Türkiyənin Avstraliya İttifaqındakı səfirliyi — Türkiyə Cümhuriyyətinin Kanberrada diplomatik nümayəndəliyi. Səfirlik Türkiyənin rəsmi nümayəndəliyi olaraq Türkiyə ilə Avstraliya arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Türkiyənin siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Avstraliya İttifaqında təmsil edir.

Kanberradakı səfirlik ilə yanaşı, Türkiyənin Avstraliyanın Melburn və Sidney şəhərlərində Baş konsulluqları və Brisbendə Fəxri konsulluğu fəaliyyət göstərir.REPUBLIC OF TÜRKİYE CONSULATE GENERAL OF THE REPUBLIC OF TÜRKİYE IN MELBOURNEREPUBLIC OF TÜRKİYE TURKISH CONSULATE GENERAL IN SYDNEY Consulate of Turkey in Brisbane

2023-cü ildən Türkiyə Cümhuriyyətinin Avstraliyada fövqəladə və səlahiyyətli səfiri Ufuk Gezerdir.Büyükelçi Ufuk GEZER

Avstraliyanın Türkiyədə və Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycdir.

Avstraliyaya əlavə olaraq, Türkiyənin Kanberradakı səfiri həmçinin Kiribati Respublikası, Marşal adaları, Nauru Respublikası, Papua-Yeni Qvineya, Solomon adaları və Vanuatu Respublikasında akkreditə olunub.

Tarixi Türkiyənin Kanberradakı səfirliyi 28 fevral 1967-ci ildə açılmışdır.Türkiye — Avustralya İlişkileri Türkiyə Müdafiə Attaşeliyi 2004-cü ildən səfirliyin tərkibindədir.

Avstraliyanın Türkiyədə səfirliyi 23 aprel 1968-ci ildə açılıb. Avstraliya səfirliyi Ankarada yerləşir, İstanbul və Çanaqqaladada isə konsulluqları var.

Avstraliyanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycana akreditə olunub.Australia-Azerbaijan RelationshipAvustralya Büyükelçiliği Ankara Yəni Avstraliya səfiri həm Ankarada, həm də Bakıda səlahiyyətli diplomatdır.

Konsulluqları Melburn Baş konsulluğu — Türkiyə Respublikasının Melburndakı Baş konsulluğu 12 oktyabr 1973-cü ildə fəaliyyətə başlamışdır. Konsulluq əmək və sosial təminat attaşesi, ticarət attaşesi və inzibati və sosial attaşedən ibarətdir. Baş konsulluq Viktoriya ştatı, Cənubi və Qərbi Avstraliyada yaşayan vətəndaşlara xidmət göstərir. Baş konsul Doğan F. İşıqdır.

Sidney Baş konsulluğu — Türkiyə Respublikasının Sidneydəki Baş konsulluğu 1969-cu ildə açılmışdır. Ticarət attaşesi və inzibati və sosial məsələlər üzrə attaşedən ibarətdir. Baş Konsulluq Kanberradakı səfirliyin tabeliyindədir. Konsulluq dairəsi Yeni Cənubi Uels və Kvinslend ştatlarını, həmçinin şimal ərazi və Avstraliya paytaxt ərazisini əhatə edir. Baş konsul Belgin Ergüneşdir.

Brisben Fəxri konsullugu — Türkiyə Respublikasının Brisben Fəxri konsulluğu.Türkiye-Avustralya Siyasi İlişkileri, 2/14/2019 Konsulluq Kanberradakı səfirliyin tabeliyindədir. Brisben Fəxri konsulluğu bölgədəki türk vətəndaşlarına xidmət və dəstək göstərir. Fəxri konsul Turqut Allahmanlıdır.Consulate of Turkey in Brisbane

Türkiyənin Avstraliyada səfirləri Türkiyənin Avstraliyadakı səfiri Türkiyəni Avstraliya İttifaqında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonuBaha Vefa Karatay 15 mart 1967 7 noyabr 1968 Mehmet Baydur 17 dekabr 1968 6 noyabr 1972Hikmət Bensan 30 dekabr 197229 iyul 1978 Həsən Ünər 1 avqust 1978 29 iyul 1981Faruk Şahinbaş 20 avqust 1981 3 mart 1991 Ergün Pelit 31 mart 1988 5 dekabr 1991Orhan Aka 16 dekabr 199130 may 1995 Bilal N. Şimşir 13 iyun 199518 mart 1998Umut Arık23 aprel 199825 sentyabr 2001M. Tansu Okandan1 oktyabr 20015 may 2006N. Murat Ersavcı16 yanvar 200612 oktyabr 2009Oğuz Özge22 oktyabr 20091 iyul 2012Reha Keskintepe1 iyul 201231 iyul 2015Vakur Gökdenizler30 sentyabr 20159 yanvar 2019Korhan Karakoç15 yanvar 201924 yanvar 2023Ufuk Gezer26 yanvar 2023

Viza tələbləri Avstraliya hökuməti bütün Türkiyə vətəndaşlarından viza prosedurlarından keçmələrini tələb edir. Avstraliyaya səfər edən Türkiyə vətəndaşları səfərdən əvvəl Avstraliya Konsulluğuna viza üçün müraciət etməlidirlər. Bunun üçün Visa mərkəzinin nümayəndələri ilə əlaqə saxlamaq lazımdır.Avustralya Vize İşlemleri

Səyahət məqsədinə uyğun olaraq Avstraliya vizasının növləri: Avstraliya turistik vizası Avstraliya iş vizası Avstraliya müvəqqəti iş vizası Ailə ziyarəti vizası Tibbi ziyarət vizası Təhsil və tədqiqat vizası Avstraliya tranzit vizası Avstraliya İttifaqı ərazisində 90 günə qədər qalmaq üçün müraciətlər bütün bu viza kateqoriyaları üçün işlənir. Avstraliya vizası üçün ərizə sənədləri və onlayn forma ingilis dilində olmalıdır.

Avstraliya vizası üçün tələb olunan sənədlər: səfərin məqsədi səyahət xərcləri üçün maliyyə dəstəyinin mənbəyi ərizəçinin Türkiyəyə qayıtmasını tələb edən əlaqələrin mövcudluğu

Türkiyənin Avstraliya Konsulluqları viza müraciətlərinə yekun qərarın verilməsinə cavabdehdir.

Həmçinin bax Avstraliyanın Türkiyə və Azərbaycandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Türkiye Cumhuriyeti Dişişleri Bakanlığı TÜRKİYE CUMHURİYETİ KANBERRA BÜYÜKELÇİLİĞİ Türkiye — Avustralya Siyasi İlişkileri Australian Embassy Türkiye Georgia and Azerbaijan

Kateqoriya:Avstraliyanın ikitərəfli əlaqələri Kateqoriya:Avstraliyanın xarici siyasəti Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Avstraliyanın ikitərəfli əlaqələri Kateqoriya:Türkiyənin ikitərəfli əlaqələri Kateqoriya:Avstraliya