Qalaktik Respublika, Star Wars kainatında planetlərdə qurulan bir hökumət formasıdır. Bu respublika sonradan Ali Kansler Palpatine tərəfindən müxtəlif oyunlar, xaos, böhranlar, şər və intriqalar (Darth Sidiousun ) vasitəsilə Qalaktik İmperiyaya çevrildi. Qalaktik Respublikanın 25.000 yaşındadır. Sith lordu kimliyini gizlədən Palpatine isə onun idarəçiliyində ən uzun müddət vəzifə daşıyan şəxsdir.
Yeni Qalaktik Respublika Senator Palpatine tərəfindən Qalaktik Respublikanın yerinə qurulan Qalaktik İmperiya, Endor döyüşündən sonra üsyançılar tərəfindən devrildikdən sonra yeni yaradılan respublika Yeni Qalaktik Respublika diye adlandırıldı.
Endor Döyüşündən sonra Üsyançılar müvəqqəti hökumət yaratdılar və qalaktikada ali səlahiyyətli orqan oldular, sonra isə Azad Planetlər ittifaqını ləğv etdilər. Daha sonra onlar Köhnə Respublika kimi də tanınan ilk Qalaktik Respublikanı qorumaq məqsədi ilə Yeni Respublika qurdular.
Yeni Qalaktik Respublika yaradılarken bəzi terminlər Köhnə Qalaktik Respublikadan götürülmüşdü Çünki bu terminlər (məsələn, parlament sistemi vasitəsilə qalaktikanın bərabər və ədalətli idarə etmek...) Qalaktik Respublikanın süqutundan qısa müddət sonra aradan qaldırılmağa çalışılmışdı. Köhnə Jedi Ordeni tərəfindən qorunan Qalaktik Respublika indi bir daha Luke Skywalker tərəfindən qurulan Yeni Jedi Ordeni tərəfindən qorunacaq.
Yavinin Döyüşü 4 il sonra İmparator Palpatine Endor Döyüşündə öldü və bu, imperiyanın sonunun əlaməti oldu. Bir ay sonra Üsyançılar Alyansının səkkiz əsas üzvü yeni hökumətin məqsədlərini, dəyərlərini və ideallarını müəyyən edən Yeni Respublika Bəyannaməsini qəbul etdilər. Bu səkkiz şəxs — Çandrilanın Mon Mothma, Alderaanın Şahzadəsi Leia Organa, Kothlisdən Borsk Fey'lya, Mon Calamarinin Admiral Ackbar, Sullustun Sian Tevv, Corellianın Doman Beruss, Kashyyk Kerritharr və Elomun Verrinnefra B'thog Indriummsegh — Yeni Respublikanın müvəqqəti hökumətini və Müvəqqəti Konsulunu təşkil etdilər. Kateqoriya:Uydurma hökumətlər Kateqoriya:Ulduz müharibələri təşkilatları