey-Di Börn
Stiven Yon — detektiv Mayk Ro
Teyana Teylor — detektiv Numa Baptist
Saşa Kalle — Deziri “Desi” Lopez Molina
Katalina Sandino Moreno — detektiv Lolo Salasar
Skott Edkins — FTB agenti Del Börn
Kayl Çendler — DEA agenti Mateo “Metti” Niks
Nestor Karbonell — mayor Tom Vallexo
Lina Esko — kapitan Ceki Velez
Xose Pablo Kantilyo — DEA agenti Dayo Reyes
Kliff Çemberleyn — polis əməkdaşı Yunger
Aleks Ernandes — polis əməkdaşı Uorvik
Daisuke Tsudzi — FTB agenti Loqan Kasiano
İstehsal Filmin çəkilişləri ilə bağlı ictimaiyyətə ilk dəfə 2024-cü ilin iyun ayında məlumat verildi. Layihədə baş rolların Mett Deymon və Ben Afflek tərəfindən canlandırılacağı bildirilmişdi. Filmin ssenari müəllifi və rejissoru Co Karnahandır; o, süjet xəttini Maykl Makqreyl ilə birgə hazırlamışdır. Deymon və Afflek eyni zamanda filmin istehsalını Artists Equity studiyası vasitəsilə prodüser kimi üzərlərinə götürüblər. Layihə film bazarına çıxarıldıqdan qısa müddət sonra Netflix filmin yayım hüquqlarını satın almışdır. Artists Equity ilə Netflix arasında imzalanan müqavilə də özünəməxsusluğu ilə seçilmişdir. Razılaşmaya əsasən, film yayımlandıqdan sonrakı ilk 90 gün ərzində müəyyən baxış göstəricilərinə nail olduğu halda, filmin istehsal prosesində iştirak etmiş 1 200 nəfərə birdəfəlik bonus ödənilməsi nəzərdə tutulmuşdur. Film Mayami-Deyd dairəsi polis kapitanı Kris Kasianonun həyatınfa baş verən real hadisələrdən hekayəsindən ilhamlanıb. 2016-cı ildə Kasiano və onun narkotiklərlə mübarizə qrupu Mayami Leyks ərazisində yerləşən bir yaşayış evinə edilən reyd zamanı 20 milyon ABŞ dolları məbləğində gizlədilmiş pul aşkar etmişdir. Bununla belə, filmdəki korrupsiyalaşmış polis obrazı tamamilə uydurmadır. Mett Deymonun canlandırdığı obraz birbaşa Kasianonun özünə əsaslanmışdır. Deymon xərçəng xəstəliyindən vəfat etmiş 10 yaşlı oğlu Ceyki itirən ata obrazını canlandıran polislər. Bu süjet xətti Kasianonun real həyatda 2021-ci ildə leykozdan dünyasını dəyişmiş oğlu Ceyk Uilyam Kasianodan ilhamlanmışdır. Netflix-lə əməkdaşlıq zamanı platforma ssenariyə dair müəyyən tələblər irəli sürmüşdü. Matt Damon bu prosesi belə izah edərək deyirdi ki, klassik action filmlərində adətən üç əsas səhnə olur və ən maraqlı hissə filmin finalına saxlanılır. Lakin Netflix tamaşaçı diqqətini dərhal cəlb etmək üçün ilk dəqiqələrdə əsas aksiyonky səhnə istəyirdi. Həmçinin süjetin dialoqlarda bir neçə dəfə təkrarlanması tələb olunurdu, çünki platforma tamaşaçıların filmi izləyərkən tez-tez telefonla məşğul olduğunu nəzərə alırdı.
2024-cü ilin oktyabr ayında aktyor heyətinə Teyana Teylor, Saşa Kalle, Nestor Karbonell, Katalina Sandino Moreno və Kayl Çendler qoşulmuşdur. 2024-cü ilin noyabr ayında isə Skott Edkins və Lina Esko aktyor heyətinə daxil edilmişdir. Filmin əsas çəkilişlərinə 3 oktyabr 2024-cü ildə Los-Anceles şəhərində başlanmış və çəkilişlərin 11 dekabr 2024-cü ildə başa çatdırılması planlaşdırılmışdır . Əlavə səhnələr 2024-cü ilin noyabr ayında Nyu-Cersi ştatında çəkilmişdir. Filmin operatoru Xuan Migel Aspiroz .
İstinadlar
Kateqoriya:ABŞ-nin polis filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Nyu-Cersidə çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri