Əl-İrşad fi üsulid-din () — kəlam sahəsinə aid əsər.

Əsər Əsərin tam adı "Kitabül-İrşad ilə qəvati-il-ədillə fi üsulil-etiqad"dır. Əsərin adı mənbələrdə "əl-İrşad fi üsulil-etiqad" və ya "əl-İrşad fi üsulid-din" şəklində qeyd edilmişdir. Kəlam tarixi mənbələrində əsərin Cüveyninin digər bir əsəri "əş-Şamil"in müxtəsəri olduğu qeyd edilsə də, bu mövzuda müəllifin hər hansı bir açıqlaması olmadığı kimi, əsər tam bir ixtisar da deyildir. Amma əsərin "əş-Şamil"in yazıldığı minvalda qələmə alınması ehtimalı böyükdür.

"Əl-İrşad" qısa bir müqəddimədən və 30 bölmədən (babdan) ibarətdir. Əsərin ilk bölməsində "nəzər", ikincidə "elm", sonrakı bölmələr isə üluhiyyət, qəza, qədər, nübuvvət, əcəl, ruzi, əmir bil-məruf nəhiy ənil-münkər, cəza mükafat, ölülərin dirildilməsi, iman-əməl, imamın artıb-azalmaması və tövbə mövzularına həsr edilmişdir. Əsərin son dörd bölməsi imamət məsələlərinə həsr edilmişdir.

Əsərin müxtəlif kitabxanalarda əlyazma nüsxələri mövcuddur.

Əsər müxtəlif tarix (1930, 1950 və s.) və yerlərdə (Paris, Qahirə və s.) nəşr edilmişdir.

Həmçinin bax

Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:Kəlam