Gibson Modern — ABŞ-də yerləşən gitara istehsalı şirkəti Gibson tərəfindən 1957-ci ildə hazırlanmış elektrik gitara. Bu gitara Gibson Explorer və Gibson Flying V modelləri ilə birlikdə "Future Series" (Gələcək Seriyası) adı altında hazırlanmışdır. Lakin Modern modeli kommersiya baxımından istehsala buraxılmamış və bir müddət gizli dizayn kimi qalmışdır. Tarixi Gibson Modern modeli 1957-ci ildə Gibson şirkətinin rəhbəri Ted Makkarti tərəfindən dizayn edilib. Explorer və Flying V modelləri ilə birlikdə "Future Series" daxilində futuristik görünüşə malik olması üçün hazırlanmışdır. 1958-ci ildə "Gibson" yalnız Explorer və Flying V modellərini bazara çıxardı, lakin Modern istehsal olunmadı. Bu gitaranın prototiplərinin olub-olmaması uzun müddət gitara həvəskarları arasında mübahisə mövzusu olmuşdur. Gibson nəhayət 1982-ci ildə Modernini rəsmi olaraq təqdim etdi və bu, gitarasevərlər arasında böyük marağa səbəb oldu.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Zakk Wylde model at Gibson website Gibson Moderne at VintageGuitars website

Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Elektron musiqi alətləri