Ser Çandrasekhara Venkata Raman (, ; ) — işığın səpilməsi sahəsindəki fəaliyyəti ilə tanınan hindistanlı fizik. Özünün təkmilləşdirdiyi spektroqrafdan istifadə edərək, o və tələbəsi K. S. Krişnan aşkar etmişlər ki, işuq şəffaf materialdan keçərkən meyil edən şüaların dalğa uzunluğu dəyişir. İşığın o vaxta qədər məlum olmayan və onların "dəyişdirilmiş səpilmə" adlandırdıqları bu fenomeni sonradan Raman effekti və ya Raman səpilməsi adlandırılmışdır. Raman bu kəşfinə görə 1930-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş və bu mükafatı alan ilk asiyalı, həmçinin qeyri-ağ dərili şəxs kimi tarixə düşmüşdür.
Tamil Brahmin ailəsində doğulan Raman erkən inkişaf etmiş bir uşaq idi; orta və tam orta təhsilini müvafiq olaraq 11 və 13 yaşlarında bitirmişdir. 16 yaşında Prezidentlik Kollecində fizika üzrə fərqlənmə diplomu ilə Mədrəs Universitetinin bakalavr imtahanında birinci olmuşdur. İşığın difraksiyasına dair ilk elmi məqaləsi 1906-cı ildə, hələ magistratura pilləsində oxuyarkən dərc edilmişdir. Növbəti il o, magistr dərəcəsini almışdır. 19 yaşında Kəlkətədə Hindistan Maliyyə Xidmətində baş mühasibin köməkçisi kimi fəaliyyətə başlamışdır. Orada Hindistanın ilk tədqiqat institutu olan Hindistan Elmi Təşviq Assosiasiyası (IACS) ilə tanış olmuş, bu da ona müstəqil tədqiqat aparmaq imkanı vermişdir. Məhz burada o, akustika və optika sahəsində mühüm elmi töhfələrini vermişdir.
1917-ci ildə Aşutoş Mukherci tərəfindən Kəlkətə Universitetinin Racabazar Elm Kollecində ilk Palit Fizika Professoru təyin edilmişdir. Avropaya ilk səfəri zamanı Aralıq dənizini müşahidə etməsi onu dənizin mavi rəngi ilə bağlı o dövrdə mövcud olan izahın (səmadan əks olunan Reyli səpələnməsi) yanlış olduğunu sübut etməyə sövq etmişdir.
O, 1926-cı ildə Indian Journal of Physics jurnalının əsasını qoymuşdur. 1933-cü ildə Banqalora köçərək Hindistan Elm İnstitutunun ilk hindistanlı direktoru olmuşdur. Elə həmin il Hindistan Elmlər Akademiyasını təsis etmişdir. 1948-ci ildə isə ömrünün sonuna qədər çalışdığı Raman Tədqiqat İnstitutunu yaratmışdır.
Raman effekti 28 fevral 1928-ci ildə kəşf edilmişdir. Bu tarix Hindistan hökuməti tərəfindən hər il Milli Elm Günü kimi qeyd olunur.
İstinadlar
Xarici keçidlər
The Nobel Prize in Physics 1930 at the Nobel Foundation Archive of all scientific papers of C.V. Raman Scientific Papers of C. V. Raman, Volume 1 Volume 2 Volume 3 Volume 4 Volume 5 Volume 6 Raman Effect: fingerprinting the universe by Raja Choudhury and produced by PSBT and Indian Public Diplomacy.
Kateqoriya:7 noyabrda doğulanlar Kateqoriya:1888-ci ildə doğulanlar Kateqoriya:21 noyabrda vəfat edənlər Kateqoriya:1970-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Cəngavər bakalavrları Kateqoriya:Mədrəs Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Hindistanlı Nobel mükafatı laureatları Kateqoriya:Lenin sülh mükafatı laureatları