Karlo Rovelli (; ) — İtaliya, ABŞ, Fransa və Kanadada fəaliyyət göstərmiş italyan nəzəriyyəçi fizik və yazıçı. Hazırda o, Fransanın Marsel şəhərindəki Nəzəri Fizika Mərkəzinin fəxri professoru, Perimeter İnstitutunun görkəmli qonaq tədqiqatçı rəhbəri, Kanadanın Qərbi Ontario Universitetinin Rotman Fəlsəfə İnstitutunun əsas üzvü və ABŞ-dəki Santa-Fe İnstitutunun "Fraktal Fakültəsinin" üzvüdür.

Elmi Fəaliyyəti

Rovelli əsasən kvant qravitasiyası sahəsində çalışır və ilgəkli kvant qravitasiyası (loop quantum gravity) nəzəriyyəsinin banilərindən biridir. O, həmçinin elmin tarixi və fəlsəfəsi ilə də məşğul olmuş, relyasion kvant mexanikası və "termal zaman" anlayışını formalaşdırmışdır. Rovelli "Corriere della Sera", "Il Sole 24 Ore" və "La Repubblica" kimi İtaliyanın bir neçə nüfuzlu qəzetinin mədəniyyət əlavələri ilə əməkdaşlıq edir. Onun ilk dəfə 2014-cü ildə italyan dilində işıq üzü görmüş "Fizika üzrə yeddi qısa dərs" (Seven Brief Lessons on Physics) adlı elmi-kütləvi kitabı dünya miqyasında iki milyondan çox nüsxə ilə satılmışdır.

2019-cu ildə "Foreign Policy" jurnalı onu "dünyanın 100 ən nüfuzlu mütəfəkkiri" siyahısına daxil etmişdir. 2021-ci ildə isə "Prospect" jurnalı tərəfindən "dünyanın 50 ən yaxşı mütəfəkkiri" siyahısında yer almışdır.

İstinadlar

Xarici keçidlər

Homepage Introduction to Loop Quantum Gravity, online course by Carlo Rovelli. Carlo Rovelli, A Dialog on Quantum Gravity, preprint available as hep-th/0310077 Rovelli, C. Loop Quantum Gravity. Living Rev. Relativ. 1, 1 (1998). DOI Quantum Gravity, draft of the book Quantum Gravity Curriculum Vitae et Studiorum

Kateqoriya:3 mayda doğulanlar Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:İtaliya fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London İmperial Kollecinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Bolonya Universitetinin məzunları Kateqoriya:Padua Universitetinin məzunları