Məntiqi bomba () — zərərli hərəkətləri (adətən məlumata icazəsiz giriş, məlumatların təhrif edilməsi və ya məhv edilməsi) həyata keçirmək üçün müəyyən vaxt və ya informasiya şərtləri daxilində işə düşən kompüter proqramı.
Viruslar və ya şəbəkə soxulcanları kimi bir çox zərərli proqramlar, çox vaxt əvvəlcədən müəyyən edilmiş vaxtda (saat mexanizmli məntiqi bombalar) və ya müəyyən şərtlər yerinə yetirildikdə — məsələn, cümə, ayın 13-ü, Gülüş günü və ya Çernobıl AES-dəki qəzanın ildönümündə (CIH virusu) işə düşən məntiqi bombaları ehtiva edir.
Məntiqi bombalara, bir qayda olaraq, istifadəçilər üçün əvvəlcədən bildirilməyən nəticələrə səbəb olan kodlar aid edilir. Buna görə də, şərti-pulsuz proqramların müəyyən edilmiş müddəti bitdikdən sonra funksionallığının söndürülməsi və ya işinin dayandırılması məntiqi bomba hesab edilmir.
Məlum insidentlər
Məntiqi bombalar kiber-təxribat və korporativ casusluq tarixində bir çox ciddi fəsadlara yol açmışdır:
Trans-Sibir kəməri hadisəsi (1982): İddialara görə, SSRİ-nin qaz kəməri sistemini idarə edən proqram təminatına Kanada şirkəti tərəfindən yerləşdirilən məntiqi bomba kəmərdə böyük partlayışa səbəb olmuşdur. Bu, kosmosdan görünə bilən ən böyük qeyri-nüvə partlayışlarından biri hesab olunur. "Omega Engineering" insidenti (1996): Şirkətin keçmiş işçisi Timoti Lloyd proqram koduna məntiqi bomba yerləşdirərək şirkətin bütün istehsalat dizaynlarını və proqram təminatını silmişdi. Nəticədə şirkət 10 milyon dollar zərər çəkmiş və 80 işçisini ixtisar etməli olmuşdu. Cənubi Koreya kiberhücumu (2013): "DarkSeoul" olaraq bilinən hücum zamanı bir neçə bank və yayım şirkətinin serverlərinə yerləşdirilən məntiqi bomba eyni vaxtda (20 mart, saat 14:00) işə düşərək on minlərlə kompüterin sərt diskini sıradan çıxarmışdı. UBS PaineWebber hadisəsi (2002): Sistem administratoru Rocer Duronio maaş artımı ala bilmədiyi üçün şirkətin mərkəzi serverlərinə məntiqi bomba yerləşdirmişdi. Bomba işə düşdükdə 1000-dən çox kompüterin faylları silinmişdi.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Kibermüharibə Kateqoriya:Növlərinə görə zərərverici proqram təminatı Kateqoriya:İnformasiya təhlükəsizliyi