Alkiona və ya Eta Tauri, həmçinin η Tauri — Buğa bürcündə yerləşən ulduz. O, Ülkər ulduz topasında ən parlaq ulduzdur.

Alkiona çoxlu ulduzdan ibarət ulduzdur. Onun ən parlaq komponenti olan Alkiona A, görünən böyüklüyü +2.87 olan ulduz təsnifatında B7IIIe tipli mavi-ağ nəhəngdir. Müvafiq olaraq görünən ulduz ölçüsü 6-cı və 8-ci böyüklükdə olan B və C komponentləri spektral A0 tipli əsas ardıcıllıq ulduzlarıdır. Alkiona C, görünən parlaqlığı +8.25 ilə +8.30 arasında dəyişən və 1.13 saatlıq bir dövrə malik δ Scuti dəyişkən ulduzudur. Alkiona D, görünən böyüklüyü +8.7 olan F2 sinifli ağ-sarı cırtdandır. Sistemin hər dörd komponenti hətta kiçik bir teleskopda belə aydın görünür.

Alkiona A, Be ulduz sinfinə aiddir. O, öz oxu ətrafında sürətlə fırlanır (xətti ekvatorial sürəti 215 km/s, Günəşin fırlanmasından 100 dəfə daha sürətli) və maddənin ekvatordan axmasına səbəb olur və ulduz ətrafındakı disk əmələ gətirir. Ulduzun spektrində qaz diskindən emissiya xətləri var.

Ulduzun adı mifoloji Ülkər bürclərindən birinin adından gəlir. O, Atlant ilə Pleyonanın qızı və Poseydonun sevgilisi Alkionanın adından götürülüb.

İstinadlar

Xarici keçidlər

Jim Kaler's Stars, University of Illinois:ALCYONE (Eta Tauri) Alcyone and the Pleiades

Kateqoriya:HR cisimləri Kateqoriya:HIP obyektləri Kateqoriya:Çoxlu ulduz sistemləri