David H.Kox teatrı əvvəllər Nyu-York şəhər teatrı (; ) — Nyu-York şəhərində mədəni müəssisə. O, Nyu-York şəhərindəki Manhettenin Linkoln Meydanı məhəlləsindəki Linkoln Mərkəzində balet və rəqs teatrıdır. Əvvəlcə Nyu-York Dövlət Teatrı adlanan bu məkan, 1964-cü ildə açılandan bu yana Nyu-York Şəhər Baletinin, payızda Amerika Balet Teatrının ikinci dərəcəli məkanının və 1964-cü ildən 2011-ci ilə qədər Nyu-York Şəhər Operasının ev sahibliyi etmişdir. Teatr Linkoln Mərkəzinin əsas meydanının cənub tərəfində, 63-cü küçə və Kolumbus prospektinin yaxınlığındakı Devid Qeffen zalı ilə üzbəüz yerləşir.

Nyu-York Dövlət Teatrı Nyu-York ştatının 1964-1965-ci illər Dünya Sərgisində mədəni iştirakının bir hissəsi olaraq Nyu-York ştatının vəsaiti ilə inşa edilmişdir. Teatrın layihəsi memarlar Filip Conson və Con Börqi tərəfindən hazırlanmışdır. Bina 23 aprel 1964-cü ildə açılmışdır. Sərgidən sonra Ştat teatrın mülkiyyətini Nyu-York şəhərinə təhvil vermişdir.

Şəhər teatrı "Lincoln Center for the Performing Arts, Inc." şirkətinə icarəyə verirb, şirkət isə onu "City Center of Music and Drama, Inc." (CCMD) şirkətinə subicarəyə verib. CCMD-nin hazırkı korporasiyası (əvvəlcə 55-ci küçədə Nyu-York Şəhər Mərkəzi ilə əlaqəli idi, lakin indi ayrı bir qurumdur) bu gün də teatrı idarə etməyə davam edir.

2008-ci ilin iyul ayında neft-qaz milyarderi Devid H.Kox teatrın təmiri və istismarı üçün növbəti on il ərzində 100 milyon dollar ayıracağını vəd etdi. Həmin ilin 25 noyabrında Nyu-York Şəhər Baletinin Qış qalasında obyekt Devid H.Kox Teatrı adlandırıldı. Teatr ən azı əlli il ərzində onun adını daşıyacaq, bundan sonra adı dəyişdirilə bilər. Kox ailəsi hər hansı bir ad dəyişikliyində ilk imtina hüququnu özündə saxlayır. Bəzi insanlar Devid və Çarlz Koxun mübahisəli siyasi baxışlarına görə teatra orijinal adı ilə müraciət etməyə davam edirlər. Qalereya

İstinadlar

Xarici keçidlər

Lincoln Center press release, July 9, 2008 David H. Koch Theater website New York City Ballet website JCJ Architecture, architects for 2009 renovation. New York City Opera press release, undated New York Times article by Robin Pogrebin, July 10, 2008

Kateqoriya:Balet teatrları