thumb|Şokoladlı qozlu piroq thumb|Siroplu qozlu piroq. Qozlu piroq – əsas inqredienti qoz olan piroq çeşidi.

Tarixi XVII əsrdə Amerikaya miqrasiya etmiş avropalılar öz piroq hazırlama ənənələrindən istifadə edərək ağcaqayın siropu və şəkərqamışı kimi yerli inqredientlərlə Amerika piroqu çeşidləri yaratmışdırlar. Qozlu piroq, xüsusilə, Cənub-Qərb kimi qoz ağaclarının çox olduğu regionlarda populyar desert kimi ortaya çıxmışdır.

Hazırlanması Qozlu piroqun hazırlanmasında bütöv və ya doğranmış qozdan, eləcə də, qızardılmış qozdan istifadə oluna bilər. Tərkibinə ağcaqayın siropu, bəkməz və darçın kimi inqredientlər daxil edilir.Varozza & Kerr 2014, pp. 250–251. Peqan piroqunun hazırlanmasında olduğu kimi qarğıdalı siropu, şəkər və yumurtalardan ibarət şirin içliklə hazırlana bilər. Tərkibinə şokolad və bal da əlavə oluna bilər. Qozlu piroq əncir, ərik, zoğal, gavalı kimi meyvələrlə də hazırlana bilər.Varozza & Kerr 2014, p. 240.Varozza & Kerr 2014, p. 256. Otaq temperaturunda və isti halda servis olunur. Üstünə qaymaq, krem və dondurma əlavə oluna bilər.

Çeşidləri Qozlu piroqun Derbi piroqu adlı çeşidi 1954-cü ildə Kentukki ştatında ortaya çıxmışdır. Bu piroq çeşidi şokolad və qozun qarışığından ibarətdir və əmtəə nişanı almışdır.

İsveçrə mətbəxinə daxil olan Bündner Nusstorte desserti İsveçrə qozlu piroqu kimi tanınır. Bu piroq İsveçrədə Milad kimi bayramlar və şənliklərdə yeyilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Piroqlar