Hüseyn Sadəddin Nüzhət Ərqun (; ) — Türkiyə ədəbiyyat müəllimi, kitabxanaçı və ədəbiyyat tarixçisi.

Həyatı

Kolağası Əli Əfəndi və Sədiyyə xanımın dörd oğul övladından ikincisi kimi dünyaya gəlmişdir. İbtidai təhsilini Üsküdar İttihad və Tərəqqi Nümunə Məktəbində başa vurmuşdur. Üsküdar Sultanisində təhsil aldıqdan sonra İstanbul Darülfünunu Ədəbiyyat Fakültəsini bitirmişdir.Sefîne-î Evliyâ, Osmanzâde Hüseyin Vassaf

1925-ci ildə Ankara Oğlan Liseyinə ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Sonrakı illərdə müvafiq olaraq Konya şəhərində Oğlan Müəllim Məktəbində, Qız Müəllim Məktəbində, Oğlan Liseyində və Orta Müəllim Məktəbində, İstanbulda isə Ərənköy Qız Liseyində, Kadıköy Oğlan Liseyində, Haydarpaşa Liseyində, eləcə də Maltəpə, Halıcıoğlu və Quləli Hərbi liseylərində müəllimlik etmişdir. Bir müddət İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində də dərs demişdir. Arxeologiya Muzeyində kitabxana məmuru kimi çalışdığı dövrdə xəstələnmişdir. İkinci Dünya müharibəsi zamanı ailəsi ilə birlikdə 1941-ci ildə Çankırıya köçmüşdür. İstanbula qayıtdıqdan sonra səhhəti daha da pisləşmiş, yoxsulluq və çətinliklərlə üzləşmişdir. 1943-cü ildə maarif vəkili Həsən Əli Yücəl tərəfindən Bəyazid Dövlət Kitabxanasının müdiri vəzifəsinə təyin edilmişdir. Divan, təkkə və xalq ədəbiyyatı sahələrində tədqiqatlar aparmışdır. Musiqi ilə də maraqlanmış, Hərbiyə Nazirliyinin mümeyyizliyindən təqaüdə çıxmış Şeyx Səid (Özok) Əfəndidən çoxsaylı ilahiləri məşq etmişdir. Az sayda musiqi əsəri də bəstələmişdir. Gənc yaşda vəfat etməsi “Türk Şairləri” və “Türk Musiqisi Antologiyası” kimi mühüm əsərlərini tamamlamasına mane olmuşdur. Xəstə olmasına baxmayaraq yaradıcılığını davam etdirmiş, maddi çətinliklər səbəbindən tədqiqat və yazılarını dəftər və kağızlar üzərində pərakəndə şəkildə qələmə almışdır. Onun müsəvvədələrinin hazırda Mədəniyyət Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsində saxlanıldığı ehtimal olunur.TDVİ İslam Ansiklopedisi, http://www.tdvia.org/dia/ayrmetin.php?idno=110301

25 aprel 1946-cı ildə Validebağı Prevantoriumunda vərəm xəstəliyi nəticəsində vəfat etmişdir. Karacaəhməd qəbiristanlığında şair Nədimin məzarının yaxınlığında dəfn olunmuşdur.

Əsərləri İlm-i Tasavvuf (1922) Konya Vilayeti Halkiyat ve Harsiyatı, Mehmed Ferid’le beraber (1926) Halk Şairleri, 1. Kitap (1926) Halk Şairleri, 1. Kitap, Karacaoğlan (1927) Halk Şairleri, 1. Kitap, Gevherî (1928) Pir Sultan Abdal (1929) Bektaşî Şairleri (1930) Tanzimata Kadar Muhtasar Türk Edebiyatı Tarihi Numuneleri (1931) Mevlânâ (1932) Şeyh Galib (1932) İstanbul Meşahirine Ait Mezar Kitâbeleri (1932) Âşık (1933) Beşiktaşlı Gedâî (1933) Hengâmî (1933) Kâtibî (1933) Kuloğlu (1933) Nâmık Kemâl (1933) Neşâtî (1933) Râmî Paşa (1933) Sabûhî (1933) Şeyhislâm Bahâyî (1933) Cenab Şahabeddin (1934) Fehîm (1934) Samih Rıfat (1934) Silleli Sürurî (1935) Bakî Dîvânı, Bakî’nin Hayatı ve Şiirleri (1. cilt) (1935) Edebiyat ve Edebiyat Tarihi Özü (1935) Şeyh Galib (1. fasikül) (1935) Aşık Ömer (1936) Aka Gündüz (1937) Ali Cânib (1937) Ali Nihad (1937) Halk Edebiyatı Antolojisi (1938) Türk Şairleri (1936-1946) Türk Musikisi Antolojisi -Dinî Eserler (2 cilt) (1942, 1943) Bektaşî Şiirleri ve Nefesleri (2 cilt) (1944-46) Hatâyî Dîvânı (1946)

İstinadlar

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları