300px|thumb|right|Tristan və İzolda. Kelt dirçəlişi və ya Kelt alaqaranlığı — XIX–XXI əsrlərdə kelt mədəniyyətinin müxtəlif xüsusiyyətlərinə maraq göstərən hərəkat və trendlərdir. Bu dövrdə rəssam və yazıçılar tarixçilərin "təcrid olunmuş sənət" adlandırdıqları (İrlandiya və Britaniyanın erkən orta əsrlər üslubu) qael ədəbiyyatı, uelsdilli ədəbiyyat və kelt incəsənəti ənənələrindən istifadə edirdilər. Klet dirçəlişi mürəkkəb və çoxşaxəli olsa da, bir çox sahələrdə və Şimal-Qərbi Avropanın müxtəlif ölkələrində baş versə də, onun ən məşhur təcəssümü, yəqin ki, İrlandiya ədəbi dirçəlişidir. Vilyam Batler Yeyts, Con Millinqton Sinc, Ledi Qreqori, "Æ" Rassel, Eduard Martin, Elis Milliqan və Edvard Plunket (Lord Dansani) kimi irland yazıçılarının yaradıcılığı XIX əsrin sonu—XX əsrin əvvəllərində ənənəvi irland ədəbiyyatına və poeziyasına yeni bir qiymət verilməsinə təkan vermişdir.
Müxtəlif xüsusiyyətləri ilə, Kelt dirçəlişi müasirləşməyə qarşı reaksiyanı təmsil etməyə başlamışdır. Bu, xüsusilə İrlandiyada belə idi, burada arxaik və müasirlik arasındakı münasibətlər bir-birinə əks idi, tarix parçalanmışdı və Terri İqltona görə, "bütövlükdə [millət] ənənədən müasirliyə doğru irəliləməmişdi". Bəzən keçmişə bu romantik baxış tarixən qeyri-dəqiq təsvirlərə, məsələn, İrlandiya xalqının və Şotlandiya dağlarının nəcib vəhşi stereotiplərinin təbliğinə, eləcə də irlandları, istər müsbət, istərsə mənfi olsa da, ayrı bir irq kimi göstərən irqçi baxışa səbəb olurdu.
Kelt dirçəlişinin geniş yayılmış və hələ də müşahidə edilən nəticəsi, hazırda Qərb dünyasının böyük bir hissəsində monumental və dəfn incəsənətinin tanınan bir hissəsini təşkil edən Yüksək xaçın Kelt xaçı kimi yenidən tətbiqi olmuşdur.
Həmçinin bax Tartan Yeni dini hərəkat
İstinadlar
Ədəbiyyat
Əlavə oxu
Xarici keçidlər
Qallaik Dirçəliş Hərəkatının Ana Səhifəsi (arxivləşdirilmiş) Yeats: İrlandiya Milli Kitabxanasında Uilyam Batler Yeatsın Həyatı və Əsərləri (arxivləşdirilmiş) Kateqoriya:Tarixi memarlıq tərzləri Kateqoriya:Qalisiya mədəniyyəti Kateqoriya:Bədii cərəyanlar Kateqoriya:XX əsrdə təsviri incəsənət Kateqoriya:Ədəbi cərəyanlar Kateqoriya:İrlandiya ədəbiyyatı Kateqoriya:Şotlandiya ədəbiyyatı Kateqoriya:XIX əsrdə təsviri incəsənət