Mehmed Cavid bəy (, ; ) — yəhudimənşəli Osmanlı siyasətçisi. O, İkinci Məşrutiyyət dövründə maliyyə naziri vəzifəsində çalışmışdır. Cavid bəy Mustafa Kamal Atatürkə qarşı həyata keçirilmiş İzmir sui-qəsdinin məsul şəxslərindən biri olmaq ittihamı ilə həbs edilmiş, məhkəmə tərəfindən mühakimə olunduqdan sonra edam edilmişdir. Osmanlı imperiyasında liberalizm ideyasının öncül simalarından biri kimi tanınmışdır. Hüquqşünas, dil tənqidçisi və tərcüməçi Şiar Yalçının atası olmuşdur.

Erkən həyatı

Mehmed Cavid bəy 1877-ci ildə Saloniki şəhərində anadan olmuşdur. Doğum tarixi ilə bağlı olaraq oğlu Şiar Yalçın 1875-ci ili göstərmişdir, lakin Nəzmi Əroğlunun apardığı araşdırmalar onun 1877-ci ildə doğulduğunu ortaya qoymuşdur. Atası Rəcəb Naim əfəndi Salonikidə ticarətlə məşğul olmuş, anası isə Fatma xanım olmuşdur. Mehmed Cavid bəyin iki qardaşı və iki bacısı var idi. Onunla eyni zamanda pedaqoji fəaliyyət göstərmiş Şəfqəti Gercəl bəy Feyziyyə məktəbində Mehmed Cavid bəy ilə birlikdə çalışmış və fəaliyyətində ona dəstək olmuşdur. Kazım Gercəl bəy ticarətlə məşğul olmuş və "Gercəl corabları"nı marka halına gətirmişdir. Qardaşlarının Gercəl soyadını istifadə etdikləri məlumdur. Mehmed Cavid bəy iki dəfə evlənmişdir. İlk həyat yoldaşı Saniyyə xanımın 1909-cu ildə gənc yaşda vəfat etməsindən sonra uzun müddət subay həyat sürmüşdür. O, 1906-cı ildə Salonikidə olarn zaman qohumlarından olan Saniyyə xanım ilə evlənmiş, bu nigahdan övladı olmamış və həyat yoldaşını üç il sonra vərəm xəstəliyindən itirmişdir.

Cavid bəy yəhudi sabbatayist dönmə mənşəyə malik bir ailənin üzvü olmuşdur.Ilgaz Zorlu, Evet, Ben Selânikliyim: Türkiye Sabetaycılığı, Belge Yayınları, 1999, p. 223.Yusuf Besalel, Osmanlı ve Türk Yahudileri, Gözlem Kitabevi, 1999, p. 210.Rıfat N. Bali, Musa’nın Evlatları, Cumhuriyet’in Yurttaşları, İletişim Yayınları, 2001, p. 54.

Fəaliyyəti İkinci Məşrutiyyət İstanbulda Məktəbi-Mülkiyyədə təhsil almışdır. Salonikiyə qayıtdıqdan sonra "gənc türklər" hərəkatına qoşulmuş, Feyziyyə məktəblərində direktor və müəllim kimi fəaliyyət göstərmişdir. 1908–1911-ci illərdə İstanbulda liberal düşüncəni təbliğ edən və iki həftədə bir nəşr olunan "Ulûm-ı İktisâdiye ve İçtimâiye Mecmuası" məcmuəsini Rza Tofiq və Əhməd Şüayib ilə birlikdə nəşr etdirmişdir.

İkinci Məşrutiyyətin elan olunmasından sonra I və II çağırışlarda Saloniki, III çağırışda isə Çanaqqala məbusanı kimi İstanbulda fəaliyyət göstərən Məclisi-Məbusanda təmsil olunmuşdur. 31 mart hadisəsindən sonra sədrəzəm Əhməd Tofiq Paşa tərəfindən maliyyə naziri vəzifəsinə təyin edilmişdir. İttihad və Tərəqqi hakimiyyəti dövründə bu vəzifəyə dəfələrlə gətirilmiş və ayrılmışdır. Osmanlı maliyyə sisteminin modernləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Kapitulyasiyaların ləğvi uğrunda mübarizə aparmış, yerli türk sahibkar təbəqəsinin formalaşmasını təşviq etmişdir. İqtisadi liberalizmə inanan Cavid bəyin 1917-ci il büdcə müzakirələrində səsləndirdiyi fikirlər onun milli iqtisadiyyatın xarici kapitaldan tam asılı vəziyyətə düşməsinə qarşı olduğunu, iqtisadi təşəbbüslərin yerli qüvvələr tərəfindən həyata keçirilməsini müdafiə etdiyini nümayiş etdirmişdir.

O, dövlətin Birinci Dünya müharibəsinə daxil olmasına və ermənilərin köçürülməsi siyasətinə qarşı çıxmışdır. 1917-ci ildə dövlət bankına çevrilməsi nəzərdə tutulan "Etibarı-Milli Bankı"nın qurucuları sırasında yer almışdır. "İqtisadi cihad" kimi xarakterizə edilən bu təşəbbüs müharibədə məğlubiyyət səbəbilə reallaşdırıla bilməmişdir. Mudros barışıq sazişinin imzalanmasından sonra Əhməd İzzət Paşa hökuməti ilə birlikdə istefa vermiş, sonrakı hökumətlərdə iştirak etməmişdir.

Cümhuriyyət dövrü Müharibədən sonra Cavid bəy işğalçı dövlətlər tərəfindən yaradılmış Aliyyə Divanı-Hərbi-Örfi məhkəməsində mühakimə edilmişdir. Qiyabi şəkildə 15 il ağır əmək cəzasına məhkum edildikdən sonra İsveçrəyə getmişdir. 1921-ci ilin fevralında keçirilən London konfransında Ankara hökümətinin nümayəndəsi Bəkir Sami bəyə müşayiət etdikdən sonra 1922-ci ilin iyulunda Türkiyəyə qayıtmışdır.

1916–1918-ci illərdə Hür və Qəbul Edilmiş Masonlar Böyük Locasının böyük ustadı olmuşdur.

Osmanlı sultanlığının ləğvindən sonra sürgün edilən Şahzadə Burhanəddinin keçmiş həyat yoldaşı Aliyyə Nazlı xanım ilə 1921-ci ildə evlənmiş, bu nigahdan 1924-cü ildə Osman Şiar (Yalçın) adlı oğlu dünyaya gəlmişdir.

Lozanna müqaviləsini imzalayan Türkiyə nümayəndə heyətinin üzvü olmuş Cavid bəy respublika dövründə mövcud hakimiyyətə qarşı müxalif mövqe tutmuşdur. İzmir sui-qəsdi hadisəsindən sonra bu təşəbbüsün tərkib hissəsi olmaqda ittiham edilmişdir. Onu mühakimə edən İstiqlal Məhkəməsi hakimləri müdafiəsini təqsirsizliyini sübut edən dəlil kimi qəbul etməmiş və 26 avqust 1926-cı il tarixində Cəbəcidə yerləşən Ümumi Həbsxanada Doktor Nazim bəy, Yenibahçəli Nail bəy və Hilmi bəy ilə birlikdə edam edilmişdir. Bu şəxslərin cənazələri həbsxananın həyətində dəfn olunmuşdur. 1925–1926-cı illərdə Fransanın Ankaraya səfiri olmuş Albert Sarro tərəfindən Mustafa Kamal ilə birbaşa görüşmüş, Cavid bəyin əfv olunmasının xahiş edildiyi iddia edilmişdir.Grey Wolf, H. C. Armstrong, 1932, s. 276

Sui-qəsd ittihamı ilə həbsdə olduğu müddətdə həyat yoldaşı üçün yazdığı və oxumasını istədiyi məktublar "Zindandan məktublar", iki yaşlı oğlu üçün qələmə aldıqları isə "Şiara məktublar" adı ilə nəşr edilmişdir. Oğlu Osman Şiarın tərbiyəsi dostu Hüseyn Cahid Yalçına həvalə edilmişdir. Məzarı uzun müddət gizli qalmış, itmiş məzarı 1950-ci illərdə həyat yoldaşı Aliyyə xanımın və dövrün prezidenti Cəlal Bayarın təşəbbüsü ilə aşkar edilmiş, Cəbəci Əsri qəbiristanlığına köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Türkiyə yəhudiləri Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:Sabbatayistlər