İrlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1965-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Neapolda keçirilən müsabiqədəki debütdən sonra İrlandiya 1983 və 2002-ci illəri çıxmaq şərtilə hər il Avroviziyada iştirak etmişdir. İrlandiya Avroviziyanın ən çox uğur qazanan ölkəsidir. Ölkə iştirak etdiyi illər ərzində yeddi dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqə 7 dəfə İrlandiyada keçirilmişdir; bunlardan altısı paytaxt Dublində, biri isə Kork şəhərində baş tutmuşdur. 1972-ci ildə irland dilində səslənən mahnıdan başqa İrlandiyanın bütün Avroviziya mahnıları ingilis dilində ifa olunmuşdur.
İrlandiyanın ilk Avroviziya qələbəsini 1970-ci ildə Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə qazanmışdır. 1980-ci ildə Conni Loqan "What's Another Year" mahnısı ilə ölkəyə ikinci qələbə sevincini yaşatmışdır. Növbəti dəfə İrlandiyanı Avroviziyada 1987-ci ildə özünün bəstələdiyi "Hold Me Now" mahnısı ilə təmsil etmək fürsəti əldə edən Loqan ölkəsinə ikinci, ümumilikdə isə üçüncü qalibiyyəti qazandırmışdır. İrlandiya dördüncü Avroviziya qələbəsini isə 1992-ci ildə Conni Loqanın bəstələdiyi və Linda Martinin ifa etdiyi "Why Me?" mahnısı ilə əldə etmişdir. Bu qələbənin ardınca 1993-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanan ölkə növbəti qalibiyyətini də məhz İrlandiyada keçirilən müsabiqədə qazanmışdır. Niv Kavana "In Your Eyes" mahnısı ilə ölkəsinə beşinci Avroviziya qələbə sevincini yaşatmışdır. İrlandiya 1994-cü ildə Pol Harrinqton və Çarli MakQettiqanın ifa etdiyi "Rock 'n' Roll Kids" mahnısı ilə üçüncü il ard-arda və ümumilikdə isə altıncı dəfə Avroviziya qalibi olmuşdur. Ölkə bir illik fasilədən sonra yenidən 1996-cı ildə Eymar Kuinnin ifa etdiyi "The Voice" mahnısı ilə yeddinci qalibiyyətini əldə etmişdir.
21-ci əsrdə isə İrlandiya Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız üç dəfə onluğa daxil ola bilmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra isə İrlandiya səkkiz dəfə finala keçə bilməmiş, iki dəfə isə finalda sonuncu yeri tutmuşdur.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1965 İngiliscə Buç Mur "Walking the Streets in the Rain" 6 11Yarımfinal olmayıb 1966 İngiliscə Diki Rok "Come Back to Stay" 4 14 1967 İngiliscə Şon Danfi "If I Could Choose" 2 22 1968 İngiliscə Pat MakQiqan "Chance of a Lifetime" 4 18 1969 İngiliscə Mariel Dey "The Wages of Love" 7 10 1970 İngiliscə Dana "All Kinds of Everything" 1 32 1971 İngiliscə Ancela Farrell "One Day Love" 11 79 1972 İrlandca Sendi Cons "Ceol an Ghrá" 15 72 1973 İngiliscə Maksi "Do I Dream" 10 80 1974 İngiliscə Tina Reynolds "Cross Your Heart" 7 11 1975 İngiliscə The Swarbriggs "That's What Friends Are For" 9 68 1976 İngiliscə Red Hörli "When" 10 54 1977 İngiliscə The Swarbriggs Plus Two "It's Nice To Be In Love Again" 3 119 1978 İngiliscə Kolm Uilkinson "Born to Sing" 5 86 1979 İngiliscə Katal Dan "Happy Man" 5 80 1980 İngiliscə Conni Loqan "What's Another Year?" 1 143 1981 İngiliscə Sheeba "Horoscopes" 5 105 1982 İngiliscə The Duskeys "Here Today Gone Tomorrow" 11 49 1984 İngiliscə Linda Martin "Terminal 3" 2 137 1985 İngiliscə Mariya Kristian "Wait Until the Weekend Comes" 6 91 1986 İngiliscə Luv Bug "You Can Count On Me" 4 96 1987 İngiliscə Conni Loqan "Hold Me Now" 1 172 1988 İngiliscə Jump the Gun "Take Him Home" 8 79 1989 İngiliscə Kiev Konnolli və The Missing Passengers "The Real Me" 18 21 1990 İngiliscə Lim Reylli "Somewhere in Europe" 2 132 1991 İngiliscə Kim Cekson "Could It Be That I'm In Love" 10 47 1992 İngiliscə Linda Martin "Why Me?" 1 155 1993 İngiliscə Niv Kavana "In Your Eyes" 1 187Ev sahibi-ölkə 1994 İngiliscə Pol Harrinqton və Çarli MakQettiqan "Rock 'n' Roll Kids" 1 226Yarımfinal olmayıb 1995 İngiliscə Eddi Fril "Dreamin'" 14 44 1996 İngiliscə Eymar Kuinn "The Voice" 1 1622198 1997 İngiliscə Mark Roberts "Mysterious Woman" 2 157Yarımfinal olmayıb 1998 İngiliscə Don Martin "Is Always Over Now?" 9 64 1999 İngiliscə The Mullans "When You Need Me" 17 18 2000 İngiliscə İmonn Tol "Millennium of Love" 6 92 2001 İngiliscə Qeri O'Şounessi "Without Your Love" 21 6 2003 İngiliscə Miki Hart "We've Got the World" 11 53 2004 İngiliscə Kris Doran "If My World Stopped Turning" 22 7Birbaşa finalçı 2005 İngiliscə Donna və Coe "Love?"Finala keçməyib 14 53 2006 İngiliscə Brayan Kennedi "Every Song Is a Cry for Love" 10 93 9 76 2007 İngiliscə Dervish "They Can't Stop the Spring" 24 5Birbaşa finalçı 2008 İngiliscə Dustin the Turkey "Irelande Douze Pointe"Finala keçməyib 15 22 2009 İngiliscə Sinead Mulvey və Black Daisy "Et Cetera" 11 52 2010 İngiliscə Niv Kavana "It's for You" 23 25 9 67 2011 İngiliscə Jedward "Lipstick" 8 119 8 68 2012 İngiliscə Jedward "Waterline" 19 46 6 92 2013 İngiliscə Rayan Dolan "Only Love Survives" 26 5 8 54 2014 İngiliscə Can-Linn və Keysi Smit "Heartbeat"Finala keçməyib 12 35 2015 İngiliscə Molli Sterlinq "Playing with Numbers" 12 35 2016 İngiliscə Niki Birn "Sunlight" 15 46 2017 İngiliscə Brendan Mürrey "Dying To Try" 13 86 2018 İngiliscə Rayan O'Şounessi "Together" 16 136 6 179 2019 İngiliscə Sara MakTernan "22"Finala keçməyib 18 162020Vuay Senhit
Səsvermə tarixi İrlandiyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 249 2 181 3 166 4 155 5 146
İrlandiyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 253 2 227 3 182 4 172 5 170
QEYD: Yarımfinallarda verilən xallar nəzərə alınmamışdır.
Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 1971 Dublin Gaiety Theatre Bernadett Ni Qallkuar 1981 RDS Simmonscourt Doyrinn Ni Brayan 1988 Mişel Rokka və Pet Kenni 1993 Millstrit Green Glens Arena Fionnuala Suini 1994 Dublin Point Theatre Sintiya Ni Murçu və Qerri Rayan 1995 Meri Kennedi 1997 Keri Krouli və Ronan Kitinq
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi İrlandiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində