Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2024–2025 mövsümünü 1-ci olaraq bitirmişdir. Napoli, 1986–1987, 1989–1990, 2022–2023 və 2024–2025-ci illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 3 dəfə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. Klubun illik gəliri 2025-ci ildə 290,8 milyon € olmuşdur.
Tarixi thumb|right|190px|Dieqo Armando Maradona stadionu 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır. Mövsümün sonunda play-off lara vəsiqə qazanan klub bu mərhələni keçə bilmir və bir mövsüm daha İtaliya C1 Seriyası liqasında qalir.
Bundan sonra Aurelio De Laurentiis klubu alaraq tam sahibi olur. Klubun təmsil etdiyi şəhərdə doğulan və böyüyən, İtaliyada film rejissoru olan De Laurentiis ilə birliktə 20005–2006-cı il mövsümündə liqada birinci olur və İtaliya B Seriyası liqasında yüksəlir. Eyni mövsüm Turinin Yuventus FK klubu oyun alqı satqısında ittiham olunaraq Napolinin yarışacağı liqaya göndərilir. Klub Societa Sportivo Calcio Napoli adını geri qaytarır və mövsümün sonunda Yuventus FK-un arxasında İtaliya B Seriyasını ikinci bitirərək 42 oyunda 21 qalibiyyət və 16 heç-heçə, 79 xalla 5 mövsüm sonra İtaliya A Seriyası liqasına geri qayıdır. Bu dövr Societa Sportivo Calcio Napoli tarixinin dirçəliş dövrü hesab olunur və qısa zamanda İtaliya İtaliya A Seriyası liqasında çempionluğa oynayaraq son iki mövsümü 2-ci və 3-cü sırada bitirir, 2 dəfə İtaliya Kubokunu qazanır.
Klubub himni O surdato' nnammurato adlanır.
Stadionu
"Napoli" İtaliya A seriyasının ev oyunlarını Dieqo Armando Maradona stadionunda keçirir. Stadionun tutumu 60,420 nəfərdir. 1948-ci ildə təməli atılan stadion 11 il sonra 1959-cu ildə hazır olub və həmin ilin 6 dekabrında Napolinin istifadəsinə verilmişdir. 21 oktyabr 1979-cu ildə stadionda rekord sayda — 89,365 insan Napoli — AC Perugia oyununu izləmişdir.
Avropa kuboklarında iştirak Napoli 21 dəfə Avropa kuboklarında iştirak edib. Avropa kuboklarındaki ən böyük uğuru 1988 – 89 mövsümündə qazandığı UEFA Kubokudur.
Klubun rəngləri MaviAğ
Uğurları İtaliya A Seriyası 4: 1986–87, 1989–90, 2022-23, 2024-25 İtaliya B Seriyası 1: 1949–50 İtaliya C1 Seriyası 1: 2005–2006 İtaliya Kuboku 6: 1961–62, 1975–76, 1986–87, 2011–12, 2013–14, 2019-20 İtaliya Superkuboku 3: 1990, 2014, 2025 UEFA Kuboku 1: 1988–89 Coppa delle Alpi 1: 1966 Coppa di Lega Italo-Inglese 1: 1976
Fərdi nəticələr + Ən çox qol vurmuş oyunçular Oyunçular Dövrlər Oyun sayı Qollar 1 Dieqo Armando Maradona 1984–1991 259 115 2 Attila Sallustro 1926–1937 266 108 3 Edinson Cavani 2010–2013 138 104 4 Antonio Vojak 1929–1935 196 103 5 José Altafini 1965–1972 234 97 6 Careca 1987–1993 221 95 7 Marek Hamšík 2007- 364 92
+ Ən çox oyun keçirən oyunçular Oyunçular Dövrlər Oyun sayı Qollar 1 Giuseppe Bruscolotti 1972–1988 511 11 2 Antonio Juliano 1962–1978 505 38 3 Moreno Ferrario 1977–1988 396 11 4 Marek Hamšík 2007- 364 92 5 Ciro Ferrara 1984–1994 322 15 6 Paolo Cannavaro 1998–1999; 2006–2013 278 9
Prezidentləri Adlarıİllər üzrə Roberto Fiore1964–1967 Gioacchino Lauro1967–1968 Antonio Corcione1968–1969 Corrado Ferlaino1969–1971 Ettore Sacchi1971–1972 Corrado Ferlaino1972–1983 Marino Brancaccio1983 Corrado Ferlaino1983–1993 Ellenio Gallo1993–1995 Vincenzo Schiano di Colella1995–1996 Gian Marco Innocenti1997–1998 Federico Scalingi1999–2000 Giorgio Corbelli2000–2002 Salvatore Naldi2002–2004 Aurelio De Laurentiis2004–
Uğurlu məşqçiləri Baş məşqçilərDövrlərKuboklar Ottavio Bianchi1986–1989İtaliya A Seriyası, İtaliya Kuboku, UEFA Kuboku Alberto Bigon1989–1991İtaliya A Seriyası, İtaliya Superkuboku Antonio Conte2024–İtaliya A Seriyası, İtaliya Superkuboku Rafael Benítez2013–2015 İtaliya Kuboku, İtaliya Superkuboku Luciano Spalletti2021–2023İtaliya A Seriyası Bruno Pesaola1961–1962İtaliya Kuboku, Coppa delle Alpi, Coppa di Lega Italo-Inglese Rosario Rivellino1973–1976İtaliya Kuboku Walter Mazzarri2009–2013İtaliya Kuboku Gennaro Gattuso2019–2021İtaliya Kuboku
Rəhbərlik və məşqçilər
Rəhbərlik Vəzifə AdıPrezident Aurelio De LaurentiisVitse-prezident Jacqueline Marie BauditVitse-prezident Edoardo De Laurentiisİcraçı direktor Andrea ChiavelliMətbuat katibi Guido BaldariTəhlükəsizlik xidmətinin rəisi Alberto Vallefuoco
Məşqçilər heyəti Vəzifə AdıBaş məşqçi Maurizio SarriBaş məşqçinin köməkçisi Francesco CalzonaSeleksiyaçı məşqçi Francesco SinattiFiziki hazırlıq üzrə məşqçi Giovanni D'Avino, Marco Romano, Fabio SanninoQapıçılar üzrə məşqçi Alessandro Nista
Xarici Keçidlər Rəsmi Sayt
Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:Əlifba sırasına görə futbol klubları Kateqoriya:1926-cı ildə İtaliyada yarananlar Kateqoriya:İtaliya A Seriyasının qalibi olmuş klublar Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:İtaliya kubokunu qazanan klublar Kateqoriya:Napoli FK