İzzət Cəfərqulu qızı Əliyeva (5 iyul 1895, Zəngəzur, Comardlı kəndi - 20 oktyabr 1957, Bakı) — Azərbaycanın Ümümmilli lideri, siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər ƏliyevinÜmümmilli lider Əliyev Heydər Əlirza oğlu anası.

Həyatı thumb|230x230пкс|Əliyevlər ailəsi. Soldan: Surə xanım, Heydər Əliyev, Əlirza Əliyev və qucağında Aqil Əliyev, İzzət xanım və qucağında Cəlal Əliyev, Hüseyn Əliyev 1930 il. İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdlı kəndində anadan olub. Kəndin Ağsaqqalı İzzət xanımın babası Comərd kişi olub. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir.BU GÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANASI İZZƏT XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR.

Ermənilərin Zəngəzura təcavüzü İzzət xanımı və ailəsini o torpaqlardan didərgin salır. Ermənilərin hücumu zamanı İzzət xanım, demək olar ki, bütün yaxınlarını itirir. Həmin zaman o, öz ailəsiylə, Naxçıvana köçür.Ümummilli lider Heydər Əliyevin anası İzzət xanım haqqında faktlar Köç zamanı çox sevdiyi erməni qəsbkarları tərəfindən öldürülən kiçik qardaşının meydini görür və heç bir zaman bu günü unutmur. Qardaşının vaxtsız ölümü daha sonra doğulacaq körpəsinə onun adının, Heydər adını verməsinə səbəb olacaq. Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva anasına həsr etdiyi "Mənim anam" kitabından: "Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir".Heydər Əliyevin bacısı anası haqda danışır On beş il İzzət xanım bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Özü deyirdi ki, "qardaşlarımın ətrini yenicə tapdığım övladlarımdan alanda elə bil dünyaya təzədən gəldim".

İzzət xanımın kiçik qızı Rəfiqə Əliyeva öz xatirələrində deyir: "Atamızı tez itirmişik. Uşaqların bütün dərdi-səri, qayğısı anamın üzərinə düşmüşdü. Bizim ilk müəllimimiz də elə anamız İzzət xanım olub", "çörək qazanmaq, yəni evə ruzi gətirmək, əslində atanın vəzifəsi sayılıb. Uşaqları tərbiyə etmək, onları gələcək, millət üçün ləyaqətli övlad kimi böyütmək anaya bağlıdır. - Bu mənada mənə elə gəlir ki, əsil məktəb elə bizim öz evimizdə olub. Bu məktəbin də əvvəldən-axıra qədər bir müəllimi var idi, o da öz anamız idi."Cəfərqulu kişi ilə Gülzar nənənin sevimli qızı İzzət xanım İzzət xanım Əliyeva çox yumşaq, həddən artıq mehriban qadın idi, amma o mehribanlığın daxilində hamını öz həddində saxlayan qəribə bir zabitəsi vardı.

Öz övladları ilə bərabər erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri qardaşlarının da balalarını İzzət xanım böyüdüb.

Ailəsi Əlirza Əliyev — həyat yoldaşı Övladları Həsən Əliyev — 15 dekabr 1907 - 2 fevral 1993 Hüseyn Əliyev — 22 aprel 1911 - 21 may, 1991 Heydər Əliyev — 10 may 1923 – 12 dekabr 2003 Aqil Əliyev — 10 dekabr 1926 – 7 mart 2006 Cəlal Əliyev — 30 iyun 1928 – 1 fevral 2016 Surə Əliyeva — Şəfiqə Əliyeva — 1 dekabr 1930 – 24 noyabr 2008 Rəfiqə Əliyeva — 20 sentyabr 1932 – 6 may 2017

İzzət xanım Əliyeva 20 oktyabr 1957-ci ildə 62 yaşında Bakı şəhərində vəfat etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1957-ci ildə vəfat edənlər Kateqoriya:Əliyevlər