Üsul əs-Sünnə () və ya Kitabüs-Sünnə () — Əhməd ibn Hənbəlin əqidə ilə bağlı əsəri.
Əsər Əsərin digər bir adı da "Etiqadü Əhlis-sünnə"dir. Əsər özündə Əhməd ibn Hənbəlin Cəhmiyyə, Mürciə, Qədəriyyə, Xəvaric, xəlqül-Quran, qədər, dəccal, mələklər, röyətullah, kürsi və axirətə aid görüşlərini ehtiva edir. Əsər müəllifin oğlu Abdullah tərəfindən bir yerə cəmlənərək ərsəyə gətirilmişdir. Əsər Məkkədə (hicri 1349) və Qahirədə (tarixsiz), Əbu Hacir Məhəmməd Səid Bəsyuni tərəfindən Beyrutda nəşr edilmişdir (1985). "Kitabüs-Sünnə" Səudiyyə Ərəbistanında "Üsul əs-Sünnə" adı altında nəşr olunmuşdur (əl-Xəcr: hicri 1411).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar