Numan ibn Mahmud əl-Alusi (; — kəlam və fiqh alimi.
Həyatı
Ailəsi O, Şəhabəddin Mahmud əl-Alusinin beş oğlundan biri olub, 1836-cı ildə Bağdadda dünyaya gəlmişdir.
Həyatı və fəaliyyəti Numan əl-Alusi təhsilini əvvəl atasından, daha sonra isə Bağdadın qabaqcıl alimlərindən almışdır. Numan din elmlərilə yanaşı ədəbiyyat da öyrənmişdir. Müxtəlif yerlərdə qazılıq etmiş, 1878-ci ildə həcc ziyarətinə getmişdir. Həccə ziyarəti vaxtı Misirə də gəzmiş, 1883-cü ildə İstanbula yollanmışdır. O, həmçinin Suriya və Anadolunun müxtəlif şəhərlərini də gəzmişdir. Getdiyi yerlərdə elm adamları ilə görüşmüç və onların rəğbətini qazanmışdır. İki illik səyahətdən sonra Bağdada qayıtmış və burada ona "rəisül-müdərrisin" titulu verilmişdir. Numan əl-Alusi Bağdadda ömürünü kitab yazmaqla və nadir kitabları toplamaqla keçirmişdir. Bu sayədə də bu gün Bağdadın ən zəngin kitabxanalarından biri sayılan özəl bir kitabxananın əsasını qoymuşdur.
Ölümü Əqidədə Sələfi, fiqhdə Hənəfi olan Numan əl-Alusi 1899-cu ildə Bağdadda vəfat etmişdir.
Əsərləri Ən mühüm əsərləri bunlardır:
Əl-Cavabül-fəsih (fi rəddi Əbdil-Məsih, Lahor, hicri 1306). Əl-Əcvibətül-əqliyyə li-əşrəfiyyətiş-şəriətil-Məhəmmədiyyə (Mumbay, hicri 1314). Cilaül-eyneyn fi mühakimətil-Əhmədeyn. Səlisül-qəniyət fi zəvatit-tərəfeyn minəl-kəlimət (Beyrut, hicri 1319). Qəliyətül-mövaiz və misbəhül-müttəiz (Qahirə, I, hicri 1301, II, hicri 1329). Hədiqətül-vürud fi əxbəri-Əbis-Səna Şəhabəddin Mahmud.
Həmçinin bax Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Ərəb yazıçılar