Sələh Cədid (; ) — Suriya hərbi zabiti, dövlət xadimi və 1966-cı ildən 1970-ci ilə qədər ölkənin faktiki lideri.

Həyatı Sələh Cədid sahil şəhəri Cəblə yaxınlığındakı nüseyri kəndində anadan olmuşdur. Hüms Hərbi Akademiyasında təhsil almış və 1946-cı ildə Suriya Silahlı Qüvvələrinə qoşulmuşdur. Qısa müddət Suriya Sosialist Milliyyətçi Partiyasının (SSNP) üzvü olub, lakin sonradan qardaşı Həsən Cədidin onun liderlərindən biri olduğu üçün SSNP ilə sıx əlaqələrini saxlamağına baxmayaraq, Bəəs Partiyasına qoşulmuşdur. 1950-ci illərdə Camal Əbdül Nəsirin Ərəb Milliyyətçi Hərəkatının üzvü olmuşdur. Birləşmiş Ərəb Respublikasının (Misir və Suriyanın vahid dövləti) yaradılmasını dəstəkləyib. BƏR dövründə Sələh Cədid Qahirədə xidmət etmişdir. Orada, 1959-cu ildə bir neçə digər bəəsçi zabit ilə birlikdə BƏR-i qorumaq məqsədi daşıyan gizli bir təşkilat olan Hərbi Komitə yaratmışdır. Buna baxmayaraq, 1961-ci ilin sentyabrında BƏR süqut etmişdir və Nazim Qüdsi Suriyada hakimiyyətə gəlmişdir. Cədid bir çox Bəəs Partiyası üzvü ilə birlikdə ordudan qovulmuşdur. 1962-ci ildə hərbi çevrilişə hazırlaşmağa başlamışdılar.Sami Moubayed, Steel and Silk: Men and Women Who Shaped Syria 1900—2000, Seattle, 2006, pp.259-260

İstinadlar

Kateqoriya:Suriya hərbçiləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Həbsdə ölən şəxslər