Tarix əl-İslam () — Zəhəbinin tarixi şəxsiyyətlərlə bağlı bioqrafik əsəri.

Əsər "Tarix əl-İslam" Zəhəbinin ən irihəcmli əsəri olub, tam adı "Tarixul-İslam və vəfayətül- (təbəqatül-) məşahir və aləm"dir.

Əsərdə 40 minə yaxın bioqrafiya vardır. Əsər hicri 1-ci (622) ildən hicri 700-cü (1301) ilə qədər olan dövrü əhatə edir. Kitabdakı dövr hər biri 10 il olmaqla 70 təbəqəyə bölünmüşdür.

Zəhəbi "Tarix əl-İslam"ı 1326-cı ildə tamamlamış və bu əsərə hicri 701–746-cı (1302–1345) illərdəki hadisələri edən bir zəyil yazmışdır.

Bu əsər sonradan qələmə alınan "Siyəru Aləmin-Nubəla", "Mərifətül-qurra", "əl-İbər", "Təzkirətül-hüffaz", "əl-İşarə", "əl-İləm" kimi kitablara mənbəlik etmiş, Səfədi, İbn Şakir əl-Kütubi, Əbül-Fida İbn Kəsir, Tacəddin əs-Subki, İsnəvi, İbn Rəcəb, Şəmsəddin əs-Səxavi kimi tarixçilər ondan bəhrələnmişdir.

Əsərə sonradan bəzi alimlər tərəfindən əlavələr və ixtisarlar da edilmişdir. Ələddin Əli ibn Xələf ibn Xəlil əs-Səidi, İbn əl-Cəzəri (Müxtəsəru Tarixil-İslam), Təqiyyədin İbn Qazı Şübhə (əl-Müntəqa min Tarixil-İslam), Şəmsəddin əs-Səxavi kimi alimlər bu qəbildəndir.

Yozef de Somoyi əsər haqqında bir məqalə qələmə almışdır.

"Tarix əl-İslam" ilk dəfə Qahirədə beş cild halında nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı