Mənşəyim () — 2014-cü ildə ekranlara çıxmış və elmi fantastika elementləri olan romantik dram filmi. Rejissor Mayk Kehill eyni zamanda ssenari müəllifidir. Film ilk olaraq 2014-cü ilin yanvarında Sandens Film Festivalında nümayişə qoyulub. Müstəqil layihə olan əsər böyük studiya dəstəyi olmadan çəkilib.

"Fox Searchlight Pictures" tərəfindən yayımlanan film 2014-cü ilin iyulunda seçilmiş kinoteаtrlarda göstərimə çıxıb. Film həmin ilin oktyabrında Kataloniya Beynəlxalq Fantastik Kino Festivalında ən yaxşı uzunmetrajlı film mükafatını alıb.

Təsvir Magistrant İan Qrey yoldaşları Karen və Kenni ilə birlikdə insan gözünün necə formalaşdığını araşdırır. Onların qarşısında duran vəzifə aydındır: yaradılışçılar gözlərin ilahi yaradılışla ortaya çıxdığını söyləyirlər, amma İan bunu elmi yolla təkzib etmək istəyir. Gözlərin təkamül keçirdiyini isbat etməyə çalışır. Ancaq bu axtarışlar İanı elə nöqtələrə gətirib çıxarır ki, həyatında və dünyagörüşündə köklü dəyişikliklərə səbəb olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aydaho haqqında filmlər Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2014-cü ilin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Fox Searchlight Pictures filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:2013-cü il haqqında filmlər