Brayan Devid Cozefson (; ) — Britaniyalı nəzəri fizik və Kembric Universitetinin fəxri professoru. O, 1962-ci ildə Kembricdə doktorantura tələbəsi olarkən aşkar edilmiş Cozefson effektini kəşf etdiyinə görə 1973-cü ildə Fizika üzrə "Nobel" mükafatını Leo Esaki və Ayvar Cayever ilə bölüşüb."Brian D. Josephson" , Encyclopædia Britannica.
Cozefson akademik karyerasını Kembricin Kavendiş laboratoriyasında Kondensasiya olunmuş Maddə Nəzəriyyəsi Qrupunun üzvü kimi keçirib. O, 1962-ci ildən Kembricdəki Triniti Kollecinin üzvü və 1974-cü ildən 2007-ci ilə qədər Fizika professoru vəzifəsində çalışıb.
1970-ci illərin əvvəllərində Cozefson Transsendental Meditasiya ilə məşğul olub və diqqətini əsas elmin hüdudlarından kənar məsələlərə yönəldib. O, təbiətdəki zəka ideyasını, kvant mexanikası ilə şüur arasındakı əlaqəni və geniş şəkildə kvant mistisizmi kimi tanınan elm və Şərq mistisizminin sintezini araşdırmaq üçün Kavendişdə Ağıl-Maddə Birləşməsi Layihəsini qurdu."Mind–Matter Unification Project (TCM Group, Cavendish Laboratory)" , University of Cambridge. Brian Josephson, "Foreword," in Michael A. Thalbourne and Lance Storm (eds.), Parapsychology in the Twenty-First Century: Essays on the Future of Psychical research, McFarland, 2005, pp. 1–2. Brian Josephson, "We Think That We Think Clearly, But That's Only Because We Don't Think Clearly," in Patrick Colm Hogan and Lalita Pandit (eds.), Rabindranath Tagore: Universality and Tradition, Fairleigh Dickinson University Press, 2003, pp. 107–115. Jessica Utts and Brian Josephson, "Do you believe in psychic phenomena? Are they likely to be able to explain consciousness?" , Times Higher Education, 8 April 1996. O, parapsixologiya, su yaddaşı və soyuq birləşmə kimi mövzulara dəstəyini ifadə edib və bu da onu həmkarları tərəfindən tənqid mərkəzinə çevirib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:4 yanvarda doğulanlar Kateqoriya:1940-cı ildə doğulanlar Kateqoriya:Kardiffdə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Britaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Triniti Kollecinin məzunları (Kembric) Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Böyük Britaniya yəhudiləri