thumb|Saatlı toponimin mənşəyini izah edən bir-birinə uyğun gəlməyən azı beş fərqli xalq etimologiyası var. O cümlədən "Seatlı" (beşatlı), "Saya atlı", "Suatlı yer" və "Səhhətli yer". Başqa bir xalq etimologiyasına görə, Muğanda saatı ilk gəzdirən insan bu ərazidə yaşamışdır.Afad Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. I cild , s. 119-120 (1905-1915 illərində Saatlı kəndi) Xalq etimologiyası () və ya naiv etimologiya — dilin daşıyıcıları tərəfindən bir sözün (və ya ifadənin) mənşəyi haqqında səhv fikrə əsaslanaraq onu anlaması və ya tanış olmayan bir sözü (və ya ifadəni) tanış sözlərə bənzədərək dəyişdirməsi."folk-etymology". Oxford English Dictionary (1st ed.). Oxford University Press. 1933. Beləliklə, xalq etimologiyasının iki növü var (). Birinci növdə dəyişiklik baş verir. İkinci növdə isə sözün və ya ifadənin mənşəyi haqqında yanlış məlumat yayılır. Bəzən ikisi bir yerdə baş verə bilər.p. 22, 24

Müasir dilçiliyin baxımıdan xalq etimologiyasının birinci növü produktiv bir prossesdir. Yəni, onun yeni sözlərin yaradılmasında rolu var.

Xalq etimologiyası anlayışı alman dilindəki, 1852-ci ildə Ernst Förstemann tərəfindən yaradılan Volksetymologie sözünün hərfi tərcüməsidir.

İstinadlar

Kateqoriya:Etimologiya Kateqoriya:Folklor Kateqoriya:Kalkalar Kateqoriya:Dilçilik Kateqoriya:Semantik əlaqələr Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri